Məhkəmə qərarları › İş №e-2(049)-1112/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-1112/2024

15.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-1112/2024 15.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh lizinq obyekti olan 2020-ci il buraxılışlı “Khazar SD” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFLE220254 ban nömrəli ağ rərəngli avtomobilin mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması, Cavabdeh 12 avqust 2020-ci il tarixli MAS-2618 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 15 fevral 2024-cü il tarixə 1.392,07 manat gecikdirilmiş əsas, 194,60 manat gəcikdirilmiş mükafat, həmin günə hesablanmış 208 manat dəbbə pulu, ümumilikdə 1.794,67 manat borc və ödənilmiş 100.40 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə X2 arasında bağlanmış 12 avqust 2020-ci il tarixli MAS-2618 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2020-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFLE220254 ban nömrəli ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 19% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 397.67 manat, ümumilikdə isə 19088 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 19088 manatın 13300 manatı əsas məbləğ təşkil edir. 04 iyun 2021-ci il tarixdə X2, X3 və "Azərmaş” MMC arasında “Öhdəliklərin ötürürülməsi" müqaviləsi bağlanmış və MAS-2618 saylı "Daxili Lizinq" müqaviləsi uzrə X5 oglu butun öhdəlikləri oz uz götürərək, lizinq obyekti olan “Khazar SD” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. 28 oktyabr 2021-ci il tarixdə X3, Cavabdeh və İddiaçı MMC arasında “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və MAS-2618 saylı “Daxili Lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəliklə üzərinə götürərək lizinq obyekti olan “Khazar SD” markalı, **- PH-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. Daxili lizinq müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra olunmadığı üçün Cavabdeh MAS-2618 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən 15 fevral 2024-cü il tarixə ümumilikdə 1794.67 manat borcu yaranmışdır. Daxili lizinq müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş İddiaçı MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və “Elektron məhkəmə” İnformasiya sistemində olan elektron kabinet vasitəsilə məhkəməyə ərizə təqdim edərək işə onun iştirakı olmadan baxılıb, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddia tələbinin dəlillərinə qiymət verərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli MAS-2618 saylı «Daxili lizinq» müqaviləsindən və 1 saylı əlavədən görünür ki, İddiaçı MMC (lizinq verən) 2020-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobili X2 (lizinq alan) müvəqqəti sahiblik və istifadəsinə verilməyi, sonucu isə hər ay sabit olaraq 397.67 manat, ümumilikdə isə 19088 manat məbləği 48 ay müddətinə illk 18 faiz həcmində mükafat məbləğ ilə ödəniş cədvəlinə əsasən ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC-yə məxsus «Khazar ” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil X1 təhvil verilmişdir. 04.06. 2021-ci il tarixdə X2, X3 və "Azərmaş” MMC arasında bağlanmış “Öhdəliklərin ötürürülməsi" müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən, MAS- 2618 saylı "Daxili Lizinq" müqaviləsi uzrə X5 oglu butun öhdəlikləri oz uz götürərək, lizinq obyekti olan “Khazar SD” markalı. **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC-yə məxsus «Khazar ” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil X3 təhvil verilmişdir. 28 oktyabr 2021-ci il tarixdə X3, Cavabdeh və İddiaçı MMC arasında bağlanmış “Öhdəliklərin ötürürülməsi" müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən, MAS- 2618 saylı “Daxili Lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəliklə üzərinə götürərək lizinq obyekti olan “Khazar SD” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC-yə məxsus «Khazar ” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil Cavabdeh təhvil verilmişdir. Hesabdan çıxarışdan görünür ki, X2 tərəfindən lizinq şirkətinə sonuncu ödəniş xx.xx.2023-cü il tarixdə 400 manat məbləğində olmuşdur. 494 saylı, xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 12 avqust 2020-ci il tarixli MAS-2618 saylı “Daxili lizinq” müqaviləsi üzrə 15 fevral 2024-cü il tarixə İddiaçı MMC-nə 1392,07 manat gecikdirilmiş əsas, 194.60 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 208 manat dəbbə pulu, cəmi 1.794,67 manat borcu vardır. AD seriyalı 60736 nömrəli “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”ndən görünür ki, 2020-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomaşın hazırda İddiaçı mülkiyyətindədir. xx.xx.2020-ci il tarixli MAS-2618 saylı «Daxili lizinq» müqaviləsinin ayrılmaz hissəsi olan kredit borcunun ödənişi cədvəli 3 saylı Əlavədən görünür ki, kredit alan X2 48 ay müddətində hər ay 397,67 manat olmaqla xx.xx.2020-ci il tarixdən başlayıb sonuncu ödənişi xx.xx.2024-cü il tarixdə etməklə hesablanmış lizinq borcunu İddiaçı MMC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 28 oktyabr 2021-ci il tarixdə X3, Cavabdeh və İddiaçı MMC arasında “Öhdəliklərin ötürürülməsi” müqaviləsinə əsasən, MAS-2618 saylı “Daxili Lizinq” müqaviləsi üzrə Cavabdeh 2020-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. «Daxili lizinq» müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 19 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 397.67 manat, ümumilikdə isə 19088 manat məbləğində pulu İddiaçı MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən, lizinq obyekti olan “Khazar SD” markalı, **-PH- *** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 522.1-ci maddəsinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-1.2-ci maddəsinə əsasən, lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir. 747-1.4-ci maddəsinə əsasən, satıcı (mal verən) alqı-satqı müqaviləsinə əsasən lizinq obyektini lizinq verənə satan hüquqi və ya fiziki şəxsdir. 748-1.12.4-cü maddəsinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Qeyd olunan hüquq normalarının tələbi baxımından məhkəmə iddianın 397.67 manat gecikdirilmiş əsas və 397.67 manat gecikdirilmiş mükafat hissəsində əsaslı hesab edir. Məhkəmə iddianın «gecikdirilmiş vaxt üçün hesablanmış 208 manat dəbbə pulu» hissəsini aşağıda qeyd olunanlara əsasən qismən əsaslı hesab edir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 iyul 2014-cü il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (peniya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə işin hallarını nəzərə alaraq, mülki məhkəmə icraatı qaydasında müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı dəbbə pulunu Mülki Məcəllənin 467-ci maddəsinə əsasən azalda bilər. Məhkəmə istinad olunanlara əsasən hesab edir ki, işin hallarına görə 208 manat dəbbə pulu əsas borcla müqayisədə tənasübsüz surətdə yüksək məbləğdir, həmin məbləğin ödənilməsi ədalətsizliyə səbəb ola bilər. Odur ki, məhkəmə cərimənin cavabdehdən 20 manat həcmində tutulmasını daha ədalətli hesab edir. Məhkəmə iddianın 194,60 manat mükafat borcunun ödənilməsi hissəsinə qiymət verərək hesab edir ki, iddia həmin hissədə də əsaslıdır. Belə ki, Mülki Məcəllənin 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübütlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, məhkəməyə iddia ərizəsi verilməsi üçün İddiaçı MMC tərəfindən 100,40 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, lizinq obyekti olan 2020-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil Cavabdeh alınaraq mülkiyyətçisi İddiaçı MMC-yə qaytarılmalı, xx.xx.2020-ci il tarixli MAS-2618 saylı «Daxili lizinq» müqavilə üzrə 1.392,07 manat gecikdirilmiş əsas, 194,60 manat gecikdirilmiş mükafat, 20 manat dəbbə pulu olmaqla cəmi 1.606,67 manat, həmçinin iddianın məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 100,40 manat Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Lizinq obyekti olan 2020-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil Cavabdeh alınaraq mülkiyyətçisi İddiaçı MMC-yə qaytarılsın. Cavabdeh 12 avqust 2020-ci il tarixli MAS-2618 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən, lizinq obyeltinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 15 fevral 2024-cü il tarixə 1.392,07 manat gecikdirilmiş əsas, 194,60 manat gecikdirilmiş mükafat, 20 manat dəbbə pulu olmaqla, ümumilikdə 1.606,67 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100.40 manat İddiaçı MMC-nin xeyrinə tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar