Məhkəmə qərarları › İş №e-2(049)-1058/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-1058/2024

24.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-1058/2024 24.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ X3 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİR HİSSƏ İddiaçı MMC iddia ərizəsi verərək, xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 3071.50 manat əsas, 921.40 manat cərimə, cəmi 3992.90 manat və xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə 1521.50 manat əsas, 456.40 manat cərimə, cəmi 5970.80 manat borcun və 79.70 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “İphone” markalı mobil telefon və iki aksesuara görə 18 aylıq ödəniş cədvəli üzrə hər ay 181 manat olmaqla cəmi 3254.10 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, sonuncu dəfə xx.xx.2023-cü il tarixinə 34 manat ödəniş etmiş və qalıq qalmış 3071.50 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 9214 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 9214 təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 10%-i, yəni 921.40 manat İddiaçı MMC-yə ödənilməsi tələb olunmuşdur. Cavabdehin xx.xx.2023-cü il tarixli ********* saylı müqaviləyə əsasən cəmi 3992.90 manat borcu qalmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı İphone markalı mobil telefona görə 18 aylıq ödəniş üzrə hər ay 128 manat olmaqla cəmi 2289.50 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müvaqilənin şərtlərini pozaraq sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 128 manat ödəniş etmiş və qalıq qalmış 1521.50 manat manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 4564 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 4564 təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 10%-i, yəni 456,40 manat İddiaçı MMC-yə ödənilməsi tələb olunmuşdur. Cavabdehin xx.xx.2022-ci il tarixli ********* saylı müqaviləyə əsasən cəmi 1977.90 manat borcu qalmışdır. Beləliklə, cavabdehin xx.xx.2024-cü il tarixədək "xxxx" MMC-yə olan borcu xx.xx.2023-ci il tarixli ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 3071,5 manat əsas 921,4 manat cərimə cəmi 3992,9 manat borc, xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 1521,5 manat əsas 456,4 manat cərimə olmaqla cəmi 1977,90 manat, ümumilikdə 5970.80 manat təşkil edir. Məhkəmə hazırlıq iclasında iştirak edərək iddianı müdafiə edən "xxxx" MMC-nin nümayəndəsi X1 və iddiaçının elektron kabinetinə növbəti məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada bildiriş göndərilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin elektron məhkəmə sistemi vasitəsi ilə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə tərəflərin izahatlarını, iş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş sənədləri, qarşılıqlı təhlil edib tətbiq edilməli olan maddi hüquq normaların istinadən hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddia ərizəsinə əlavə edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, sonuncu İddiaçı MMC-dən “İphone-13, 128 gb midnight “ markalı mobil telefon; xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən isə “İphone-14 pro 128gb deep purple” markalı mobil telefon və iki aksesuar almışdır. Təhvil-təslim aktlarından görünür ki, cavabdeh hər iki müqavilə üzrə əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. İş materiallarına əlavə olunmuş ödəniş cədvəllərindən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müdətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən aldığı məhsula görə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, hər ay 128 manat, sonuncu ay 113.59 manat olmaqla, cəmi 2289.59 manatı və xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı məhsula görə xx.xx.2023-cü il tarixdən xx.xx.2024cü il tarixədək, hər ay 181 manat, sonuncu ay 177.17 manat olmaqla, cəmi 3254.17 manatı Cavabdeh İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1521.50 manat əsas və 4564 manat cərimə olmaqla cəmi 6085.50 manat; xx.xx.2023-cü il tarxli müqaviləyə üzrə isə 3071.50 manat əsas və 9214 manat cərimə olmaqla cəmi 12285.50 manat borcu yaranmışdır. Xəbərdarlıq arayışından görünür ki, iddiaçı hər iki müqavilə üzrə yaranmış borc barədə cavabdehi məlumatlandırmaqla borcun ödənilməsini tələb etmiş, əks halda onun barəsində qanunvericiliyə uyğun olaraq məhkəmə qarşısında iddia qaldıracağı barədə xəbərdarlıq etmişdir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, İddiaçı MMC məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 79.70 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş üzrə təqdim edilən sənədlərdən məlum olur ki, iddiaçı, tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqavilələrində göstərilən məhsulları tam və qüsursuz şəkildə cavabdehin mülkiyyətinə vermiş, lakin cavabdeh hər iki müqavilə üzrə iddiaçı qarşısında götürdüyü öhdəlikləri pozaraq borcunu ödəməmişdir. Yaranmış borc barədə cavabdehə edilən xəbərdarlıq nəticə vermədiyi üçün iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Beləliklə, İddiaçının təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyindən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış hər iki müqaviləyə əsasən iddiaçıya olan borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 79.70 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. NƏTİCƏ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1, 284-5 və 284-6cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli ********* saylı və xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən ümumilikdə iki müqavilə üzrə 4593 manat əsas, 1377,8 manat cərimə olmaqla cəmi 5970,80 manat cəmi borcun və 79,70 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X4.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar