Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № e-2(048)-877/2025 08.10.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə mübahisələr” tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə mübahisələr” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********10661 olan “Samsung Galaxy A55” markalı telefon, “Samsung Charger”, “Qızıl zəmanət ultra 1 il” xidməti, “Paket XXL” xidməti üçün 1173,48 (min yüz yetmiş üç manat qırx səkkiz qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 117,35 (yüz on yeddi manat otuz beş qəpik) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən “Dondurucu”, “Zəmanət + 1 il” xidməti üçün 508,55 (beş yüz səkkiz manat əlli beş qəpik) manat ödənilməmiş hissə, 50,86 (əlli manat səksən altı qəpik) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 2 ədəd “X1” üçün 404,88 (dörd yüz dörd manat səksən səkkiz qəpik) manat ödənilməmiş hissə, 40,49 (qırx manat qırx doqquz qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 2319,2 (iki min üç yüz on doqquz manat iyirmi qəpik) manat borc və ödənilmiş 43,2 (qırx üç manat iyirmi qəpik) manat dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən “Samsung Galaxy A55”, markalı telefon, “Samsung Charger”, “Qızıl zəmanət ultra 1 il” xidməti, “Paket XXL” xidməti, “Dondurucu”, “Zəmanət + 1 il” xidməti, 2 ədəd “X1”almış və nəticədə 2319,2 (iki min üç yüz on doqquz manat iyirmi qəpik) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 1424,1 (min dörd yüz iyirmi dörd manat on qəpik) manat (15 ay x 94,94 manat + 0 manat ilkin ödəniş) olan “Samsung Galaxy A55”, markalı telefon, “Samsung Charger”, “Qızıl zəmanət ultra 1 il” xidməti, “Paket XXL” xidməti üçün ümumilikdə, 1314,43 (min üç yüz on dörd manat qırx üç qəpik) manat olmaqla ondan 1173,48 (min yüz yetmiş üç manat qırx səkkiz qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 117,35 (yüz on yeddi manat otuz beş qəpik) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 915,39 (doqquz yüz on beş manat otuz doqquz qəpik) manat (9 ay x 101,71 manat + 0 manat ilkin ödəniş) olan “Dondurucu”, “Zəmanət + 1 il” xidməti üçün ümumilikdə, 559,41 (beş yüz əlli doqquz manat qırx bir qəpik) manat olmaqla ondan, 508,55 (beş yüz səkkiz manat əlli beş qəpik) manat ödənilməmiş hissə, 50,86 (əlli manat səksən altı qəpik) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 818,88 (səkkiz yüz on səkkiz manat səksən səkkiz qəpik) manat (12 ay x 68,24 manat + 0 manat ilkin ödəniş) olan 2 ədəd “X1” üçün ümumilikdə, 445,37 (dörd yüz qırx beş manat otuz yeddi qəpik) manat olmaqla ondan, 404,88 (dörd yüz dörd manat səksən səkkiz qəpik) manat ödənilməmiş hissə, 40,49 (qırx manat qırx doqquz qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1071,46 (min yetmiş bir manat qırx altı qəpik) manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Belə olan halda, məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğunu nəzərə alaraq, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş üzrə cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, o, əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən “Samsung Galaxy A55”, markalı telefon, “Samsung Charger”, “Qızıl zəmanət ultra 1 il” xidməti, “Paket XXL” xidməti, “Dondurucu”, “Zəmanət + 1 il” xidməti, 2 ədəd “X1”almış və nəticədə 2319,2 (iki min üç yüz on doqquz manat iyirmi qəpik) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1424,1 (min dörd yüz iyirmi dörd manat on qəpik) manat (15 ay x 94,94 manat + 0 manat ilkin ödəniş) olan “Samsung Galaxy A55”, markalı telefon, “Samsung Charger”, “Qızıl zəmanət ultra 1 il” xidməti, “Paket XXL” xidməti üçün ümumilikdə, 1314,43 (min üç yüz on dörd manat qırx üç qəpik) manat olmaqla ondan 1173,48 (min yüz yetmiş üç manat qırx səkkiz qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 117,35 (yüz on yeddi manat otuz beş qəpik) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 915,39 (doqquz yüz on beş manat otuz doqquz qəpik) manat (9 ay x 101,71 manat + 0 manat ilkin ödəniş) olan “Dondurucu”, “Zəmanət + 1 il” xidməti üçün ümumilikdə, 559,41 (beş yüz əlli doqquz manat qırx bir qəpik) manat olmaqla ondan, 508,55 (beş yüz səkkiz manat əlli beş qəpik) manat ödənilməmiş hissə, 50,86 (əlli manat səksən altı qəpik) manat cərimə borcu, xx.xx.2024cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 818,88 (səkkiz yüz on səkkiz manat səksən səkkiz qəpik) manat (12 ay x 68,24 manat + 0 manat ilkin ödəniş) olan 2 ədəd “X1” üçün ümumilikdə, 445,37 (dörd yüz qırx beş manat otuz yeddi qəpik) manat olmaqla ondan, 404,88 (dörd yüz dörd manat səksən səkkiz qəpik) manat ödənilməmiş hissə, 40,49 (qırx manat qırx doqquz qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1071,46 (min yetmiş bir manat qırx altı qəpik) manat təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. (MM-600.4) Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən "xxxx" MMC qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Belə olan halda iddiaçı "xxxx" MMC-nin məhkəmə qaydasında Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1173,48 (min yüz yetmiş üç manat qırx səkkiz qəpik) manat ödənilməmiş hissənin, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 508,55 (beş yüz səkkiz manat əlli beş qəpik) manat ödənilməmiş hissənin və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 404,88 (dörd yüz dörd manat səksən səkkiz qəpik) manat ödənilməmiş hissənin ödənilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə iddia tələbinin “xx.xx.2024-cü il tarixli müqavilə üzrə 117,35 (yüz on yeddi manat otuz beş qəpik) manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 50,86 (əlli manat səksən altı qəpik) manat və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 40,49 (qırx manat qırx doqquz qəpik) manat cərimə borcunun tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, eləcə də xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1173,48 (min yüz yetmiş üç manat qırx səkkiz qəpik) manat ödənilməmiş hissənin, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 508,55 (beş yüz səkkiz manat əlli beş qəpik) manat ödənilməmiş hissənin və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 404,88 (dörd yüz dörd manat səksən səkkiz qəpik) manat ödənilməmiş hissənin müəyyən olunduğunu nəzərə alaraq, alqı-satqı müqaviləsi üzrə ödənişi gecikdirməsinə görə hesablanmış cərimə (dəbbə) məbləğlərini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və müvafiq olaraq xx.xx.2024cü il tarixli müqavilə üzrə 117,35 (yüz on yeddi manat otuz beş qəpik) manat dəbbə pulunun azaldılaraq 20 (iyirmi) manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 50,86 (əlli manat səksən altı qəpik) manat dəbbə pulunun azaldılaraq 15 (on beş) manat və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 40,49 (qırx manat qırx doqquz qəpik) manat dəbbə pulunun azaldılaraq 10 (on) manat müəyyən edilməsini daha məqsədəuyğun olması nəticəsinə gəlir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2024cü il tarixli müqaviləyə əsasən 1173,48 (min yüz yetmiş üç manat qırx səkkiz qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 (iyirmi üç manat altmış qəpik) manat rüsum və 20 (iyirmi) manat cərimə borcu olmaqla, cəmi 1217,08 (min iki yüz on yeddi manat səkkiz qəpik) manat borc, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 508,55 (beş yüz səkkiz manat əlli beş qəpik) manat ödənilməmiş hissə və 15 (on beş) manat cərimə borcu olmaqla, cəmi 523,55 (beş yüz iyirmi üç manat əlli beş qəpik) manat borc və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 404,88 (dörd yüz dörd manat səksən səkkiz qəpik) manat ödənilməmiş hissə və 10 (on) manat cərimə borcu olmaqla, cəmi 414,88 (dörd yüz on dörd manat səksən səkkiz qəpik) manat borc olmaqla, ümumilikdə hər üç müqavilə üzrə 2155,51 (iki min yüz əlli beş manat əlli bir qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 41,55 (qırx bir manat əlli beş qəpik) manat hissəsi tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222, 227, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1173,48 (min yüz yetmiş üç manat qırx səkkiz qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 (iyirmi üç manat altmış qəpik) manat rüsum və 20 (iyirmi) manat cərimə borcu olmaqla, cəmi 1217,08 (min iki yüz on yeddi manat səkkiz qəpik) manat borc, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 508,55 (beş yüz səkkiz manat əlli beş qəpik) manat ödənilməmiş hissə və 15 (on beş) manat cərimə borcu olmaqla, cəmi 523,55 (beş yüz iyirmi üç manat əlli beş qəpik) manat borc və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 404,88 (dörd yüz dörd manat səksən səkkiz qəpik) manat ödənilməmiş hissə və 10 (on) manat cərimə borcu olmaqla, cəmi 414,88 (dörd yüz on dörd manat səksən səkkiz qəpik) manat borc olmaqla, ümumilikdə hər üç müqavilə üzrə 2155,51 (iki min yüz əlli beş manat əlli bir qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 41,55 (qırx bir manat əlli beş qəpik) manat hissəsi tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №e-2(048)-877/2025
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №e-2(048)-877/2025
08.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver