Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-1126/2023 06.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, LG PALTARYUYAN 2 ədəd, HOFFMANN SOYUDUCU üçün 3427.2 (üç min dörd yüz iyirmi yeddi manat iyirmi qəpik) ödənilməmiş hissə, 809.4 (səkkiz yüz doqquz manat qırx qəpik) manat dəbbə pulu pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, SAMSUNG LED TV üçün 1020 (min iyirmi) manat ödənilməmiş hissə, 306 (üç yüz altı) manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********80840 XİAOMİ REDMİ 9 markalı telefon üçün 403.2 (dörd yüz üç manat iyirmi qəpik) ödənilməmiş hissə, 120 (yüz iyirmi) manat dəbbə pulu, ümumilikdə 6085.8 manat borc və 80.86 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "ABC TELECOM” Məhdud Məsuliyyət Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarrılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh "ABC TELECOM” MMC ilə aralarında bağlanılan xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021- ci il tarixlərindəki müqavilələrinə əsasən, LG PALTARYUYAN 2 ədəd, HOFFMANN SOYUDUCU, SAMSUNG LED TV və İmei kodu **********80840 XİAOMİ REDMİ 9 markalı telefon almış və nəticədə 6085.8 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3427.2 manat (24 ay x 142.8 manat + 0 manat ilkin ödəniş) olan LG PALTARYUYAN 2 ədəd, HOFFMANN SOYUDUCU üçün 4236.6 (dörd min iki yüz otuz altı manat, altmış qəp) manat olmaqla ondan 3427.2 (üç min dörd yüz iyirmi yeddi manat, iyirmi qəp) manat ödənilməmiş hissə, 809.4 (səkkiz yüz doqquz manat, qırx qəp) manat dəbbə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1177 manat (18 ay x 60 manat + 97 manat ilkin ödəniş) olan SAMSUNG LED TV üçün 1326 manat olmaqla ondan, 1020 manat ödənilməmiş hissə, 306 manat dəbbə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 453.6 manat (18 ay x 25.2 manat - 0 manat ilkin ödəniş) olan İmei kodu **********80840 XİAOMİ REDMİ 9 markalı telefon üçün 523.2 manat olmaqla ondan 403.2 manat ödənilməmiş hissə, 120 manat dəbbə pulu; cavabdehin cəmi ödədiyi məbləğ 207.4 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2021 -ci il, xx.xx.2021-ci il və xx.xx.2021 -ci il tarixli Müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i nəcrnində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iştirak edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın tam şəkildə təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh X1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, təşkilat tərəfindən borcluya alqı-satqı qiyməti 4177.80 olan İMEİ kodu **********80840 olan Xıaomı REDMİ 9 3/32 GB markalı telefonu hissə-hissə ödənişlər etmək şərti ilə verilmş, borcalan verilmiş malı qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada ödənişləri iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, təşkilat tərəfindən borcluya alqı-satqı qiyməti 1.177.00 manat olan kodu **********69060 olan Samsung LED UE43TU7160UXRU markalı telefonu hissə-hissə ödənişlər etmək şərti ilə verilmş, borcalan verilmiş malı qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada ödənişləri iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, təşkilat tərəfindən borcluya alqı-satqı qiyməti 1178.40 manat olan Paltaryuyan LG F2J6HS8S (gümüşü) Paltaryuyan 1178.40 manat olan LG F2J6HS8S (gümüşü) Soyuducu 1070.40 manat olan HOFFMANN NFBL-185S (gümüşü) hissə-hissə ödənişlər etmək şərti ilə verilmş, borcalan verilmiş malı qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada ödənişləri iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Eyni Məcəllənin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, tələb edilən dəbbə məbləğləri tənasübsüz surətdə yüksək olduğundan xx.xx.2021-ci tarixli müqavilədən irəli gələn dəbbə pulu azaldılaraq 80 manat, xx.xx.2021-ci tarixli müqavilədən irəli gələn dəbbə pulu azaldılaraq 30 manat, xx.xx.2021-ci il tarixli müqavilədən irəli gələn dəbbə pulu azaldılaraq 12 manat məbləğində saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli 23161768 nömrəli müqaviləyə əsasən 3427.2 manat ödənilməmiş borc, 80 manat dəbbə pulu pulu, xx.xx.2021-ci il tarixli 23129399 nömrəli müqaviləyə əsasən 1020 manat ödənilməmiş borc, 30 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli 23161901 nömrəli müqaviləyə əsasən 403.2 ödənilməmiş borc, 12 manat dəbbə pulu, cəmi 4972.4 manat və 80.86 manat ödənilmiş dövlət rüsumu tutularaq "ABC TELECOM” Məhdud Məsuliyyət Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülk kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №e-2(049)-1126/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-1126/2023
06.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver