Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-1453/2023 08.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X3 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı müqavilədən əmələ gələn öhdəliklər üzrə mülki işə 08 iyun 2023-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialara dair işlər üzrə icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iddiya qarşı cavabdeh etiraz vermiş, buna görə də ərizəyə ümumi iddia icraatı qaydasında baxılmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış BNK13267 saylı xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 1590 manat dəyərində nisyə aldığı mala görə 290 manat ilkin ödəniş olaraq ödəmiş, qalıq 1300 manat borcu isə müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtiilə 6 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı QSC ilə “Optimal Elektronika MMC arasında imzlanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən "xxxx" MMC-nin Cavabdeh qarşı olan 1300 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı QSC-yə keçməsi barədə nisyə alqısatqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinə əsasən alıcı həmin müqavilənin 1 saylı əlavəsində müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Eyni zamanda həmin müqavilənin 5.6-cı maddəsinə əsasən alıcı borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0.3 % miqdarında dəbbə pulu ödəməlidir. Əlavə olaraq tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin 6.1-ci maddəsinə əsasən alıcı müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyi halda, satıcı mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb edə bilər. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etmir. Belə ki, cavabdehin bu günə 1300 manat əsas borcu yaranıb. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Bu səbəbdən də, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən, Cavabdeh 1300 manat pulun və 33 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmədə cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyib və "xxxx" MMC tərəfindən cavabdehə verilmiş xx.xx.2023-cü il tarixli arayışı məhkəməyə təqdim edərək bildirmişdir ki, Cavabdeh, onunla "xxxx" MMC arasında bağlanmış müqavilə üzrə sifariş etdiyi məhsuldan imtina etdiyindən onlar arasında bağlanılmış müqavilə ləğv edilmiş və "xxxx" MMC xx.xx.2023cü il tarixdə, bu barədə cavabdehə arayış təqdim etmişdir. Arayışda qeyd edilmişdir ki, cavabdehin borc qalığı "xxxx" MMC-nin öhdəliyidir. Sadalananları nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını, işdə olan materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh, onunla "xxxx" MMC ilə xx.xx.2022-ci il tarixində bağlanmış “Nisyə alqı satqı” müqaviləsinə əsasən sifariş etdiyi məhsuldan sonradan imtina etmiş və tərəflər arasında müqavilə ləğv edilmişdir. Bu səbəbdən “Ferrum Capital”-da xx.xx.2022-ci il tarixli “Nisyə alqı satqı” müqaviləsi üzrə borcalanın adında olan 1300 manat artıq borc qalığı "xxxx" MMC-nin öz öhdəliyindədir. Göründüyü kimi, iddiaçı iddiasını əsl olmayan cavabdehə qarşı vermişdir. Azərbaycan Respublikası MPM-nin 54.1.-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə iclasına iddiaçının nümayəndəsi dəvət olunsa da, məhkəmə iclasına gəlməmiş və bu səbəbdən də, əsl olmayan Cavabdeh əsl cavabdeh olan "xxxx" MMC ilə əvəz edilməsini təklif etmək mümkün olmamışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, iddiaçı əsl olmayan cavabdehə qarşı iddia qaldırmış, Cavabdeh həmin borca görə cavabdehlik daşımır. Buna görə də məhkəmə hesab edir ki, iddiaya Cavabdeh cavab verməli olmadığından ona qarşı verilmiş iddia təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X4
Məhkəmə qərarları › İş №e-2(049)-1453/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-1453/2023
08.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver