Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-1337/2024 29.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlu İddiaçı Növruz oğlunun Cavabdeh qarşı kredit borcun ödənilməsi tələbi barədə kiçik iddialara dair mülki işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Növruz oğlu Cavabdeh qarşı kredit borcunun ödənilməsi barədə kiçik mübahisələr üzrə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli, ECK5775778 nömrəli müqavilə üzrə 1047 manat əsas borcun, 314 manat dəbbə pulunun, xx.xx.2019-cu il tarixli, ECK5793589 nömrəli müqavilə üzrə 2070 manat əsas borcun, 621 manat dəbbə pulunun və 61 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə cəmi 4113 manat borcun Cavabdeh alınaraq, onun xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı Növruz oğlu iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, ECK5775778 nömrəli (nisyə) alqı satqı müqaviləsi bağlanaraq, bu müqavilənin 1.1-ci bəndinə əsasən cavabdehə müqavilə üzrə alqı-satqı dəyəri 1436 manat olan, 1 ədəd “Beko” markalı soyuducu və 1 ədəd “Riffel” markalı soba nisyə satılmışdır. Bu müqavilənin 2.1, 2.2-ci maddəsinə əsasən, bu müqavilə üzrə cavabdeh 20 manat ilkin ödəniş etməklə, qalan 1416 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq, 24 ay müddətinə, ayda 59 manat olmaqla, hər ayın 16-dək ödəməyi öz üzərinə götürmüşdür. Bundan başqa iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixli, ECK5793589 nömrəli (nisyə) alqı satqı müqaviləsi bağlanaraq, bu müqavilənin 1.1-ci bəndinə əsasən cavabdehə müqavilə üzrə alqı-satqı dəyəri 2800 manat olan, 1 ədəd “Samsung” markalı televizor nisyə satılmışdır. Bu müqavilənin 2.1, 2.2-ci maddəsinə əsasən, bu müqavilə üzrə cavabdeh 400 manat ilkin ödəniş etməklə, qalan 2400 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq, 24 ay müddətinə, ayda 100 manat olmaqla, hər ayın 19-dək ödəməyi öz üzərinə götürmüşdür. Müqavilələrin 2.4-cü maddəsinə əsasən alıcı gecikdirdiyi hər gün üçün məcmu borcun 1 faizi həcmində satıcının xeyrinə cərimə (dəbbə pulu) ödəyir. Lakin, cavabdeh iki müqavilə üzrə öhdəlikləri kobud şəkildə pozmuş, borcunu tam şəkildə İddiaçı Növruz oğluna qaytarmamış və cavabdehin iddiaçıya xx.xx.2019-cu il tarixli, ECK5775778 nömrəli müqavilə üzrə 1047 manat əsas borcu, 314 manat dəbbə pulu üzrə borcu, bundan başqa xx.xx.2019-cu il tarixli, ECK5793589 nömrəli müqavilə üzrə 2070 manat əsas borcu, 621 manat dəbbə pulu üzrə borcu ümumilikdə cəmi 4052 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və satıcı İddiaçı Növruz oğlu öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu səbəbdən İddiaçı Növruz oğlu xx.xx.2019-cu il tarixli, ECK5775778 nömrəli müqavilə üzrə 1047 manat əsas borcun, 314 manat dəbbə pulunun, xx.xx.2019-cu il tarixli, ECK5793589 nömrəli müqavilə üzrə 2070 manat əsas borcun, 621 manat dəbbə pulunun və 61 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə cəmi 4113 manat borcun Cavabdeh alınaraq, onun xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq, hazırki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, kiçik mübahisələr üzrə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş müqavilədən görünür ki, İddiaçı Növruz oğlu ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, ECK5775778 nömrəli (nisyə) alqı satqı müqaviləsi bağlanaraq, bu müqavilənin 1.1-ci bəndinə əsasən cavabdehə müqavilə üzrə alqı-satqı dəyəri 1436 manat olan, 1 ədəd “Beko” markalı soyuducu və 1 ədəd “Riffel” markalı soba nisyə satılmışdır. Bu müqavilənin 2.1, 2.2-ci maddəsinə əsasən, bu müqavilə üzrə cavabdeh 20 manat ilkin ödəniş etməklə, qalan 1416 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq, 24 ay müddətinə, ayda 59 manat olmaqla, hər ayın 16-dək ödəməyi öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş müqavilədən görünür ki, İddiaçı Növruz oğlu ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, ECK5793589 nömrəli (nisyə) alqı satqı müqaviləsi bağlanaraq, bu müqavilənin 1.1-ci bəndinə əsasən cavabdehə müqavilə üzrə alqı-satqı dəyəri 2800 manat olan, 1 ədəd “Samsung” markalı televizor nisyə satılmışdır. Bu müqavilənin 2.1, 2.2-ci maddəsinə əsasən, bu müqavilə üzrə cavabdeh 400 manat ilkin ödəniş etməklə, qalan 2400 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq, 24 ay müddətinə, ayda 100 manat olmaqla, hər ayın 19-dək ödəməyi öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh iki müqavilə üzrə öhdəlikləri kobud şəkildə pozmuş, borcunu tam şəkildə İddiaçı Növruz oğluna qaytarmamış və cavabdehin iddiaçıya xx.xx.2019-cu il tarixli, ECK5775778 nömrəli müqavilə üzrə 1047 manat əsas borcu, 314 manat dəbbə pulu üzrə borcu, bundan başqa xx.xx.2019-cu il tarixli, ECK5793589 nömrəli müqavilə üzrə 2070 manat əsas borcu, 621 manat dəbbə pulu üzrə borcu, ümumilikdə cəmi 4052 manat borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan vətəndaş Cavabdeh iki müqavilə üzrə borclu olduğu barədə rəsmi məlumat verilmiş və müqavilə üzrə 1052 manat məbləğin 5 təqvim günü ərzində qaytarılması haqqında kreditor İddiaçı Növruz oğlu tərəfindən xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3. maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 741 və 742.1. maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Həmin Məcəllənin 449.4-cü maddəsinin tələbinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İş materiallarından görünür ki, Cavabdeh müqavilə şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə onun İddiaçı Növruz oğluna xx.xx.2019-cu il tarixli, ECK5775778 nömrəli müqavilə üzrə 1047 manat əsas borcu, 314 manat dəbbə pulu üzrə borcu, bundan başqa xx.xx.2019-cu il tarixli, ECK5793589 nömrəli müqavilə üzrə 2070 manat əsas borcu, 621 manat dəbbə pulu üzrə borcu ümumilikdə cəmi 4052 manat borcu qalmaqdadır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. İş materiallarına əlavə edilmiş 04.03..2024-cü il tarixli, ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən kiçik mübahisələr üzrə iddia ərizəsinin verilməsi üçün 61 manat məbləğində dövlət rüsumu və 0,4 manat xidmət haqqı ödənilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2. maddəsinin tələbinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 61 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yeksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2019-cu il tarixli, ECK5775778 nömrəli müqavilə üzrə 1047 manat əsas borc, 30 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli, ECK5793589 nömrəli müqavilə üzrə 2070 manat əsas borc, 60 manat dəbbə pulu, ümumilikdə cəmi 3207 manat borc və 61 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq, İddiaçı Növruz oğlunun xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2019-cu il tarixli, ECK5775778 nömrəli müqavilə üzrə 1047 manat əsas borc, 30 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli, ECK5793589 nömrəli müqavilə üzrə 2070 manat əsas borc, 60 manat dəbbə pulu, ümumilikdə cəmi 3207 manat borc və 61 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq, İddiaçı Növruz oğlunun xeyrinə tutulsun. Qətnamədən 1 (bir) ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №e-2(049)-1337/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-1337/2024
29.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver