Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № e-2(048)-994/2025 24.11.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Xəlilov Rövşən Elbrus oğlu, İddiaçı "xxxx" MMC-nin cavabdeh X2 qarşı “borc” tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdeh X2 qarşı “borc” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, STAR - YUMSAQ - KUNC divan üçün 1398,08 (min üç yüz doxsan səkkiz manat, səkkiz qəpik) manat ödənilməmiş hissə, 139,81 (yüz otuz doqquz manat, səksən bir qəpik) manat cərimə, xx.xx.2023-cü il, tarixli müqaviləyə əsasən, SOYUDUCU SAMSUNG üçün 896,87 (səkkiz yüz doxsan altı manat, səksən yeddi qəpik) manat ödənilməmiş hissə, 89,69 (səksən doqquz manat, altmış doqquz qəpik) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, MARSEL - YATAQ - 4 QAPİLİ DOLAB üçün 479,96 (dörd yüz yetmiş doqquz manat, doxsan altı qəpik) manat ödənilməmiş hissə, 48 (qırx səkkiz) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, ENERGY SİSTEM URBAN qulaqlıq üçün 47,99 (qırx yeddi manat, doxsan doqquz qəpik) manat ödənilməmiş hissə, 4,80 (dörd manat, səksən qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 3105,19 (üç min yüz beş manat on doqquz qəpik) manat borc, 51,06 (əlli bir manat altı qəpik) manat ödənilmiş dövlət rüsumunun cavabdeh X1 alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, STAR - YUMSAQ - KUNC divan, SOYUDUCU SAMSUNG, MARSEL - YATAQ - 4 QAPİLİ DOLAB, ENERGY SİSTEM URBAN qulaqlıq almış və nəticədə 3105,19 (üç min yüz beş manat, 19 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 1800 (min səkkiz yüz) manat (24 ay x 75 manat + 0 manat ilkin ödəniş) olan STAR - YUMSAQ - KUNC divanüçün ümumilikdə, 1537,89 (min beş yüz otuz yeddi manat, 89 qəpik) manat olmaqla ondan, 1398,08 (min üç yüz doxsan səkkiz manat, 08 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 139,81 (yüz otuz doqquz manat, 81 qəpik) manat cərimə. xx.xx.2023-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1450,08 (min dörd yüz əlli manat, 08 qəpik) manat (18 ay x 80,56 manat + 0 manat ilkin ödəniş) olan SOYUDUCU SAMSUNG üçün ümumilikdə, 986,56 (doqquz yüz səksən altı manat, 56 qəpik) manat olmaqla ondan 896,87 (səkkiz yüz doxsan altı manat, 87 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 89,69 (səksən doqquz manat, 69 qəpik) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 960 (doqquz yüz altmış) manat (24 ay x 40 manat + 0 manat ilkin ödəniş) olan MARSEL - YATAQ - 4 QAPİLİ DOLAB üçün ümumilikdə, 527.96 (beş yüz iyirmi yeddi manat, 96 qəpik) manat olmaqla ondan, 479,96 (dörd yüz yetmiş doqquz manat, 96 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 48 (qırx səkkiz) manat cərimə xx.xx.2024cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 160,02 (yüz altmış manat, 02 qəpik) manat (18 ay x 8,89 manat + 0 manat ilkin ödəniş) olan ENERGY SİSTEM URBAN qulaqlıq üçün ümumilikdə, 52,79 (əlli iki manat,79 qəpik) manat olmaqla ondan, 47,99 (qırx yeddi manat, 99 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 4,80 (dörd manat, 80 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1547,2 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Belə olan halda, məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğunu nəzərə alaraq, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş üzrə cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, o, əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh X3 "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, STAR - YUMSAQ - KUNC divan, SOYUDUCU SAMSUNG, MARSEL - YATAQ - 4 QAPİLİ DOLAB, ENERGY SİSTEM URBAN qulaqlıq almış və nəticədə 3105,19 (üç min yüz beş manat, 19 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1800 (min səkkiz yüz) manat (24 ay x 75 manat + 0 manat ilkin ödəniş) olan STAR - YUMSAQ - KUNC divanüçün ümumilikdə, 1537,89 (min beş yüz otuz yeddi manat, 89 qəpik) manat olmaqla ondan, 1398,08 (min üç yüz doxsan səkkiz manat, 08 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 139,81 (yüz otuz doqquz manat, 81 qəpik) manat cərimə. xx.xx.2023-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1450,08 (min dörd yüz əlli manat, 08 qəpik) manat (18 ay x 80,56 manat + 0 manat ilkin ödəniş) olan SOYUDUCU SAMSUNGüçün ümumilikdə, 986,56 (doqquz yüz səksən altı manat, 56 qəpik) manat olmaqla ondan 896,87 (səkkiz yüz doxsan altı manat, 87 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 89,69 (səksən doqquz manat, 69 qəpik) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 960 (doqquz yüz altmış) manat (24 ay x 40 manat + 0 manat ilkin ödəniş) olan MARSEL - YATAQ - 4 QAPİLİ DOLABüçün ümumilikdə, 527.96 (beş yüz iyirmi yeddi manat, 96 qəpik) manat olmaqla ondan, 479,96 (dörd yüz yetmiş doqquz manat, 96 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 48 (qırx səkkiz) manat cərimə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 160,02 (yüz altmış manat, 02 qəpik) manat (18 ay x 8,89 manat + 0 manat ilkin ödəniş) olan ENERGY SİSTEM URBAN qulaqlıq üçün ümumilikdə, 52,79 (əlli iki manat,79 qəpik) manat olmaqla ondan, 47,99 (qırx yeddi manat, 99 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 4,80 (dörd manat, 80 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1547,2 manat təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. (MM-600.4) Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, X3 "xxxx" MMC ilə bağladığı 0xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən "xxxx" MMC qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Belə olan halda iddiaçı "xxxx" MMC-nin məhkəmə qaydasında cavabdeh X1 xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, STAR - YUMSAQ - KUNC divan üçün 1398,08 (min üç yüz doxsan səkkiz manat, səkkiz qəpik) manat ödənilməmiş hissə, xx.xx.2023-cü il, tarixli müqaviləyə əsasən, SOYUDUCU SAMSUNG üçün 896,87 (səkkiz yüz doxsan altı manat, səksən yeddi qəpik) manat ödənilməmiş hissə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, MARSEL - YATAQ - 4 QAPİLİ DOLAB üçün 479,96 (dörd yüz yetmiş doqquz manat, doxsan altı qəpik) manat ödənilməmiş hissə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, ENERGY SİSTEM URBAN qulaqlıq üçün 47,99 (qırx yeddi manat, doxsan doqquz qəpik) manat ödənilməmiş hissə, 4,80 (dörd manat, səksən qəpik) manat cərimə borcunun ödənilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə iddia tələbinin xx.xx.2023-cü il tarixli müqavilə üzrə “139,81 (yüz otuz doqquz manat, səksən bir qəpik) manat cərimə borcunun tutulması” hissəsinə, xx.xx.2023cü il tarixli müqavilə üzrə “89,69 (səksən doqquz manat, altmış doqquz qəpik) manat cərimə borcunun tutulması” hissəsinə və xx.xx.2024-cü il tarixli müqavilə üzrə, “48 (qırx səkkiz) manat cərimə borcunun tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, eləcə də xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, STAR - YUMSAQ - KUNC divan üçün 1398,08 (min üç yüz doxsan səkkiz manat, səkkiz qəpik) manat əsas borcun, xx.xx.2023-cü il, tarixli müqaviləyə əsasən, SOYUDUCU SAMSUNG üçün 896,87 (səkkiz yüz doxsan altı manat, səksən yeddi qəpik) manat əsas borcun, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, MARSEL - YATAQ - 4 QAPİLİ DOLAB üçün 479,96 (dörd yüz yetmiş doqquz manat, doxsan altı qəpik) manat əsas borcun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış cərimə (dəbbə) məbləğlərini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və müvafiq olaraq 139,81 (yüz otuz doqquz manat, səksən bir qəpik) manat dəbbə pulunun azaldılaraq 70 (yetmiş) manat, 89,69 (səksən doqquz manat, altmış doqquz qəpik) manat dəbbə pulunun azaldılaraq 44 (qırx dörd) manat, müvafiq olaraq 48 (qırx səkkiz) manat dəbbə pulunun azaldılaraq 23 (iyirmi üç) manat müəyyən edilməsini cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun nəticəsinə gəlir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X1 xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, STAR - YUMSAQ - KUNC divan üçün 1398,08 (min üç yüz doxsan səkkiz manat, səkkiz qəpik) manat ödənilməmiş hissə, 70 (yetmiş) manat cərimə borcu olmaqla cəmi 1468,08 (min dörd yüz altmış səkkiz manat səkkiz qəpik)manat borc, xx.xx.2023-cü il, tarixli müqaviləyə əsasən, SOYUDUCU SAMSUNG üçün 896,87 (səkkiz yüz doxsan altı manat, səksən yeddi qəpik) manat ödənilməmiş hissə, 44 (qırx dörd) manat cərimə borcu olmala cəmi 940,87 (doqquz yüz qırx manat səksən yeddi qəpik) manat borc; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, MARSEL - YATAQ - 4 QAPİLİ DOLAB üçün 479,96 (dörd yüz yetmiş doqquz manat, doxsan altı qəpik) manat ödənilməmiş hissə, 23 (iyirmi üç) manat cərimə olmaqla cəmi 502,96 (beş yüz iki manat doxsan altı qəpik) manat borc, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, ENERGY SİSTEM URBAN qulaqlıq üçün 47,99 (qırx yeddi manat, doxsan doqquz qəpik) manat ödənilməmiş hissə, 4,80 (dörd manat, səksən qəpik) manat cərimə borcu olmaqla cəmi 52,79 (əlli iki manat yetmiş doqquz qəpik) manat borc olmaqla, ümumilikdə hər dörd müqavilə üzrə 2964,7 (iki min doqquz yüz altmış dörd manat yetmiş qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 49, 64 (qırx doqquz manat altmış dörd qəpik) manat hissəsi tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222, 227, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X1 xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, STAR - YUMSAQ - KUNC divan üçün 1398,08 (min üç yüz doxsan səkkiz manat, səkkiz qəpik) manat ödənilməmiş hissə, 70 (yetmiş) manat cərimə borcu olmaqla cəmi 1468,08 (min dörd yüz altmış səkkiz manat səkkiz qəpik)manat borc, xx.xx.2023-cü il, tarixli müqaviləyə əsasən, SOYUDUCU SAMSUNG üçün 896,87 (səkkiz yüz doxsan altı manat, səksən yeddi qəpik) manat ödənilməmiş hissə, 44 (qırx dörd) manat cərimə borcu olmaqla, cəmi 940,87 (doqquz yüz qırx manat səksən yeddi qəpik) manat borc; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, MARSEL - YATAQ - 4 QAPİLİ DOLAB üçün 479,96 (dörd yüz yetmiş doqquz manat, doxsan altı qəpik) manat ödənilməmiş hissə, 23 (iyirmi üç) manat cərimə olmaqla cəmi 502,96 (beş yüz iki manat doxsan altı qəpik) manat borc, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, ENERGY SİSTEM URBAN qulaqlıq üçün 47,99 (qırx yeddi manat, doxsan doqquz qəpik) manat ödənilməmiş hissə, 4,80 (dörd manat, səksən qəpik) manat cərimə borcu olmaqla cəmi 52,79 (əlli iki manat yetmiş doqquz qəpik) manat borc olmaqla, ümumilikdə hər dörd müqavilə üzrə 2964,7 (iki min doqquz yüz altmış dörd manat yetmiş qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 49,64 (qırx doqquz manat altmış dörd qəpik) manat hissəsi tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Rövşən Xəlilov
Məhkəmə qərarları › İş №e-2(048)-994/2025
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №e-2(048)-994/2025
24.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver