Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-1019/2024 16.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müqavilə üzrə ödənilməmiş 18772.20 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 146.62 manat məbləğində pul vəsaitlərinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmişlər. Tərəflər məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsini xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə iclasının tərəflərin iştirakı olmadan keçirilməsini qərara almışdır. Məhkəməyə göndərilmiş ərizədə tərəflərin öz aralarında razılığa gəldikləri və bu barədə xx.xx.2024-cü il tarixdə barışıq sazişi bağladıqları qeyd edilərək həmin sazişin təsdiq edilməsi məhkəmədən xahiş edilmişdir. xx.xx.2024-cü il tarixli barışıq sazişinin şərtlərinə əsasən: 1.İddiaçı Cavabdeh ona olan 18772.20 manat borcunu cavabdehə güzəşt edir və borc məbləğini tələb etməyəcəyini öhdəsinə götürür.
2. Cavabdeh İddiaçı borcun güzəşti şərti ilə razılaşır və hazırkı mübahisə ilə bağlı gələcəkdə hər hansı tələbin olmayacağını qəbul edir.
3. Məhkəmə araşdırması zamanı tərəflərin çəkdiyi digər real xərclər tərəflərin özünə aid edilir. 4.Tərəflərin hər biri barışıq sazişi üzrə məlumatları gizli saxlayacağını, onları yaymayacağını, bir-birinin əleyhinə istifadə etməyəcəyini öhdəsinə götürür. Barışıq sazişini İddiaçı nümayəndəsi və Cavabdeh imzalamışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.4-cü maddəsinə əsasən məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Məhkəmə barışıq sazişinin şərtlərini nəzərdən keçirərək hesab edir ki, hazırki iş üzrə tərəflərin təqdim etdiyi barışıq sazişi qanuna zidd deyildir, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Qeyd olunan əsaslara görə tərəflər arasında bağlamış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, hazırki vəziyyətdə iddiaçı məhkəməyə müraciət etmək üçün ödədiyi 147.02 manat dövlət rüsumunu tələb etmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 261.0.5, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: İddiaçı Cavabdeh qarşı 18772.20 manat pul və 146.62 manat dövlət rüsumu tələbinə dair mülki iş üzrə tərəflər arasında qərardadın təsviri hissəsində göstərilmiş şərtlər daxilində bağlanmış barışıq sazişi təsdiq edilsin. Tərəflər arasında bağlamış barışıq sazişinin təsdiq edilməsi ilə əlaqədar İddiaçı Cavabdeh qarşı 18772.20 manat pul və 146.62 manat dövlət rüsumu tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı məhkəməyə müraciət etmək üçün ödədiyi 146.62 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Kamran Süleymanov