Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-144/2023 11.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X4, iddiaçının nümayəndəsi: X9, cavabdeh X2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh X3 qarşı müqavilənin ləğv edilməsi və əmlak tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti «müqavilənin ləğvi və əmlak» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Şəfiyev Azad Muxtar oğluna qarşı arasında bağlanmış xx.xx.2020-ci il tarixli AN-l ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, Lənkəran rayonu, Sütəmurdov kəndində 0.420 ha torpaq sahəsində yerləşən 182.8 m2 ümümi sahədən ibarət fərdi yaşayış evindən Şəfiyev Azad Muxtar oğlunun çıxarılması, əmlakın boşaldılması və mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilməsi və odənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çxarılmasını xahiş etmişdir. İddiaçının ərizəsi onunla əsaslandırılmışdır ki, Şəfiyev Azad Muxtar oğlu ilə İddiaçı QSC arasında xx.xx.2020-ci il tarixində AN-1 № ******* saylı daşınmaz əmlakın aiqı-satqı müqaviləsı bağlanmışdır. (Lənkəran rayon 1 saylı notariat ofisinin xüsusi notariusu S.Y.İsmayılov tərəfindən təsdiq edilib). Nisyə alğı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı QSC-nin mülkiyyətində olan Lənkəran rayonu Sütəmurdov kəndində 0.0420 1 torpaq sahəsində yerləşən 182.8m2 ümumi sahədən ibarət tərdi yaşayış evini alıcı Şəfiyev Azad Muxtar oğluna 35000 manat qiymətinə satılmasına razılaşdırılmışdır. Müqavilənin 5-ci bəndinə əsasən alıcı Şəfiyev Azad Muxtar oğlu ilkin olaraq 6000 manat məbləği satıcı “Acces «Bank" QSC-yə notarius, açılan depozit hesabı ödəyir. Şəfiyev Azad Muxtar oğlu qalan 29000 manat məbləği 36 ay müddətinə, hər 6 ayda bir dəfə olmaqla (ilk beş ödəniş 5000 manat, sonuncu ödəniş 4000 manat) notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəməyi öhdəsinə götürur. Lakin alıcı tərəfindən yalnız 7250 manat ödəniş olmuşdur. Qalan məbləğlər ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 432.4.-cü maddəsinə əsasən “Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizleri və xərcləri də ödəməlidirsə. bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra t fizlərin hesabına və əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır.” Mülki qanunvericiliyin hazırkı tələbini rəhbər tutara ırəflər arasında yuxanda qeyd olunan şərtlər razılaşdırılmışdır. X1 nisyə alqı-satqı nüqaviləsininin şərtini pozaraq müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, ödəməli olduğu məbləği Banka ödəməmişdir. Bununla da Şəfiyev Azad Muxtar oğlu nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyi Bank tələfindən xəbərdar edilməsinə axmayaraq pozmaqda davam edir. Tərəflər arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 18-ci bəndinə əsasən, müqavilənin ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məlikəmə qaydasında həyata keçirilir. Şəfiyev Azad Muxtar oğluna xx.xx.2022-ci il tarixində müqavilənin ləğv edilməsinə dair təklif göndərilmiş, təkliyə 10 gün müddətində rəsmi cavab verilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin cavabdeh təklifə cavab verməmişdir. Məhkəmə iclasınında iştirak edən iddiaçının nümayəndəsi X9 iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının iştirak edən cavabdeh X5 izahatında bildirdi ki, mərhum əriz Şəfiyev Azad Muxtar oğlu kredit götürmüşdür, bir müddət ödəniş edilmiş, lakin soinradan imkanı olmamışdır. İddianı qəbul edir, lakin başqa yaşamağa evi omadığından məhkəmədən kömək edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Şəfiyev Azad Muxtar oğlu ilə xx.xx.2020-ci il tarixli AN- ******* saylı alqı satqı müqaviləsi bağlanmışdır.Nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı QSC-nin mülkiyyətində olan Lənkəran rayonu Sütəmurdov kəndində 0.0420 torpaq sahəsində yerləşən i 82.К nr ümumi sahədən ibarət tərdi yaşayış evini alıcı Şəfiyev Azad Muxtar oğluna 35000 manat qiymətinə satılması razılaşdırılmışdır. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış ölüm haqqında notariat qaydada təsdiq olunmuş sürətindən görünür ki, Şəfiyev Azad Muxtar oğlu xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Lənkəran Rayon 1 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli, 169 nömrəli məktubundan görünür ki, Şəfiyev Azad Muxtar oğlunun qanun üzrə vərəsəsi Cavabdeh hesab edilmişdir. Məhkəmənin qərardadı ilə Cavabdeh kimi tanınmışdır. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış xx.xx.2022-ci il tarixli, ********* saylı ödəniş qəbzindən görünür ki, İddiaçı QSC-nin məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya buMəcəllədə və ya müqavilədə nəzərdətutulan digər hallarda dəyişdirilə və yaləğv edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yənişərtləşdirilmiş vaxtda və yerdə lazımişəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, beləşərtlər vətələblər olmadıqdaisəişgüzaradətlərə və yaadətən irəlisürülən digər tələblərə müvafiq surətdə hərəkətetməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və yalazımıncaicra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqlaicraedilməsi) başa düşülür. MM-nin 445-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi vəicra müddətiçatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icraedilməməsi borclunun icranı gecikdirməsisayılır. MM-nin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-nin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə, göstərilən normalara əsasən, habelə məhkəmə iclasında dindirilmiş tərəfləri, araşdırılmış sübutları, eləcə də cavabdehin iddianı etiraf etməsini nəzərə alaraq hesab edir ki, iddianın təmin edilməsi qanunvericilik baxımından da əsaslıdır. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi xidmət haqqı və dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı QSC-yə ilə cavabdeh Şəfiyev Azad Muxtar oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli, ******* alğı-satqı müqaviləsi əvvəl ləğv edilsin. Lənkəran rayonu Sütəmurdov kəndində 0.0420 ha torpaq sahəsində yerləşən 182.8 m2 ümumi sahədən ibarət fərdi yaşayış evindən Cavabdeh çıxarılsın, əmlak boşaldılsın və mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavbdeh Cavabdeh tutularaq İddiaçı QSC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №e-2(049)-144/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-144/2023
11.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver