Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-1422/2024 30.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi və Cavabdeh iştirakı ilə, iddiaçı «X5» MMC-nin Cavabdeh qarşı «borc» tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: «X5» MMC kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "LUXE LİFE GROUP” MMC-in xeyrinə xx.xx.2022-ci il tarixlialqı-satqı müqaviləsi üzrə 990 manat borcun və 30 manat ödanilmiş dövlət rüsumunun cəmi 1.020 manatın tutulması baradə qətnamə çıxarılmasını xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 04 aprel 2024-cü il tarixli qərardadı ilə, ərizəyə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2023-cü il tarixli SHxx.xx.2023 saylı alqı-satqı müqaviləsinə əsasən Luxe modelli su təmizləmə sistemi və onun ayrılmaz hissələri olan filtirlər almışdır. Cavabdeh əmlakın satış qiyməti olan 1590 manat borcdan 300 manat ilkin ödniş etmiş qalıq 1290 manat borcu 13 ay müddətinə ayda 100 manat ödəmək şərti ilə əmlakı əldə etmışdır. Lakin, alıcı müqavilənin şərtlərini davamı pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmış, müqavilə üzrə ödənişi tam, stabil ödəməmişdir. xx.xx.2024-cü il tarixinədək Cavabdeh "LUXE LİFE GROUP” MMC-yə xx.xx.2023-cü il tarixli alqı satqı müqaviləsi üzrə 990 manat borcu vardır. X1 xx.xx.2023-cü il tarixli SH-xx.xx.2023 saylı alqı-atqı müqaviləsi üzrə axırıncı ödənişi xx.xx.2023-cü il tarixində ödəmişdir. Cavabdeh Məlum olan “COVİD 19” Pandemiyasını əsas gətirmiş və mümkün güzəştlər edilməsi üçün Cəmiyyət tərəfindən addımlar atılsada, cavabdeh suiistifadə etmiş və təkliflər cavabsız qalmışdır Xəbardarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırırlar, Azərbaycan Respublikası MM-in 442cimaddəsinə əsasən "Öhdəliyin icra edilməməsi dedikde onun pozulması va ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür". Məhkəmə iclasında Cavabdeh iddia ərizəsində göstərilən borc məbləğini qəbul etmədiyini və 900 manat dəyərində məhsul götürdüyünü bildirmişdi. «X5» MMC ilə arasında su filtri alması il əlaqadar müqavilə bağlamışdır və müqavilə şəxsən onun tərəfindən imzalanmışdır. Lakin müqaviləni imzalayarkən onu tam oxumamışdır və ona satılan su filtrinin qiymətinin qeyd edilən hissəni oxumamışdır. Sonradan borcunun 1590 manat olduğunu bilib və bu səbəbdən aylıq ödənişlərini dayandırmışdır. O, borcundan 300 manat ilkin ödəniş, sonradan hər ay 100 manat olmaqla ümumillikdə 300 manat ödəniş edib. Su filtrini alarkən iddiaçı ilə aralarında onun qiymətini 900 manat razılaşdırmışlar. İddia tələbinin qismən, yəni 300 manat məbləğində hissədə təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsinə əlavə edilmiş: «X5» MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli SH-xx.xx.2023 saylı alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh 1.590 manat dəyərində Luxe modelli su təmizləmə sistemi və onun ayrılmaz hissələri olan filtirləri ilkin ödəniş 300 manat, sonradan 13 ay müddətinə ayda 100 manat, sonuncu ayda 90 manat ödəmək öhdəliyini qəbul etmişdir. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, «X5» MMC-yə məxsus 5 micron sediment filtri, X3 (GAC) filtri, X4 (PAC) filtri, Membran filtri, Son Karbon filtri və Mineralizator Cavabdeh təhvil verilmişdir. Qeyd edilən müqavilə və təhvil-təslim aktı Cavabdeh tərəfindən imzalanmışdır. 07 yanvar 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli SH-xx.xx.2023 saylı alqı-satqı müqaviləsi üzrə 990 manat borcu vardır. Hökumət ödəniş portalından çıxarışdan görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2023-cü il tarixli SH-xx.xx.2023 saylı alqı-satqı müqaviləsinə əsasən Luxe modelli su təmizləmə sistemi və onun ayrılmaz hissələri olan filtirlər almışdır. Cavabdeh əmlakın satış qiyməti olan 1590 manat borcdan 300 manat ilkin öd.niş etmiş qalıq 1290 manat borcu 13 ay müddətinə ayda 100 manat ödəmək şərti ilə əmlakı əldə etmışdır. Lakin, alıcı müqavilənin şərtlərini davamı pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmış, müqavilə üzrə ödənişi tam, stabil ödəməmişdir. İddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 739.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isəöhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. MM-nin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda müəyyən miqdar ödəniş etsə də, sonradan ödəniş etməmiş və kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra MPM-nin) 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən hərbir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli SH-xx.xx.2023 saylı alqı-satqı üzrə 990 manat məbləğində pul və iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı «X5» MMC-yə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №e-2(049)-1422/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-1422/2024
30.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver