Məhkəmə qərarları › İş №e-2(049)-1527/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-1527/2025

02.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-1527/2025 02.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSİ Mən, Lənkəran rayon məhkəməsinin hakimi X1, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «borcun tutulması» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran rayon məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİM: TƏSVİR HİSSƏ İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «borcun tutulması» tələbi barədə iddia ərizəsilə məhkəməyə müraciət edərək, xx.xx.2023 -ci il tarixli müqaviləyə əsasən, İmei kod **********54422 XİAOMİ REDMİ A2+ markalı telefonüçün , 71.8 manat ödənilməmiş hissə, 7.18 manat cərimə pulu; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********06380 XİAOMİ REDMİ 13C markalı telefon üçün 56.8 manat ödənilməmiş hissə, 5.68 manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********22845 XİAOMİ REDMİ 12 markalı telefon üçün 126.5 manat ödənilməmiş hissə, 12.65 manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********01088 SAMSUNG GALAXYA24 markalı telefon, SAMSUNG CHARGER üçün 387 manat ödənilməmiş hissə, 38.7 manat cərimə Ümumilikdə 706.31 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixlərindəki müqavilələrinə əsasən, İmei kod **********54422 XİAOMİ REDMİ A2+ markalı telefon, İmei kod **********06380 XİAOMİ REDMİ 13C markalı telefon, İmei kod **********22845 XİAOMİ REDMİ 12 markalı telefon, İmei kod **********01088 SAMSUNG GALAXY A24 markalı telefon, SAMSUNG CHARGER almış və nəticədə 706.31 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023 -ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 322. manat (18 ay x 17.94 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********54422 XİAOMİ REDMİ A2+ markalı telefon üçün 78.98 manat olmaqla ondan, 71.8 manat ödənilməmiş hissə, 7.18 manat cərimə pulu; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 342 manat (12 ay x 28.5 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********06380 XİAOMİ REDMİ 13C markalı telefon üçün 62.48 manat olmaqla ondan, 56.8 manat ödənilməmiş hissə, 5.68 manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 380.4 manat (12 ay x 31.7 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********22845 XİAOMİ REDMİ 12 markalı telefonüçün 139.15 manat olmaqla ondan 126.5 manat ödənilməmiş hissə, 12.65 (on iki manat, 65 qəpik) manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 538.02 manat (18 ay x 29.77 manat + 2.16 manat ilkin ödəniş) olan İmei kod **********01088 SAMSUNG GALAXY A24 markalı telefon, SAMSUNG CHARGER üçün 425.7 manat olmaqla ondan 387 manat ödənilməmiş hissə, 38.7 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 941.24 manat təşkil edir. Cavabdehlə bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələbimizin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərindəki müqavilələrindən görünür ki, Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında İmei kod **********54422 XİAOMİ REDMİ A2+ markalı telefon, İmei kod **********06380 XİAOMİ REDMİ 13C markalı telefon , İmei kod **********22845 XİAOMİ REDMİ 12 markalı telefon ,İmei kod **********01088 SAMSUNG GALAXYA24 markalı telefon və SAMSUNG CHARGER alınmasından ötrü müqavilə bağlanılmışdır. Ödəniş cədvəllərindən görünür ki, 04245787 saylı müqavilə üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək, İmei kod **********54422 XİAOMİ REDMİ A2+ markalı telefon üçün hər ay 17.94 manat, cəmi 322.92 manatı; 18865365 saylı müqavilə üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, İmei kod **********06380 XİAOMİ REDMİ 13C markalı telefon üçün hər ay 28.5 manat, cəmi 342 manatı; 04026131 saylı müqavilə üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək İmei kod **********22845 XİAOMİ REDMİ 12 markalı telefon üçün hər ay 31.7 manat, cəmi 380.4 manat , 18301768 saylı müqavilə üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək İmei kod **********01088 SAMSUNG GALAXYA24 markalı telefon və SAMSUNG CHARGER üçün hər ay 29.77 manat, cəmi 538.02 Cavabdeh "xxxx" MMC-yə ödəməli idi. Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 322.92 manat dəyərində olan və 0 manat ilkin ödəniş edərək aldığı İmei kod **********54422 XİAOMİ REDMİ A2+ markalı telefon üçün 18 ay müddətinə hər ay 17.94 manat ödəməli olduğu halda 251.12 manat ödəmiş və onun 71.8 manat əsas, 7.18 manat cərimə olmaqla cəmi 78.98 manat, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən isə 342 manat dəyərində olan və 0.0 manat ilkin ödəniş edərək aldığı İmei kod **********06380 XİAOMİ REDMİ 13C markalı telefon üçün 12 ay müddətinə hər ay 28.5 manat ödəməli olduğu halda 285.2 manat ödəmiş və onun 56.8 manat əsas, 5.68 manat cərimə olmaqla cəmi 62.48 manat, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 380.4 manat dəyərində olan və 0 manat ilkin ödəniş edərək aldığı İmei kod **********22845 XİAOMİ REDMİ 12 markalı telefon üçün 12 ay müddətinə hər ay 31.7 manat ödəməli olduğu halda 253.9 manat ödəmiş və onun 126.5 manat əsas, 12.65 manat cərimə olmaqla cəmi 139.15 manat, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 538.02 manat dəyərində olan və 2.16 manat ilkin ödəniş edərək aldığı İmei kod **********01088 SAMSUNG GALAXYA24 markalı telefon və SAMSUNG CHARGER üçün 18 ay müddətinə hər ay 29.77 manat ödəməli olduğu halda 151.02 manat ödəmiş və onun 387 manat əsas, 38.7 manat cərimə olmaqla cəmi 425.7 manat, ümumilikdə hər dörd müqavilə üzrə 706.31 manat borcu yaranmışdır. Ödəniş qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 30 manat dövlət rüsumu ödəmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunan Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Xəbərdarlıqdan görünür ki, iddiaçı cavabdehdən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini tələb etmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olunduğu gündən 30 (otuz) iş günü ərzində işaə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam, və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən iddiaçı MMC-yə olan borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. NƏTİCƏ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1, 284-5 və 284- 6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh ümumilikdə dörd müqavilə üzrə 706.31 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron cabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar