Məhkəmə qərarları › İş №e-2(049)-1341/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-1341/2025

08.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-1341/2025 08.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Mən, Lənkəran rayon məhkəməsinin hakimi X1 iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «borcun tutulması» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran rayon məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİM: TƏSVİR HİSSƏ İddiaçı "xxxx" MMC-nin cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********64688 SAMSUNG GALAXY A24 markalı telefon üçün , 305.7 manat ödənilməmiş hissə, 30.57 manat cərimə, xx.xx.2022-cü il tarixli müqaviləyə əsasən, BLENDER PANASONİC, ELEKTRİK SAMOVAR VERA, ƏTÇƏKƏN KENWOOD, 2ədəd SÜFRƏ - TEKSTİL, MİKSER BOSCH, İZQARA DEX üçün 185 manat ödənilməmiş hissə, 18.5 manat cərimə Ümumilikdə 539.77 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2022-cü il tarixli müqavilələrə əsasən İmei kod **********64688 SAMSUNG GALAXY A24 markalı telefon, BLENDER PANASONİC, ELEKTRİK SAMOVAR VERA, ƏTÇƏKƏN KENWOOD, 2 ədəd SÜFRƏ - TEKSTİL, MİKSER BOSCH, İZQARADEX almış və nəticədə 539.77 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 704.84 manat (18 ay x 36.38 manat + 50 manat ilkin ödəniş) olan İmei kod **********64688 SAMSUNG GALAXY A24 markalı telefonüçün ümumilikdə, 336.27 manat olmaqla ondan, 305.7 manat ödənilməmiş hissə, güzəşt olunaraq 30.57 manat cərimə; xx.xx.2022-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1132.56 manat (18 ay x 62.92 manat + 0 manat ilkin ödəniş) olan BLENDER PANASONİC, ELEKTRİK SAMOVAR VERA, ƏTÇƏKƏN KENWOOD, 2 ədəd SÜFRƏ - TEKSTİL, MİKSER BOSCH, İZQARADEX üçün ümumilikdə, 203.5 manat olmaqla ondan, 185 manat ödənilməmiş hissə, güzəşt olunaraq 18.5 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1346.7 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2022-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbimizin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhviltəslimaktı və ödəniş cədvəlindən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh X2 iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan "xxxx" MMC ilə X2 arasında bağlanmış xx.xx.2023-cü il tarixindəki müqavilədən görünür ki, X2 ilə iddiaçı "xxxx" MMC arasında İmei kod **********64688 SAMSUNG GALAXY A24 alınmasından ötrü müqavilə bağlanılmışdır. İş materiallarında olan "xxxx" MMC ilə X2 arasında bağlanmış xx.xx.2022-ci il tarixindəki müqavilədən görünür ki, X2 ilə iddiaçı "xxxx" MMC BLENDER PANASONİC, ELEKTRİK SAMOVAR VERA, ƏTÇƏKƏN KENWOOD, 2ədəd SÜFRƏ - TEKSTİL, MİKSER BOSCH, İZQARA DEX alınmasından ötrü müqavilə bağlanılmışdır. Ödəniş cədvəllərindən görünür ki, 04085214 saylı müqavilə üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək, İmei kod **********64688 SAMSUNG GALAXY A24 üçün hər ay 36.38 manat, cəmi 704.91 manatı X2 "xxxx" MMC-yə ödəməli idi. Ödəniş cədvəllərindən görünür ki, 04273729 saylı müqavilə üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, BLENDER PANASONİC, ELEKTRİK SAMOVAR VERA, ƏTÇƏKƏN KENWOOD, 2ədəd SÜFRƏ - TEKSTİL, MİKSER BOSCH, İZQARA DEX üçün hər ay 62.92 manat, cəmi 1132.6 manatı X2 "xxxx" MMC-yə ödəməli idi. Maliyyə və ödəniş cədvəlindən görünür ki, X2 xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 704.84 manat dəyərində olan və 50 manat ilkin ödəniş edərək aldığı İmei kod **********64688 SAMSUNG GALAXY A24 markalı telefon üçün 18 ay müddətinə hər ay 36.38 manat ödəməli olduğu halda 399.14 manat ödəmiş və onun 305.7 manat əsas, 30.57 manat cərimə olmaqla cəmi 336.27 manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən isə 1132.56 manat dəyərində olan və 0.0 manat ilkin ödəniş edərək aldığı BLENDER PANASONİC, ELEKTRİK SAMOVAR VERA, ƏTÇƏKƏN KENWOOD, 2ədəd SÜFRƏ - TEKSTİL, MİKSER BOSCH, İZQARA DEX üçün 18 ay müddətinə hər ay 62.92 manat ödəməli olduğu halda 947.56 manat ödəmiş və onun 185 manat əsas, 18.50 manat cərimə olmaqla cəmi 203.50 manat, ümumilikdə hər iki müqavilə üzrə 539.77 manat borcu yaranmışdır. Ödəniş qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 30 manat dövlət rüsumu ödəmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunan Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Xəbərdarlıqdan görünür ki, iddiaçı cavabdehdən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini tələb etmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olunduğu gündən 30 (otuz) iş günü ərzində işaə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən iddiaçı MMC-yə olan borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. NƏTİCƏ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1, 284-5 və 284- 6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh ümumilikdə hər iki müqavilə üzrə 539.77 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron cabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar