Məhkəmə qərarları › İş №e-2(049)-1178/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-1178/2024

16.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-1178/2024 16.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Qasımov Muradağa Əhmədağa oğlunun sədrliyi, Hadıyev İsaq Sabir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh Əlibala oğluna qarşı borc məbləğinin ödənilməsi tələbinə dair mülki işə 15 MAY 2024-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh Əlibala oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il tarixli S3K5776626 nömrəli müqavilə üzrə “İphone XS MAX” markalı telefon üçün 1415 manat əsas borc və 426 manat faiz borcu, xx.xx.2019-cu il tarixli S3K5776433 nömrəli müqavilə üzrə “İphone XS MAX” markalı telefon üçün 1612 manat əsas borc və 482 manat faiz borcu, xx.xx.2020-ci il tarixli S3K5821955 nömrəli müqavilə üzrə “İphone 11 Pro MAX” markalı telefon üçün 2453 manat əsas borc və 736 manat faiz borcu - cəmi 7124 manat borc, həmçinin, 92 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə göndərdiyi ərizədə səhhəti ilə bağlı üzürlü səbəblərdən məhkəmə iclasında iştirak etmək imkanı olmadığını qeyd etmiş və işə onun iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən məhkəmə iclaslarının iddiaçının iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, ********** nömrəli VÖEN əsasında fəaliyyət göstərən, Bakı şəhərində yerləşən “Soliton” mağazasının sahibi olaraq onunla cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 3990 manat olan 1 ədəd “İphone XS MAX” markalı telefon, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən dəyəri 3644 manat olan 1 ədəd “İphone XS MAX” markalı telefon, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən dəyəri 3554 manat olan 1 ədəd “İphone 11 Pro MAX” markalı telefon satın almışdır. Müqavilələrin şərtlərinə əsasən cavabdeh aldığı əmlakların dəyərindən müvafiq olaraq 150 manat, 200 manat və 50 manat ilkin ödəniş etdikdən sonra qalan məbləğləri hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq aylıq ödənişləri gecikdirmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə xx.xx.2023-cü il tarixdə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə xx.xx.2021-ci il tarixdə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə xx.xx.2022-ci il tarixdə sonuncu ödənişləri etmişdir. Hazırda cavabdehin iddiaçıya xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1415 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1612 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 2453 manat əsas borcu qalmışdır. Tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə görə alıcı ödənişin gecikdirildiyi hər gün üçün cəmi borcun 1 %-i həcmində gecikmə faizi ödəməlidir. Həmin şərtə əsasən borcun gecikdirilməsinə görə müvafiq olaraq 426 manat, 482 manat və 736 manat faiz borcu hesablanmışdır. Hazırda cavabdehin iddiaçıya cəmi 7124 manat ödənilməmiş borcu vardır. Cavabdehə dəfələrlə şifahi və yazılı qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq o, borcun ödənilməsini təmin etməmiş, onunla iddiaçı arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəlikləri icra etməmişdir. Cavabdeh müqavilə öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, məhkəməyə müraciət etmək üçün 92 manat dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı cavabdehdən 7124 manat borc və 92 manat dövlət rüsumu məbləğinin ödənilməsini tələb edir. Ona görə də iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh Əlibala oğlu məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının cavabdehin iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Məhkəmə araşdırması zamanı iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli müqavilələr, həmin tarixli qaimələr və müqavilələrə əlavə edilən ödəniş cədvəlləri, xx.xx.2024-cü il tarixli pretenziya məktubu, xx.xx.2024-cü il tarixli maliyyə arayışı, xx.xx.2024-cü il tarixli mədaxil qəbzi ilə müəyyən edildi ki, cavabdeh onunla iddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 3990 manat olan 1 ədəd “İphone XS MAX” markalı telefon, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən dəyəri 3644 manat olan 1 ədəd “İphone XS MAX” markalı telefon, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən dəyəri 3554 manat olan 1 ədəd “İphone 11 Pro MAX” markalı telefon satın almışdır. Müqavilələrin şərtlərinə əsasən cavabdeh aldığı əmlakların dəyərindən müvafiq olaraq 150 manat, 200 manat və 50 manat ilkin ödəniş etdikdən sonra qalan məbləğləri hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq aylıq ödənişləri gecikdirmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə xx.xx.2023-cü il tarixdə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə xx.xx.2021-ci il tarixdə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə xx.xx.2022-ci il tarixdə sonuncu ödənişləri etmişdir. Cavabdehə yazılı xəbərdarlıq edilməsinə baxmayaraq o, borcun ödənilməsini təmin etməmiş, aldığı əmlakları iddiaçının tələbi ilə ona qaytarmamış, onunla iddiaçı arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəlikləri icra etməmişdir. Cavabdeh müqavilə öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 92 manat dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı xx.xx.2019-cu il tarixli müqavilə üzrə “İphone XS MAX” markalı telefon üçün 1415 manat əsas borc və 426 manat faiz borcu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə “İphone XS MAX” markalı telefon üçün 1612 manat əsas borc və 482 manat faiz borcu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə “İphone 11 Pro MAX” markalı telefon üçün 2453 manat əsas borc və 736 manat faiz borcu - cəmi 7124 manat borc, həmçinin, 92 manat dövlət rüsumunun cavabdehdən tutulmasını tələb edir. İddiaçı öz iddia tələbinin əsası olaraq tərəflər arasında bağlanmış müqavilələrə, qaimələrə, ödəniş cədvəllərinə, pretenziya məktubuna və maliyyə arayışına istinad edir. Cavabdeh məhkəmə iclaslarına gəlmədiyinə görə onun iddia tələbinin mahiyyətinə münasibətini müəyyən etmək mümkün olmamışdır. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, cavabdeh iddiaçıdan satın aldığı əşyaların dəyərini müqavilələrə əlavə edilən ödəniş cədvəllərinə uyğun olaraq hissə-hissə ödəməyi öhdəsinə götürsə də, həmin müqavilələr üzrə öhdəliklərini icra etməmişdir. İddiaçı isə tərəflər arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəliklərini icra etmiş, habelə, mübahisənin məhkəməyə qədər həlli qaydası ilə bağlı həmin müqavilələrdə və qanunvericilikdə nəzərdə tutulan qaydalara da riayət etmişdir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehdən xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1415 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1612 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 2453 manat əsas borc məbləğlərinin tutulmasına dair hissəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, tərəflər arasında bağlanmış müqavilələr üzrə hazırda cavabdehdən tələb olunan faiz borcu məbləğləri həmin müqavilələrin cavabdeh tərəfindən də qəbul edilmiş şərtlərinə uyğun olaraq hesablanmışdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehdən xx.xx.2019-cu il tarixli müqavilə üzrə 426 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 482 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 736 manat faiz borcu məbləğlərinin tutulmasına dair hissəsi də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələblərinə əsasən məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla iddia tələbinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 92 manat dövlət rüsumunun cavabdehdən tutulmasına dair hissəsi təmin edilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh Əlibala oğlundan İddiaçı xeyrinə xx.xx.2019-cu il tarixli S3K5776626 nömrəli müqavilə üzrə “İphone XS MAX” markalı telefon üçün 1415 manat əsas borc və 426 manat faiz borcu, xx.xx.2019-cu il tarixli S3K5776433 nömrəli müqavilə üzrə “İphone XS MAX” markalı telefon üçün 1612 manat əsas borc və 482 manat faiz borcu, xx.xx.2020-ci il tarixli S3K5821955 nömrəli müqavilə üzrə “İphone 11 Pro MAX” markalı telefon üçün 2453 manat əsas borc və 736 manat faiz borcu, həmçinin, 92 manat dövlət rüsumu - cəmi 7216 manat tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar