Məhkəmə qərarları › İş №e-2(049)-1225/2024

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-1225/2024

05.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-1225/2024 05.06.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X1 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynov Murad Əbdül oğlunun katibliyi ilə, İddiaçı “Ultratek» MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “Ultratek» MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 559 manat əsas, 54 manat dəbbə və 30 manat dövlət rüsumu olmaqla, cəmi 643 manbat məbləğində pul vəsaitinin cavabdehdən xeyrlərinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. Mülki işin məhkəmə baxış iclası xx.xx.2024-cü il tarixə, saat 09:30-a təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, lakin iddiaçı elektron qaydada məhkəməyə ərizə göndərərək, cavabdehlə razılıq əldə etdiklərini, işin baxılmasına zərurətin aradan qalxdığını göstərib iddia ərizəsinin baxılamış saxlanılmasını və ödənilmiş dövlət rüsumun geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsini baxılmaış saxlanılmasını xahiş etməsini, eləcə də cavabdehin məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq hesab edir ki, “Ultratek» MMC-nin Cavabdeh qarşı borcun tələbinə dair iddia ərizəsi qaytarılmaqla baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli **********23 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. İddia ərizəsi qaytarıldığına görə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu ona qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260-cı, 263- 264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı “Ultratek» MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər qaytarılmaqla baxılmamış saxlanılsın. İddiaçı tərəfindən iddianın verilməsi üçün xx.xx.2024-cü il tarixli **********23 nömrəli qəbzlə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya geri ödənilsin. Qərardad tərəflərə rəsmi qaydada verlidikdən sonra on gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar