Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-1240/2024 17.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Məmmədov Tural Məhərrəm oğlunun katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «lizinq müqaviləsi üzrə yaranmış borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən xx.xx.2023ci il tarixli İF/06102 saylı X1 müqaviləsi üzrə 4343.36 AZN borcun ödənilməsi və dövlət rüsumu olaraq ödənilmiş 63.43 AZN məbləğin iddiaçı "xxxx" MMC-nin xeyirinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə təşkilat arasında xx.xx.2023-ci il tarixli İF/06102 saylı 35 ay müddətli X1 müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən “Hyundai Accent minik” markalı **-AG-*** dövlət nömrə nişanlı avtomobil lizinq alan kimi onun istifadəsinə verilmişdir. X1 müqaviləsi ilə yanaşı 28 avqust 2023-cü il tarixində Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanılmışdır. Bir müddət ödəniş olunduqdan sonra, cavabdehlər tərəlindən heç bir ödəniş edilmir və lizinq obyekti müqavilənin tələbinə zidd olaraq lizinq verənin razılığı olmadan sublizinq olunmuşdur. Cavabdehlər müqavilə müddəti ərzində 1763.00 AZN (min yeddi yüz altmış üç manat) ödəniş etmişdir. Cavabdehlərin xx.xx.2023-cü il tarixinə olan əsas borcu 10384.03 AZN, faiz borcu 1765.03 AZN cərimə borcu 102.10 AZN cəmi 12251.16 AZN təşkil edir. Lizinq obyekti götürüldükdən sonra müstəqil ekspertin iştirakı ilə avtomobilin qalıq dəyərinin qiymətlədirilməsi aktına əsasən 8500.00 AZN dəyərində qiymətləndirildi. Avtomobil cavbdehlərin istifadəsində olarkən 545.20 AZN yol hərəkəti qaydalarının pozulmasına görə inzibati cərimələr yaranmışdır. Belə ki, inzibati cərimələrin 119.20 manat hissəsi Cavabdeh1 tərəfindən, geridə qalan 426 manat hissəsi Cavabdeh2 tərəfindən ödənilməlidir. Avtomobilin qalıq dəyərinin ödənilməsi zamanı iddiaçı tərəfindən 50 AZN müstəqil ekspertə xidmət haqqı ödənilmişdir. Lizinq obyektinin qiyməti ümumi borcdan çıxdıqdan sonra cavabdehlərin hal-hazırda 3751.16 AZN borcu vardır. Cavabdehlərin xx.xx.2023-cü il tarixinə olan əsas borcu 10384.03AZN, faiz borcu 1765.03 AZN, cərimə borcu 102.10 AZN, cəmi 12251.16 AZN təşkil edir. Lizinq obyektinin qiyməti ümumi borcdan çıxdıqdan sonra cavabdehlərin hal-hazırda təşkilata 3751.16 AZN müqavilə üzrə yaranmış borcu, o cümlədən avtomobil cavabdehlərin istifadəsində olduğu zaman 545.20 AZN yol-hərəkəti qaydalarının pozulmasına görə yaranan inzibati cərimələr və 50 AZN avtomobilin qiymətləndirilməsinə ödənilən xidmət haqqı təşkil edir. Daha sonra iddiaçı MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə verərək xx.xx.2023-ci il tarixli İF/06102 saylı X1 müqaviləsi 3787.96 manat borcun, 545.20 manat yol hərəkəti qaydalarının pozulmasına görə yaranan cərimələr və avtomobilin qalıq dəyərinin qiymətləndirilməsi zamanı müstəqil ekspertə ödənilən 50 manat və dövlət rüsumu olaraq ödənilən 63.43 manat məbləğində pulun, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını, iddia tələbinin müdafiə etdiyini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1heç bir üzürlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İddia ərizəsinə əlavə edilmiş: "xxxx" MMC ilə Cavabdeh2 arasında 35 ay müddətə bağlanılmış xx.xx.2023-cü il tarixli İF/06102 saylı X1 müqaviləsindən görünür ki, “Hyundai Accent minik” markalı **-AG-*** dövlət qeydiyyatlı nişanlı avtomobil lizinq alan kimi Cavabdeh2 istifadəsinə verilmişdir. "xxxx" MMC ilə Cavabdeh1 arasında 28 avqust 2023-cü il tarixində bağlanılmış zaminlik müqaviləsindən görünür ki, zamin xx.xx.2023-cü il tarixli İF/06102 saylı X1 müqaviləsi üzrə lizinq alan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə lizinq verənin ilk tələbi ilə zaminliklə təmin edilmiş öhdəliyin tamamilə icra edilməsini öz öhdəsinə götürmüşdür. Cavabdeh1 adına tərtib edilmiş İXP ******* №-li protokol üzrə məlumatdan görünür ki, ödəniləcək məbləğ 119.2 AZN təşkil edir. Cavabdeh2 adına tərtib edilmiş EQ 16585286 №-li elektron qərar üzrə məlumatdan görünür ki, ödəniləcək məbləğ 396 AZN təşkil edir. Cavabdeh2 adına tərtib edilmiş EQ 17479993 №-li elektron qərar üzrə məlumatdan görünür ki, ödəniləcək məbləğ 20 AZN təşkil edir. Cavabdeh2 adına tərtib edilmiş EQ 17690854 №-li elektron qərar üzrə məlumatdan görünür ki, ödəniləcək məbləğ 9 AZN təşkil edir. Cavabdeh2 və Cavabdeh1 iddiaçı tərəfindən ünvanlanmış 20 noyabr 2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, xx.xx.2023-cü il tarixli İF/06102 saylı X1 müqaviləsi borcun ödənilməsi tələb edilmişdir. xx.xx.2023-cü il tarixli İF/06102 saylı X1 müqaviləsinə 1 saylı Əlavə olan ödəniş cədvəlindən görünür ki, lizinq alan Cavabdeh2 xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2026-cı ilədək hər ay 507.28 manat məbləğində pulu lizinq verənə ödəməli idi. xx.xx.2024-cü il tarixli Maliyyə Arayışından görünür ki, Cavabdeh2 "xxxx" MMC-yə xx.xx.2023cü il tarixə əsas borcu 10384.03 manat, faiz borcu 1765.03 manat, cərimə borcu 102.10 manat, olmaqla cəmi borcu 12251.16 manat təşkil edir. xx.xx.2024-cü il tarixli ********* №-li mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 64 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə görə lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Həmin Məcəllənin 747-4.4-cü maddəsinə görə lizinq obyektinin sublizinqə verilməsi zamanı hökmən lizinq verənin yazılı razılığı olmalıdır. Həmin Məcəllənin 21.1-21.3-cü maddələrinin tələblərinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Qeyd olunan Məcəllənin 448-ci maddəsinə müvafiq olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə uyğun olaraq hüquqi şəxslər maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, müqavilə üzrə yaranmış öhdəliklər lazımınca icra edilmədiyindən iddia təmin edilməli, 3787.96 manat borc, 545.20 manat yol hərəkəti qaydalarının pozulmasına görə yaranan cərimə məbləği və ekspertə ödənilən 50 manat və dövlət rüsumu olaraq ödənilən 63.43 manat məbləğində pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-nin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclaslında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 226.2-ci maddəsinin tələbinə görə, məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 3787.96 manat borc, 545.20 manat yol hərəkəti qaydalarının pozulmasına görə yaranan cərimə məbləği və ekspertə ödənilən 50 manat və dövlət rüsumu olaraq ödənilən 63.43 manat məbləğində pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №e-2(049)-1240/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-1240/2024
17.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver