Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-137/2024 16.01.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış 15 fevral 2023-cü il tarixli ALY-1622 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, Cavabdeh 15 fevral 2023-cü il tarixli ALY-1622 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 26 avqust 2023-cü il tarixə 237.65 manat gecikdirilmiş əsas, 173.55 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 308.56 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan olan «Chevrolet Nexia” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 3212 manat məbləğində pulun, ümumilikdə 3931.76 manat borc və ödənilmiş 59.72 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 15 fevral 2023-cü il tarixli ALY-1622 saylı “Daxili lizinq” müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2021-ci il buraxılışlı, “Chevrolet Nexia” minik markalı, **-PN-***dövlət qeydiyyat nişanlı, XWBTF69V9NA019762 ban, ağ rəngli avtomobil 15800 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 15% hesablanmaqla 51 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 420.84 manat, ümumilikdə isə 21463 manat məbləğində pulu İddiaçı MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Chevrolet Nexia” minik markalı, **-PN-***dövlət qeydiyyat nişanlı avtomobil 26 avqust 2023-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 3212 manat dəyərində ziyan dəymişdir. Cavabdeh ALY- 1622 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 26 avqust 2023-cü il tarixə 237.65 manat gecikdirilmiş əsas, 173.55 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 308.56 manat dəbbə pulu, cəmi 719.76 manat borcu yaranmışdır. İddiaçı MMC ilə bağlanmış 15 fevral 2023-cü il tarixli ALY-1622 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, Cavabdeh 15 fevral 2023-cü il tarixli ALY-1622 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 26 avqust 2023-cü il tarixə 237.65 manat gecikdirilmiş əsas, 173.55 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 308.56 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan olan “Chevrolet Nexia” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 3212 manat məbləğində pulun, ümumilikdə 3931.76 manat borc və ödənilmiş 59.72 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı MMC Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış 15 fevral 2023-cü il tarixli ALY-1622 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, Cavabdeh 15 fevral 2023-cü il tarixli ALY-1622 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 26 avqust 2023-cü il tarixə 19.76 manat gecikdirilmiş əsas pulu, həmçinin lizinq obyekti olan olan “Chevrolet Nexia” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 3212 manat məbləğində pulun, ümumilikdə 3231.76 manat borc və ödənilmiş 59.72 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını, iddia tələbinin müdafiə etdiyini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh heç bir üzürlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Həmçinin, məhkəmə MPM-nin 147-ci maddəsinə əsasən məhkəmə bildirişi cavabdehin qeydiyyat ünvanı üzrə icra nümayəndəliyinə təqdim edilmiş, lakin sonuncu məhkəmə iclasına gəlməmişdir. Buna görə də məhkəmə Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İddia ərizəsinə əlavə edilmiş: 15 fevral 2023-cü il tarixli ALY-1622 saylı daxili lizinq müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh daxili lizinq müqaviləsi bağlamış və 2021-ci il buraxılışlı, “Chevrolet Nexia” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı, XWBTF69V9NA019762 ban, B15D211212997GRXX0445 mühərrik nömrəli, ağ rəngli avtomobil Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. 15 fevral 2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC və Cavabdeh İddiaçı MMC-nin mülkiyyətində olan «Chevrolet Nexia SX” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil-təslimin aparmışlar. xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, «Chevrolet Nexia” minik markalı, **- PN-*** dövlət qeydiyyat nişanlı, minik avtomobilinə dəymiş ziyanın ümumi məbləği (əvəz olunmalı ehtiyat hissələri və təmir xərci ilə birlikdə) 3212 manat təşkil edir. xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh borcun ödənilməsi təklif olunmuşdur. xx.xx.2023-cü il tarixli, 952 nömrəli maliyyə arayışından görünür ki, 15 fevral 2023-cü il tarixli, ALY-1622 saylı “Daxili Lizinq” müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə Cavabdeh 237.65 manat gecikdirilmiş əsas, 173.55 manat gecikdirilmiş mükafat borcu, 308.56 manat dəbbə pulu olmaqla, cəmi 719.76 manat borcu vardır. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 59.72 manat dövlət məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən “zərərin əvəzinin ödənilməsini tələb ermək hüquqna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın”. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsiləğv edildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Həmin Məcəllənin 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.12-ci maddəsinə əsasən, lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-7.1-c maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Həmin Məcəllənin 748-7.11-ci maddəsinə əsasən, lizinq ödənişlərinin ümumi məbləğinə (Lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq verənin mükafatının məbləği, Lizinq verənin əlavə xidmətlərinin haqqı və s.) daxildir. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Qeyd olunan Məcəllənin 448-ci maddəsinə müvafiq olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə uyğun olaraq hüquqi şəxslər maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanları nəzərə alaraq bununla da məhkəmə bu nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 15 fevral 2023-cü il tarixli ALY- 1622 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilməli, Cavabdeh 15 fevral 2023-cü il tarixli ALY-1622 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 26 avqust 2023-cü il tarixə 19.76 manat gecikdirilmiş əsas pulu, həmçinin lizinq obyekti olan olan “Chevrolet Nexia” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 3212 manat məbləğində pulun, ümumilikdə 3231.76 manat borc və ödənilmiş 59.72 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 15 fevral 2023-cü il tarixli ALY-1622 saylı “Daxili lizinq” müqaviləsi edilsin. Cavabdeh 15 fevral 2023-cü il tarixli ALY-1622 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 26 avqust 2023-cü il tarixə 19.76 manat gecikdirilmiş əsas pulu, həmçinin lizinq obyekti olan olan “Chevrolet Nexia” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 3212 manat məbləğində pulun, ümumilikdə 3231.76 manat borc və ödənilmiş 59.72 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №e-2(049)-137/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-137/2024
16.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver