Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-1040/2024 20.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Qasımov Muradağa Əhmədağa oğlunun sədrliyi, Hadıyev İsaq Sabir oğlunun katibliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı zərərin ödənilməsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı zərərin ödənilməsi tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edərək Cavabdeh 5000 manat məbləğində vurulmuş zərər və 70 manat ödənilmiş dövlət rüsumu, cəmi 5070 manatın alınıb "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, “QAZ 24” markalı, ** CB *** dövlət nömrə nişanlı avtomobil xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2022-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2023-cü il aprelin 04-də Cavabdeh etibarnamə olmadan idarə etdiyi “QAZ 24” markalı, ** CB *** dövlət nömrə nişanlı avtomobillə Masallı rayonu, Qızılavar kəndində “TOYOTA AURİS” markalı, ** KY *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Masallı DYPŞ-nin xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoluna əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci və 327.1-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Masallı DYPŞ-nin xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsi ilə (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) təqsirli bilnmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixində verilmiş 1535 nömrəli qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “TOYOTA AURİS” markalı, ** KY *** dövlət nömrə nişanlı avtomobilə 5390 manat məbləğində ziyan dəymişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat sığorta məbləği müəyyən edilmişdir. Həmin Qanununun 10.2-ci maddəsinə əsasən icbari sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləği icbari sığorta məbləğindən artıq ola bilməz. İddiaçı xx.xx.2023-ci il tarixində 7148 nömrəli ödəniş tapşırığı ilə 5000 manat sığorta ödənişini zərərçəkmiş şəxs X4 ödəmişdir. Ona görə də, Cavabdeh 5000 manat məbləğində vurulmuş zərər və 70 manat ödənilmiş dövlət rüsumu, cəmi 5070 manatın alınıb "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə ünvanladıqları ərizələrində məhkəmə iclaslarında iştirak edə bilməyəcəklərini, işə onların iştirakları olmadan baxılaraq iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyətinə münasibət bidirilməmiş, onun tərəfindən məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan avtonəqliyyat vasitələri sahiblərinin mülki məsulliyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə 04 aprel 2023cü il tarixli arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə Masallı rayonu, Qızılavar kəndində baş vermiş yol nəqliyyat hadisəsi zamanı X6 məxsus “QAZ 24” markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Abuşov X1 Musa Nizami oğlunun idarə etdiyi “TOYOTA AURİS” markalı, ** KY *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. İş materiallarında olan və məhkəmə baxışında elan olunmuş Masallı DYPŞ-nin xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 332.1-ci və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətdiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan olunmuş Masallı DYPŞ-nin xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə idarə etdiyi “QAZ 24” markalı, ** CB *** dövlət nömrə nişanlı avtomobillə “Yol hərəkəri haqqında” qanunun tələblərini pozduğu üçün Azərbaycan Respublikası İXM-nin 332.1-ci və 327.1-ci maddələri ilə təqsirli bilinərək onun barəsində 40 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan olunmuş "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 1535 nömrəli qiymətləndirmə aktından görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş hadisə nəticəsində “TOYOTA AURİS” markalı, ** KY *** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 5390 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə baxışında elan olunmuş icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “QAZ 24” markalı, ** CB *** dövlət nömrə nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" ASC Sığorta Şirkətində sığortalanmışdır. İş materiallarında olan və məhkəmə baxışında elan olunmuş PXA142528 saylı Sığorta Aktından görünür ki, xx.xx.2023-cü il tarixdə saat 09:00-da Masallı rayonu Qızılavar kəndində Cavabdeh etibarnamə olmadan idarə etdiyi “QAZ 24” markalı, ** CB *** dövlət nömrə nişanlı sığortalanmış avtomobil, “TOYOTA AURİS” markalı, ** KY *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Sığortalanmış nəqliyyat vasitəsinə dəymiş zərər üçün ödənilən məbləğ 5000 manat və məbləği alan X5r. İş materiallarında olan və məhkəmə baxışında elan olunmuş 19 iyun 2023-cü il tarixli 7148 saylı ödəniş tapşırığından görünür ki, PXA 142528 saylı sığorta aktına əsasən 5000 manat sığorta məbləği "xxxx" ASC tərəfindən X4 ödənilmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan olunmuş "xxxx" ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarxli xəbərdarlıq məktubundan görünür ki, "xxxx" ASC tərəfindən X4 ödənilmiş 5000 manat sığorta məbləğinin 7 iş günü ərzində Cavabdeh tərəfindən "xxxx" ASC-yə ödənilməsi təklif edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan olunmuş 13 fevral 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, məhkəməyə müraciət etməkdən ötrü "xxxx" ASC tərəfindən 70 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə, məhkəmə baxışında tədqiq edilmiş sübutlara obyektiv qiymət verərək belə qənaətə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmalarının nəticəsi olaraq müəyyən edildi ki, xx.xx.2023-cü il tarixdə saat 09:00-da Masallı rayonu Qızılavar kəndində Cavabdeh etibarnamə olmadan idarə etdiyi “QAZ 24” markalı, ** CB *** dövlət nömrə nişanlı sığortalanmış avtomobil, “TOYOTA AURİS” markalı, ** KY *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə “TOYOTA AURİS” markalı, ** KY *** dövlət nömrə nişanlı avtomobilə 5390 manat məbləğində zərər dəymişdir. Həmin yol nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinən Abuşov X2 DYPŞ-nin polis kapitanı X7 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikası İXM-nin 332.1-ci və 327.1-ci maddələri ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Cavabdeh idarə etdiyi avtomobil "xxxx" ASC-də sığortalanmış olduğundan, "xxxx" ASC tərəfindən PXA 142528 saylı sığorta aktına əsasən 5000 manat sığorta məbləği "xxxx" ASC tərəfindən X4 ödənilmişdir. Həmin sığorta ödənişi həyata keçirildikdən sonra yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinən Cavabdeh həmin məbləği "xxxx" ASC-yə ödəməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1 və 1108.2-ci maddələrində isə təsbit edilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1 və 936.2-ci maddələrində qeyd olunur ki, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə göstərilir ki, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli və Cavabdeh 5000 manat alınıb iddiaçı təşkilat "xxxx" ASC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 70 manat dövlət rüsumu cavabdehə aid edilməklə, ondan alınıb iddiaçıya verilməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. NƏTİCƏ HİSSƏ: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh zərərə görə ödənilmiş 5000 manat və dövlət rüsumu kimi ödənilmiş 70 manat, cəmi 5070 manat alınıb iddiaçı təşkilat "xxxx" ASC-yə köçürülməlidir. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Muradağa Qasımov
Məhkəmə qərarları › İş №e-2(049)-1040/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-1040/2024
20.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver