Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-116/2023 01.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X1 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Cavabdehlər Cavabdeh və Zamin iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı lizinq müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə 01 iyun 2023-cü il tarixdə, Lənkəran Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı lizinq müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı MMC-nin direktoru məhkəməyə ərizə göndərərək cavabdehlər tərəfindən borc məbləğin tam ödənildiyi göstərərək mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh və Zamin ayrı-ayrılıqda icraata xitam verilməsinə etiraz etməmişlər. Məhkəmə İddiaçı MMC-nin direktorunun ərizəsini nəzərə alıb hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur.Bununla əlaqədar, məhkəmə iddiadan imtinanı qəbul edərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Bununla yanaşı məhkəmə hesab edir ki, birinci ekspertiza tədqiqatının dəyəri olan 150 dövlətə, ikinci tədqiqatının dəyəri olan 150 manat isə iddiaçıya aid edilməlidir. Belə ki, birinci məhkəmə-mühasibatlıq ekspertiza ilə bağlı məhkəmə qeyd edir ki, Məhkəmə Ekspertiza Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 9/7884 saylı ekspert rəyinə əlavə edilmiş bildirşdən görünür ki, ekspertriza xərci 150 manat təşkil eləyir. Həmin ekspertiza ilə bağlı həmin vaxt ( hakim T.Məmmədov) məhkəmə ekspert qarşısında qeyri dəqiq sual qoymuş və məhkəmə məcburiyyət qarşısında həmin sualı dəqiqləşdirərək yenidən məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. Məhkəməyə daxil olmuş Məhkəmə Ekspertiza Məhkəməsinin xx.xx.2023-cü il tarixli 9/717 saylı 2-ci ekspert rəyinə əlavə edilmiş bildirşdən görünür ki, ekspertriza xərci 150 manat təşkil eləyir. İddiaçı iddiasından imtina etdiyi üçün sonuncu ekspetiza xərci ona aid edilməli və ondan tutularaq Məhkəmə Ekspertiza Məhkəməsinin hesabına köçürülməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 191, 261-262, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı lizinq müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası üzrə mülki işin icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Ekspertriza xərci 150 manat İddiaçı MMC-ə aid edilsin və ondan tutlaraq aşağıdakı hesdaba köçürülsün: Büdcə təşnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verə bilər. X2
Məhkəmə qərarları › İş №e-2(049)-116/2023
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-116/2023
01.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver