Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-1021/2025 21.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin Ağabəyov Nicat Rauf oğlu, İddiaçı Cavabdeh qarşı «borc» tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraata qaydasında iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Lənkəran Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı "Sintra Group” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraata qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək , Cavabdeh 10 fevral 2022-ci il tarixli FL- 0045 saylı alqı-satqı müqaviləsi üzrə borcuna görə 1105 (bir min yüz beş ) manat , faiz borcuna görə 0 (sıfır) manat, cəmi 1105 (bir min yüz beç ) manat pulun və 32 (otuz iki ) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə fiziki şəxs X1 ilə (VÖEN **********) “SİNTRA” markalı su filterlərinin satışı ilə əlaqədar olaraq cavabdeh - Cavabdeh arasında 10 fevral 2022-ci il tarixli FL-0045 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə müvafiq olaraq “SİNTRA” firmasının istehsalı olan 1799 (bir min yeddi yüz doxsan doqquz) manat məbləğində olan “Sintra” modeli su təmizləmə sistemi quraşdırılaraq ona təhvil verilmiş və bu barədə müvafiq təhvil-təslim aktı tərtib edilərək tərəflərin imzası ilə təsdiq edilmişdir. 10 fevral 2022-ci il tarixli FL-0045 saylıalqı-satqı müqaviləsinin şərtlərinə görə cavabdeh olan Cavabdeh “SİNTRA” markalı su filterini kredit üzrə hesablanmış əsas borc məbləğini tam vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. İddiaçı "Sintra Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 xx.xx.2025-ci il tarixdə elektron məhkəmə sistemi vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında qarşılıqlı razılığa gəlindiyi üçün iddiadan imtina edildiyini bildirmiş, həmin iş üzrə icraata xitam verilməsini, iddia ərizəsini və əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş ərizəni nəzərə alaraq, hesab edir ki, cavabdehlə qarşılıqlı razılığa gəlindiyi üçün və iddiaçının hazırki iddia tələbinə hüquqi marağı aradan qalxdığından qeyd olunan ərizəyə əsasən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş üzrə ödənilmiş dövlət rüsumu barədə **********56 nömrəli mədaxil qəbzinin sistem çıxarışından görünür ki, iddiaçı tərəfindən iş üzrə 32 (otuz iki) manat dövlət rüsumu ödənilmişdir. Göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261, 263, 264 və 268-ci maddələrinə əsasən məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «borc» tələbi barədə kiçik iddiaya dair sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsi üzrə icraata xitam verilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlər birlikdə iddiaçıya geri qaytarılsın. **********56 nömrəli qəbzlə ödənilmiş 32 (otuz iki) manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardadan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №e-2(049)-1021/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-1021/2025
21.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver