Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-130/2025 02.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 və Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “müqaviləyə xitam verilməsi və nəqliyyat vasitəsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06 mart 2024-cü il tarixli, K-832A-PCC-24 saylı avtomobilin müddətli satışı üzrə müqaviləsinin ləğv edilməsi, “BAİC X55” minik markalı **-YK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin və 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh alınaraq İddiaçı MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 06 mart 2024-cü il tarixli K-832-A-PCC-24 saylı avtomobilin müddətli satışı üzrə müqaviləyə əsasən cavabdeh İddiaçı MMC-dən BAİC X55 minik markalı **-YK-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi almışdır. Tərəflər arasında olan razılaşmaya əsasən nəqliyyat vasitəsinin dəyəri 42668 manat məbləğində razılaşdırılmışdır. Cavabdeh həmin məbləğdən 7797 manat məbləğində hissəni ilkin ödəniş kimi icra etmişdir. Qalan 34871 manat məbləğində pulun hissə-hissə hər ay 726 manat olmaqla 48 ay müddətinə ödənilməsi haqqında tərəflər arasında razılıq əldə edilmişdir. Müqavilə imzalandıqdan sonra İddiaçı MMC üzərinə düşən öhdəliyi icra edərək nəqliyyat vasitəsini cavabdehə təhvil vermişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini əvvəllər vaxtında icra etsə də sonradan gecikmələrlə yol vermiş və 2024-cü ilin iyun ayından sonra ödənişlərin icrasını tamamilə dayandırmışdır. Dəfələrlə cavabdehlə əlaqə yaradılaraq ya müqavilə üzrə öhdəliklərini icra etməsi ya da nəqliyyat vasitəsini qaytarması tələb edilsə də cavabdeh nə öhdəliklərini icra etməmiş, nə də nəqliyyat vasitəsini cəmiyyətə geri qaytarmamışdır. İcra etməli olduğu ödənişləri icra etməməsi azmış kimi cavabdeh həm də qeyri-qanuni yolla mülkiyyətçisi olduqları nəqliyyat vasitəsinə sahiblənərək onu özündə saxlayır, istifadə edir və cəmiyyətə geri qaytarmaqdan imtina edir. Bununla da cavabdeh onların hüquqlarını kobud surətdə pozur və pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Tərəflər arasında bağlanmış 06 mart 2024-cü il tarixli K-832A-PCC-24 saylı avtomobilin müddətli satışı üzrə müqavilənin 3.2.4-cü maddəsinə əsasən alıcı müqavilənin 2.2-ci bəndi ilə müəyyən edilmiş öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə İddiaçı MMC müqavilənin icrasından birtərəfli qaydada imtina edə, nəqliyyat vasitəsini geri götürə və ödənilmiş məbləği geri qaytarmaya bilər. Cavabdeh iddia ərizəsinə qarşı məhkəməyə ünvanladığı yazılı etirazında göstərmişdir ki, iddiaçi iddia ərizəsində **-YK-*** dövlət qeydiyyat nişanlı “BAİC X55” nəqliyyat vasitəsinin onun mülkiyyətində olmasını, ilkin 7797 (yeddi min yeddi yüz doxsan yeddi) manat ödəniş tərəfindən icra etməklə alqı-satqı müqaviləsi əsasında avtomobili ona verilməsini, həmçinin müqavilə üzrə öhdəlikləri, yəni aylıq ödənişləri vaxtlı-vaxtında əvvəllər icra etsə də, sonradan gecikmələrə yol verməklə 2024-cü ilin iyun ayından ödənişlərin icrasını tamamilə dayandırmağını qeyd etmişdir. Həmçinin iddiaçı, iddia ərizəsində iddiaçıya ödədiyi ilkin və aylıq ödənişləri geri qaytarmadan maşının ona verilməsini tələb edir. Lakin, iddiaçı iddia ərizəsində tərəfindən aylıq ödənişlərin hansı səbəblərdən icra edilməməsini yazmır, göstərmir. Bu barədə onun tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli etdiyi rəsmi müraciətlər etsə də iddia ərizəsində heç bir qeydiyyat aparmamışdır. Bununla belə, iddiaçı **-YK-*** dövlət qeydiyyat nömrə nişanlı “BAİC X55” nəqliyyat vasitəsini, o Cavabdeh alınaraq ona verilməsini və ödədiyi 100 manat dövlət rüsumunun da, ondan tutularaq ona ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Aşağıdakı xüsusatlardan və səbəblərdən iddiaçı “İdeal Motors’’ MMC-nin barəsində verdiyi iddia ərizəsinə etiraz olaraq, onun tam rədd edilməsini məhkəmədən xahiş edir. Maşını İddiaçı MMC-dən götürdüyü ilk günlərdən başlayaraq qüsurlar aşkar olunub, növbəti aylarda isə bu çatışmazlıqlar qabarıq şəkildə özünü biruzə verməyə başladı. Məcbur olub maşını üçüncü aydan sonra, dayanacağa yerləşdirib çadır örtüklə bağlayıb MMC-nin direktoruna xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli müraciətlər edib. Maşında olan qüsur çatışmazlıqlar aşağıdakılardan ibarətdir :Salon ümumiyyətlə bütün döşəmə yağış zamanı suyun içərisində olur. Yağışlı havalarda faralara su dolur, işıqlanma tamamilə itir. Əl əyləci dalbadal sonra da tamamilə ilişib qəza vəziyyəti yaradır. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, “0” km-dən aldığı maşındakı bu nasazlıqlar həmin hissələrin işlək olmasını, yəni zavod şəraitində buraxılmış maşından həmin hissələrin çıxarılıb yerinə digər işlək təmir olunmuş hissələrlə əvəz olunub maşına quraşdırılıb qoyulması deməkdir. Birinci dəfə xx.xx.2024-cü il tarixdə İddiaçı MMC-nin direktoru Zaur Abbasova, maşında baş verən nasazlıqlar barədə məlumat verib tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə xitam verilərək ödədiyi 10.000 manat məbləğində pulun ona geri qaytarılması və avtomobilin təhvil alınması haqqında müraciət edb. İddiaçı MMC, xx.xx.2024-cü il tarixli, N2 352/24 nömrəli cavab məktubu ilə müraciətini cavablandırmışdır. Cavab məktubunda “İstehsalçı zavodun təqdim etdiyi zəmanət müddəti ərzində istifadəsində olan BAİC X55 minik markalı avtomobildə istismar zamanı istehsalla bağlı meydana çıxan hər hansı bir nasazlıq zəmanət şərtlərinə uyğun olaraq servis mərkəzimiz tərəfindən ödənişsiz olaraq aradan qaldırılır” qeyd etmişdir. Yəni cavab məktubunda avtomobilin istismarı (istifadəsi) zamanı yaranan əmələ gələn nasazlığı ödənişsiz icra olunmasını qeyd etmişdir. Lakin cavab məktubunda maşında baş verən bu qədər nasaz hissələrin olmasının, istismar zamanı deyil, “0” km-dən alınan maşındakı, bu sayda nasaz hissələrin maşında, onun alınan gündən, hansı səbəbdən olmasının izahatını verməmiş, aydınlıq gətirməmişdir. İkinci dəfə xx.xx.2024-cü il tarixdə, İddiaçı MMC- nin direktoru Zaur Abbasova, təkrarən xx.xx.2024-cü il tarixli müraciətində qeyd etdiyi kimi, maşında baş verən nasazlıqlar barədə və bu səbəbdən xx.xx.2024-cü il tarixli müqavilənin ləğv edilməsi, ödədiyi 10.000 manat pulun ona geri qaytarılması və maşının onlara verilməsi barədə müraciət edib. İddiaçı MMC, xx.xx.2024-cü il tarixli, N2 395/24 nömrəli cavab məktubu ilə, xx.xx.2024-cü il tarixli, N2 352/24 nömrəli cavab məktubunda qeyd etdiyi cavabı təkrarən ona göndərmişdir. Lakin, İddiaçı MMC, verdiyi xx.xx.2024-cü il tarixli, N2 352/24 nömrəli cavab məktubundan bir gün qabaqkı xx.xx.2024-cü il tarixli “Xəbərdarlıq” məktubu ilə tərəflər arşında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilənin 3.2.4-cü bəndini əsas gütürərək, müqavilənin icrasından birtərəfli qaydada imtina etmək, avtomobili geri götürmək və ödənilmiş məbləği geri qaytarmamaq hüququnun olmasını da qeyd etmişdir. Əvvəla, “Satıcı” İddiaçı MMC müqaviləni birtərəfli qaydada imtina edə bilmir. Çünki, müqaviləyə xitam verilməsi barədə, “Satıcı” İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli müraciətlər daxil olmuşdur. Yəni müqavilə iki tərəfli xitam olunur. İddiaçı müqavilənin ona sərf edən bəndinə istinad edərək, ödədiyi pulları geri qaytarmadan, zavod şəraitində buraxılmış maşını, guya o alıcı istismar-istifadə müddətində yararsız vəziyyətə salmağı kimi əsaslandıraraq maşını tələb edir. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilənin 5-ci, “Zəmanət” bəndinə görə, “Nəqliyyat vasitəsinin istismar şəraitindən asılı olan və istehsalat qüsurlu mövcud olduqda zəmanət şamil edilir” qeyd edilmişdir. Müqavilənin 5.2.2-ci bəndinə görə, “Nasazlıq nəqliyyat vasitəsinin düzgün istismar olunmaması, qəza nəqliyyat vasitəsinin konstruksiyasına dəyişikliklərin edilməsi və ya nəqliyyat vasitəsinə əlavə avadanlıqların quraşdırılması, o cümlədən qeyri-orijinal təkərlərin və sairə” zəmanət öhdəliyi öz qüvvəsini itirilməsi qeyd edilmişdir. Bu o deməkdir ki, İddiaçı MMC-dən aldığı maşının onun istismar müddətində göstərilən hallar baş verməmişdir. Yəni müqavilənin 5-ci, “Zəmanət” bəndinə görə, alıcı, onunla bağladığı müqaviləyə xitam verməklə, ondan aldığı pulları geri qaytarmaq şərti ilə verdiyi maşını geri almalıdır. Beləliklə, iddiaçı tərəfindən verilmiş iddia tələbini araşdırıb ona hüquqi qiymət verərək belə bir nəticəyə gəlmək olar ki, hazırki mübahisə yəni iş üzrə iddiaçının, iddia ərizəsində zavod şəraitində istehsalat müddətində texniki nasaz maşını alıcıya, hal hazırki iş üzrə cavabdehə verilməsi faktı mübahisə olunmayan sübut kimi qəbul edilməlidir. Yəni, iddiaçının daşmar əmlak tələbinə dair iddiası, əsaslandırılmayan, mötəbər sübuta yetirilməyən, təsdiqini tapmayan tələb kimi rədd edilməlidir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iştirak edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etmədi, etirazın dəlillərinə uyğun çıxış edərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş: 06 mart 2024-cü il tarixli K-832-A-PCC-24 saylı “avtomobilin müddətli satışı üzrə” müqavilədən müəyyən edilir ki, İddiaçı MMC-yə məxsus olan BAİC X55 minik markalı **- YK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh sahiblik və istifadəsinə verilmişdir. 06 mart 2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, 06 mart 2024-cü il tarixli K- 832-A-PCC-24 saylı müqaviləyə əsasən BAİC X55 minik markalı **-YK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı MMC tərəfindən Cavabdeh təhvil verilmişdir. «İdeal Motors” MMC-nin tərəfindən tərtib edilmiş K-832-A-PCC-24 saylı xx.xx.2024-cü il tarixli müqaviləyə 02 saylı əlavədən görünür ki, Cavabdeh sözügedən avtomaşının satışı ilə əlaqədar xx.xx.2024-cü il tarixdən xx.xx.2028-ci il tarixədək 48 ay hər ay 726 manat, sonuncu ayda isə 749 manat ödənişi etmək öhdəliyini öz üzərinə götürmüşdür. xx.xx.2024-cü il tarixli, BB 544821 №-li Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, BAİC X55 minik markalı **-YK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı MMC-yə məxsusdur. Cavabdeh İddiaçı MMC-yə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, BAİC X55 minik markalı **-YK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində aşkar edilmiş nasazlıqlara görə müqaviləyə xitam verilməsi, ödədiyi 10000 manat pulun geri qaytarılması və avtomobilin təhvil alınması xahiş edilmişdir. İddiaçı MMC-nin Cavabdeh xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən sonuncuya ünvanladığı xx.xx.2024-cü il tarixli, 352/24 №-li cavab məktubundan görünür ki, BAİC X55 minik markalı **-YK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində istismar zamanı istehsalla bağlı meydana çıxan hər hansı bir nasazlıq zəmanət şərtlərinə uyğun olaraq servis mərkəzi tərəfindən ödənişsiz olaraq aradan qaldırılır. Cavabdeh İddiaçı MMC-yə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, avtomobildə ilk gündən qüsurlar aşkar edilmişdir. Salonda döşəmə yağış zamanı suyun içərisində olur, faraya su dolur, işıqlanma tamamilə itir, əl əyləci ilişir. Ödədiyi 10000 manat pulun geri qaytarılması və avtomobilin təhvil alınması təkrarən xahiş edilir. Avtomobil tərəfindən istifadə edilməyəcək və ödəniş ödənilməyəcəkdir. İddiaçı MMC-nin Cavabdeh xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən sonuncuya ünvanladığı xx.xx.2024-cü il tarixli, 395/24 №-li cavab məktubundan görünür ki, BAİC X55 minik markalı **-YK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində zəmanət müddətində istehsalla bağlı aşkar olunan hər hansı nasazlıq vəya qüsur istehsalçı zavodun zəmanət öhdəliyinə əsasən müştəri tərəfindən heç bir ödəniş olmadan aradan qaldırılır. Buna görə də avtomobilin servis mərkəzində texniki müayinədən keçirilməsi və nəticədə aşkar olunan qüsur üzrə zəmanət şöbəsinə müraciət edilməsi tövsiyə edilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli “Xəbərdarlıq”dan görünür ki, Cavabdeh xəbərdarlığı aldığı gündən 7 gün ərzində borclu olduğu məbləği ödəmədiyi təqdirdə müqavilənin 3.2.4-cü bəndinin tələblərinə əsasən İddiaçı MMC tərəfindən onunla bağlanmış müqaviləyə birtərəfli qaydada xitam veriləcəyi bildirilmişdir. Müvafiq poçt sənədindən görünür ki, xx.xx.2024-cü il tarixli “Xəbərdarlıq” xx.xx.2024-cü il tarixdə Cavabdeh çatdırılmışdır. X1 görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə ilkin ödəniş olaraq 7797 manat, xx.xx.2024-cü il tarixdə 726 manat, xx.xx.2024-cü il tarixdə 726 manat və xx.xx.2024-cü il tarixdə 726 manat ödəniş etmişdir. İddiaçı MMC-nin məhkəmənin müvafiq sorğusuna əsasən verdiyi xx.xx.2025-ci il tarixli 62/25 №-li cavabdan görünür ki, iş üzrə Cavabdeh BAİC X55 minik markalı **-YK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində qüsurların olması ilə bağlı xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə İddiaçı MMC-yə iki dəfə yazılı şəkildə məktub ünvanlanmışdır. Cavabdehə həm şifahi, həm də yazılı olaraq müraciət edilərək mövcud olduğuna istinad etdiyi qüsurlara baxış keçirilməsi üçün BAİC X55 minik markalı **-YK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini cəmiyyətin satış və servis mərkəzinə gətirməsi xahiş olunmuşdur. Lakin buna baxmayaraq Cavabdeh mövcud olduğuna istinad etdiyi qüsurlara baxış keçirilməsini təmin etməmiş və BAİC X55 minik markalı **-YK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini servisə gətirməmişdir. İddiaçı MMC-nin satış və servis mərkəzində BAİC X55 minik markalı **-YK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 4 dəfə xidmət göstərilmişdir. Bu xidmətlər avtomobilin mühərrik yağı və süzgəcin dəyişdirilməsi, hava süzgəcinin dəyişdirilməsi kimi cari xidmətlərdən ibarət olmuşdur. ********** №-li qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış 06 mart 2024-cü il tarixli K-832-A- PCC-24 saylı “avtomobilin müddətli satışı üzrə” müqavilənin 2.2-ci bəndindən görünür ki, “alıcı” nəqliyyat vasitəsinin dəyərini hazırki müqavilənin ayrılmaz tərkib hissəsi olan 2 №-li Əlavəyə uyğun olaraq “satıcı”ya ödəməlidir. Həmin müqavilənin 3.2.4-cü bəndinə əsasən “satıcı”nın “alıcı” müqavilənin 2.2-ci bəndi ilə müəyyən edilmiş öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə müqavilənin icrasında birtərəfli qaydada imtina etmək, avtomobili geri götürmək və ödənilmiş məbləği geri qaytarmamaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1.5-ci maddəsinə əsasən müqavilə azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İddiaçı tərəfin təqdim etdiyi sübutları qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, sözügedən mübahisəli avtomobil tərəflərin razılığı ilə müqavilə əsasında alqı-satqı predmeti olmuş və verilən müvafiq pul müqabilində alqı-satqı qanunamüvafiq qaydada rəsmiləşdirilərək həyata keçirilmişdir. Başqa sözlə, alqı-satqı müqaviləsi tərəflərin iradə ifadəsi əsasında qanunun tələbləri nəzərə alınmaqla bağlanmış və tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində razılaşmaqla müqavilə bağlanmış hesab olunmuşdur. İşin faktiki hallarından görünür ki, 06 mart 2024-cü il tarixli K-832-A-PCC-24 saylı “avtomobilin müddətli satışı üzrə” müqaviləyə əsasən Cavabdeh İddiaçındən BAİC X55 minik markalı **-YK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini almış, tərəflər arasında olan razılaşmaya əsasən nəqliyyat vasitəsinin satış dəyəri 42668 manat məbləğində müəyyən edilmişdir. Həmin məbləğdən cavabdeh ilkin olaraq 7797 manat ödəmiş, 34871 manat məbləğində pulun hissə-hissə olmaqla 48 ay müddətinə sonuncu ay 749 manat olmaqla ayda 726 manat ödənilməsi barədə öhdəlik götürmüşdür. Cavabdeh müqavilə üzrə öhdəliklərini cəmi üç ay, yəni xx.xx.2024-cü il tarixdə 726 manat, xx.xx.2024-cü il tarixdə 726 manat və xx.xx.2024-cü il tarixdə 726 manat ödəniş etməklə icra etmişdir. Cavabdeh avtomobildə nasazlıqlar və qüsurlar olmasını əsas gətirərək aylıq ödənişlərini ödəməkdən imtina etmiş və bu barədə iddiaçıya öz yazılı müraciətində bildirmişdir. İddiaçı cavabdehin qeyd etdiyi qüsurlara baxış keçirilməsi üçün BAİC X55 minik markalı **-YK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini cəmiyyətin satış və servis mərkəzinə gətirməsi barədə ona müraciət ünvanlanmış, lakin Cavabdeh mövcud olduğuna istinad etdiyi qüsurlara baxış keçirilməsini təmin etməmiş və BAİC X55 minik markalı **-YK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini servisə gətirməmişdir. Bundan sonra, İddiaçı MMC Cavabdeh xəbərdarlıq göndərərək Cavabdeh xəbərdarlığı aldığı gündən 7 gün ərzində borclu olduğu məbləği ödəmədiyi təqdirdə müqavilənin 3.2.4-cü bəndinin tələblərinə əsasən İddiaçı MMC tərəfindən onunla bağlanmış müqaviləyə birtərəfli qaydada xitam veriləcəyini bildirmişdir. Məhkəmə tələbin müqavilənin ləğvinə dair hissəsi ilə bağlı göstərir ki, Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Qərarında qeyd olunmuşdur ki, «ləğvetmə» xitam anlayışının tərkibinə daxil olan xüsusi bir hal olmaqla, əqddən irəli gələn hüquqi münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, məhz birtərəfli qaydada aradan qaldırılması, yəni xitam verilməsi hallarını ehtiva edir. Belə ki, Mülki Məcəllənin 421.1-ci maddəsi ləğvetmə ilə bağlı olmayıb, müqavilə azadlığı və tərəflərin bərabərliyi prinsiplərinə uyğun olaraq onların qarşılıqlı razılaşması ilə müqavilə münasibətlərinin dəyişdirilməsi və ya ona xitam verilməsinin mümkünlüyünü nəzərdə tutur. Məcəllənin 423.1-ci maddəsi isə məhz bu məqsədlə bağlanan müqavilənin (razılaşmanın) formasına aid məsələni tənzimləyir. Həmin maddəyə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Vurğulanmalıdır ki, göstərilən maddədə «müqavilənin ləğv edilməsi haqqında razılaşma» ifadəsindən istifadə olunsa da, burada məhz tərəflərin qarşılıqlı razılaşması yolu ilə müqavilə münasibətlərinə xitam verilməsi nəzərdə tutulmuşdur. Halbuki, yuxarıda qeyd edildiyi kimi, “ləğv etmə” dedikdə əqdə əsaslanan münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, tərəflərdən birinin birtərəfli iradə ifadəsi ilə aradan qaldırması imkanı başa düşülür. Müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları isə Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir. Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Nəzərə alınmalıdır ki, mülki qanunvericiliyin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığının onun iştirakçılarının bərabərliyi əsasında təmin edilməsi kimi müəyyən edilmişdir (Mülki Məcəllənin 1.1-ci maddəsi). Müqavilələr hüququnda iradə sərbəstliyi və müqavilə azadlığı prinsipləri də məhz birbaşa bu məqsədə nail olmaq üçün təsbit edilmişdir (Məcəllənin 6.1.2, 6.1.5, 12.2 və 390-cı maddələri). Həmin Məcəllənin 389.1-ci maddəsinin mənasına görə müqavilə tərəflər arasında məhz iradə ifadələri nəticəsində yaranan razılaşmadır. Odur ki, müqavilənin bağlanması və qüvvədə qalması tərəflərin birgə iradəsinə əsaslandığı üçün, onların qabaqcadan xüsusi ləğvetmə əsaslarını müəyyən etmək hüququna malik olması da mülki qanunvericiliyin tələblərindən irəli gəlir. Bu səbəbdən də Mülki Məcəllənin 421.2-ci maddəsində “müqavilədə nəzərdə tutulan digər hallarda” və Məcəllənin 421.3-cü maddəsində “tərəflərin razılaşması ilə yol verildikdə” ifadələri ilə tərəflərin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq imkanı tanınmışdır. Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır; Göründüyü kimi hazırda iddia tələbi üzrə müqavilənin ləğvinə dair hissə iddiaçının bu istəyini qarşı tərəf olaraq cavabdehə bildirməsi anından ləğv etmə həyata keçirilmişdir. Bu halda müqavilənin məhkəmə qaydasında ləğvinə zərurət qalmır. Lakin Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərini vaxtında yerinə yetirmədiyi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından məhkəmə iddiaçının avtomobilin geri qaytarılmasını tələbini əsaslı hesab edib iddia tələbinin həmin hissədə təmin edilməsi nəticəsinə gəlir. Tərəflər arasında müqavilə ləğv edildiyindən onun predmeti olan avtomobil Cəmiyyətin mülkiyyətində olduğundan həmin daşınar əmlak da cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd edilir ki,məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, “BAİC X55” minik markalı **-YK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı MMC-yə verilməli, iddia qalan hissədə rədd edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. “BAİC X55” minik markalı, **-YK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və ödənilmiş dövlət rüsumunun əvəzi olan 100 (bir yüz) manat Cavabdeh alınaraq İddiaçınə qaytarılsın. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №e-2(049)-130/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-130/2025
02.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver