Məhkəmə qərarları › İş №e-2(049)-1523/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-1523/2025

01.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-1523/2025 01.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlu, İddiaçı MMC-in Cavabdeh Məhiyəddin oğluna qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh Məhiyəddin oğluna qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. Aşağıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində cavabdehin qeydiyyat ünvanı göstərilməmişdir. İddia ərizəsinə əlavə edilmiş Cavabdeh Məhiyəddin oğlunun şəxsiyyətini təsdiq edən AZE № 0******* seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, cavabdeh Laçın rayonu Mayıs kəndində qeydiyyatdadır. Həmçinin AZEMİS elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışda da cavabdehin Laçın rayonu Mayıs kəndində qeydiyyatda olması görünür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Qeyd olunan hüquq normaların məzmunundan görünür ki, iddia ərizəsi cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, yuxarıda qeyd olunan hüquq nomalarının tələbi hazırki iş üzrə tətbiq etdikdə müəyyən olunur ki, Cavabdeh Məhiyəddin oğlunun qeydiyyatda olduğu ünvan ünvan 1ın yerləşdiyi məhkəməyə verilməlidir. Hazırki iş ərazi aidiyyəti üzrə Lənkəran Rayon Məhkəməsində baxılmalı deyil, buna görə də İddiaçı MMC Cavabdeh Məhiyəddin oğluna qarşı alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Məhkəmə həmçinin onu da qeyd edir ki, iddia verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu da iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı MMC-in Cavabdeh Məhiyəddin oğluna qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia verilməsi üçün ödənilmiş 30(otuz) manat məbləğində dövlət rüsumu İddiaçı MMC-yə qaytarılsın. Qərardaddan 10 gün müddətində Lənkəran rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar