Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-1267/2025 21.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Cəfərov Raqib Rüstəm oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi» tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 21 dekabr 2023-cü il tarixli AZL-1351 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 30 noyabr 2024cü il tarixə ödənilməmiş 679.48 manat gecikdirilmiş əsas, 631.36 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 548.98 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “Chevrolet Nexia SX” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpası üçün tələb edilən 1789.40 manat, inzibati xəta haqqında protokollara görə ödənilmiş 1929 manat, ümumilikdə 5578.22 manat borc və ödənilmiş 75.79 manat dövlət rüsumu İddiaçı MMCnin xeyrinə tutulmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 21 dekabr 2023-cü il tarixli AZL-1351 saylı “Daxili lizinq” müqaviləsinə əsasən “Chevrolet Nexia SX” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 16 % mükafat məbləği hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 445.02 manat, ümumilikdə isə 29601 manat məbləğində pulu vəsaitini İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 29601 manatın 29601 manatı əsas məbləğ təşkil edir. Cavabdehmüvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan, “Chevrolet Nexia SX” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı avtomobil istifadəyə yararsız vəziyyətdə 30 noyabr 2024-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə1789.40 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh AZL-1351 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 12 noyabr 2024-cü il tarixə ümumilikdə 1859.82 manat məbləğində gecikmə borcu yaranmışdır. Həmçinin lizinq obyetkti olan avtomobil cavabdehin istifadəsində olan müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü AR DİN DYP tərəfindən inzibati qaydada cərimələnmişdir. Həmin protokollara görə də tərəfimizdən ümumilikdə 1929 manat məbləğində pul vəsaiti ödənilmişdir. X3 tərəfindən qeydə alınmış protokollar aşağıdakılardan ibarətdir: 1. İXP ******* saylı protokola görə 960 manat; 2. EQ 23078592 saylı protokola görə 36 manat; 3. EQ 23078598 saylı protokola görə 18 manat;
4. EQ 23078595 saylı protokola görə 9 manat; 5. EQ 23078596 saylı protokola görə 36 manat; 6. EQ 23078603 saylı protokola görə 36 manat; 7. EQ 23078599 saylı protokola görə 18 manat; 8. EQ 23078601 saylı protokola görə 36 manat; 9. EQ 23078597 saylı protokola görə 36 manat; 10. EQ 22458032 saylı protokola görə 32 manat; 11. EQ 22455354 saylı protokola görə 64 manat; 12. EQ 23078593 saylı protokola görə 36 manat;
13. EQ 22745862 saylı protokola görə 64 manat; 14. EQ 21763440 saylı protokola görə 32 manat; 15. EQ 21763438 saylı protokola görə 64 manat; 16. EQ 21763442 saylı protokola görə 64 manat; 17. EQ 23078600 saylı protokola görə 18 manat; 18. EQ 23030420 saylı protokola görə 18 manat; 19. EQ 20037077 saylı protokola görə 32 manat;
20. EQ 20037068 saylı protokola görə 32 manat; 21. EQ 20037066 saylı protokola görə 64 manat; 22. EQ 20037056 saylı protokola görə 32 manat; 23. EQ 20037063 saylı protokola görə 32 manat; 24. EQ 20037052 saylı protokola görə 128 manat; 25. EQ 20037082 saylı protokola görə 32 manat; “Daxili lizinq” müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən lazımı qaydada icra edilməməsinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. “Daxili lizinq” müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3 % hesanlanmaqla cərimə ödəyir. Həmin müqavilənin 4.4.1-ci bəndinə əsasən lizinq Alan müvafik standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. Həmin müqavilənin 4.4.2-ci bəndinə əsasən lizinq Alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan müqaviənin bütün müddəti ərzində Lizinq Obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski Lizinq alana keçir. “Daxili lizinq” müqaviləsinin 5.2-ci bəndinə əsasən “bu Müqavilənin qüvvədə olduğu müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı üçüncü şəxslərə dəymiş zərərə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla), həmçinin cinayət və inzibati xətaya görə məsuliyyəti lizinq alan daşıyır” Həmin müqavilənin 9.1-ci bəndinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. İddiaçının nümayəndəsi X1 məhkəməyə elektron ərizə ilə müraciət edərək iddianın təmin olunmasını və işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddianı qismən qəbul edərək bildirdi ki, X3 tərəfindən qeydə alınmış protokollar üzrə müəyyən edilmiş cərimələr onun tərəfindən ödəniləcəkdir və iddianı bu hissədə tam qəbul edir, lakin **-YE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 1789.40 manat isə həddən artıq şişirdilmişdir, həmin təmir-bərpa üçün ən yuxarı 200-300 manat pul tələb oluna bilər. İddianın qismən təmin edilməsinə etirazı yoxdur. Məhkəmə, iddia tələbinin dəlillərinə qiymət verərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 21 dekabr 2023-cü il tarixli AZL-1351 saylı “Daxili lizinq” müqaviləsinə əsasən “Chevrolet Nexia SX” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı, boz metal rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İddia ərizəsinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 16 % hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 445.02 manat, ümumilikdə isə 29601 manat məbləğində pulu "xxxx" MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. İddia ərizəsinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli təhvil - təslim aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə “Chevrolet Nexia SX” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı, , boz metal rəngli avtomobil Cavabdeh təhvil verilmişdir. İddia ərizəsinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə “Chevrolet Nexia SX” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı, boz metal rəngli avtomobil güzgü,sağ qapı,ön baryer əzik, maşında batıq izləri aşkar edilmişdir. İddia ərizəsinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə1789.40 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli maliyə arayışından görünür ki, Cavabdeh 679.48 manat əsas borcu, 631.36 manat mükafat borcu, 548.98 manat cərimə borcu, ümumilikdə 1859.82 manat borcu yaranmışdır. İddia ərizəsinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2025-ci il tarixdə "xxxx" MMC-nin Cavabdeh xəbərdarlıq (pretenziya məktubundan) görünür ki, Cavabdeh yaranmış borcla bağlı öhdəlikləri yerinə yetirməyi və etmədikdə məkməyə müraciət ediməsi barədə xəbərdar edilmişdir. İddia ərizəsinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş kökumət ödəniş portalından çıxarışlardan görünür ki, iddianın verilməsinə görə 75.29 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmənin sorğusuna əsasən xx.xx.2025-ci il tarixdə Kamran MMC-nin verdiyi rəydən görünür ki, “Chevrolet Nexia SX” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpası üçün 885 manat məbləğ müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 522.1-ci maddəsinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. MM-nin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. MM-nin 747-1.2-ci maddəsinə əsasən, lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir. MM-nin 747-1.4-ci maddəsinə əsasən, satıcı (mal verən) alqı-satqı müqaviləsinə əsasən lizinq obyektini lizinq verənə satan hüquqi və ya fiziki şəxsdir. MM-nin 748-1.12.4-cü maddəsinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Sadalanmış normaları hazırkı iş üzrə tətbiq edərkən müəyyən olunur ki, "xxxx" MMC ilə bağlanmış 21 dekabr 2023-cü il tarixli AZL-1351 saylı “Daxili lizinq müqaviləsi üzrə Cavabdeh üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə məsuliyyət daşıyır, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmiş və bu səbəbdən lizinq şirkəti qarşısında cavabdehlik daşıyır. Buna görə də məhkəmə hesab edir ki, iddia bu hissədə əsaslıdır. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının cavabdehən tələb etdiyi “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 30 noyabr 2024-cü il tarixə ödənilməmiş 679.48 manat gecikdirilmiş əsas, 631.36 manat gecikdirilmiş mükafat hissəsində iddia təm təmin edilməlidir. Bununla yanaşı məhkəmə qeyd edir ki, MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə, iddianın əsas borca hesablanmış 548.98 AZN cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından, ümumilikdə isə cərimə məbləği yüksək məbləğdə tələb edildiyindən, cərimə məbləği məhkəmə tərəfindən azaldılaraq əsas məbləğin təxminən beş faizi həddində- 60 AZN məbləğində cərimə borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, iddiaçının inzibati xəta haqqında protokollara görə ödənilmiş 1929 manata dair tələbi də cavabdeh tərəfindən etiraf olunduğuna görə iddia həmin hissədə də tam təmin edilməlidir. Belə ki, MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə, göstərilən normalara əsasən, habelə məhkəmə iclasında dindirilmiş cavabdehin izahatı, araşdırılmış sübutları, eləcə də cavabdehin iddianı bu hissədə etiraf etməsini nəzərə alaraq hesab edir ki, iddianın həmin hissədə təmin edilməsi qanunvericilik baxımından da əsaslıdır. Göstərilənlərlə yanaşı, iddiaçının “Chevrolet Nexia SX” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 1789.40 manatla bağlı iddiasına dair məhkəmə qeyd edir ki, təqdim edilən sübut, yəni xx.xx.2024-cü il tarixli qüsur aktı subyektiv olaraq əldə olunduğundan, habelə iddiaçıya məxsus təşkilat tərəfindən təertib edildiyindən mötəbər sübut kimi qəbul edilə bilməz. Lakin bununla yanaşı həmin hala dair, yəni avtomobilin təmir-bərpası üçün cavabdehin bildirdiyi kimi 200- 300 manat məbləği də hər hansı halla sübuta yerilmədiyindən qəbul edilməməlidir. Bu baxımdan məhkəmə “Chevrolet Nexia SX” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən məbləğə dair hər hansı tərəflə əlaqsi olmayan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində göstərilən məbləğin, yəni 885 manatın ağlabatan, obyektiv olması qənaətinə gəlir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilən dövlət rüsumunun iddianın təmin olunmuş hissəsində olan məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh 21 dekabr 2023-cü il tarixli, AZL-1351 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 30 noyabr 2024cü il tarixə ödənilməmiş 679.48 manat gecikdirilmiş əsas, 631.36 manat gecikdirilmiş mükafat və 60 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “Chevrolet Nexia SX” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 885 manat, inzibati xəta haqqında protokollara görə ödənilmiş 1929 manat, ümumilikdə 4184.84 manat borc tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 61.84 manat hissəsi Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Murad Aslanov