Məhkəmə qərarları › İş №e-2(049)-1571/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-1571/2024

15.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-1571/2024 15.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSİ Lənkəran rayon məhkəməsinin hakimi Qasımov Muradağa Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq sabir oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «borcun tutulması» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran rayon məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: TƏSVİR HİSSƏ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbi barədə iddia ərizəsilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2023-cü il tarixli müqavilələrinə əsasən, HOFFMAN MRAC kondisioner, BLENDER GORENJE, ŞİRƏÇƏKƏN BRAUN, ÜTÜ TEFAL, 6 ədəd ÇAY DƏSMALİ - TEKSTİL, 3 ədəd TERRA xalça, TOZSORAN SAMSUNG, MİNİ SOBA GASTRO, MİKSER BOSCH, MARSEL-YATAQ- 4 QAPİLİ DOLAB, 2 ədəd MARSEL-YATAQ-TUMBA, MARSEL- YATAQ-TERMO, MARSEL-YATAQ- ÇARPAYİ, MATRAS, ƏDYAL TÜKLÜ QİZİLİ üçün 2764 manat ödənilmiş 47.64 manat dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh, "xxxx" MMC ilə xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2023-cü il tarixlərindəki müqaviləsinə əsasən, HOFFMAN MRAC kondisioner, BLENDER GORENJE, ŞİRƏÇƏKƏN BRAUN, ÜTÜ TEFAL, 6 ədəd ÇAY DƏSMALİ - TEKSTİL, 3 ədəd TERRA xalça, TOZSORAN SAMSUNG, MİNİ SOGASTRO, MİKSER BOSCH, MARSEL-YATAQ- 4 QAPİLİ DOLAB, 2 ədəd MARDEL- YATAQ-TUMBA, MARSEL- YATAQ-TERMO, MARSEL-YATAQ-ÇARPAYİ, MATRAS, ƏDYAL TÜKLÜ QİZİLİ almış və nəticədə 2764 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1144.12 manat (18 ay x 61.34 manat + 40 manat ilkin ödəniş) olan HOFFMAN MRAC kondisoner üçün 1005 manat olmaqla ondan, 913.54 manat ödənilməmiş hissə, 91.46 manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 800.1 manat (18 ay x 44.45 manat + 0 manat ilkin ödəniş) olan BLENDER GORENJE, ŞİRƏ ÇƏKƏN BRAUN, ÜTÜ TEFAL üçün 645 manat olmaqla ondan, 586.14 manat ödənilməmiş hissə, 58.14 manat cərimə pulu, xx.xx.2023-cÜ il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 597.6 manat (18 ay x 33.2 manat + 0 manat ilkin ödəniş) olan 6 ədəd ÇAY DESMALİ-TEKSTİL, 3 ədəd TERRA xalça üçün 474 manat olmaqla ondan, 430.55 manat ödənilməmiş hissə, 43.45 manat cərimə pulu, xx.xx.2022-ci tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 615.64 manat (18 ay x 31.98 manat + 40 manat ilkin ödəniş) olan TOZSORAN SAMSUNG, MİNİ SOBA GASTRO, MİKSER BOSCH üçün 324 manat olmaqla ondan 294.04 manat ödənilməmiş hissə, 29.96 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinəə əsasən, alqı-satqı qiyməti 1334.4 manat (24 ay x 55.6 manat + 0 manat ilkin ödəniş) MARSEL-YATAQ-4 QAPİLİ DOLAB, 2 ədəd MARSEL-YATAQ-TUMBA, MARSEL-YATAQ-TERMO üçün 185 manat olmaqla ondan, 168.8 manat ödənilməmiş hissə, 16.2 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 751.2 manat (24 ay x 31.3 manat + 0 manat ilkin ödəniş) MARSEL-YATAQ-ÇARPAYİ, MATRAS üçün 69 manat olmaqla ondan 62.73 manat ödənilməmiş hissə, 6.27 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 72 manat (18 ay x 4 manat + 0 manat ilkin ödəniş) ƏDYAL TÜKLÜ QİZİLİ üçün 62 manat olmaqla ondan, 56.51 manat ödənilməmiş hissə, 5.49 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2802.75 manat təşkil edir. Cavabdehlə aralarında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2023-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır.Cavabdehlə aralarında olan telefon danışğı, həmçinin göndərdikləri xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2023-cü il tarixli müqavilələrdən görünür ki, Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında, HOFFMAN MRAC kondisioner, BLENDER GORENJE, ŞİRƏÇƏKƏN BRAUN, ÜTÜ TEFAL, 6 ədəd ÇAY DƏSMALİ - TEKSTİL, 3 ədəd TERRA xalça, TOZSORAN SAMSUNG, MİNİ SOGASTRO, MİKSER BOSCH, MARSEL-YATAQ- 4 QAPİLİ DOLAB, 2 ədəd MARDEL-YATAQ-TUMBA, MARSEL- YATAQ-TERMO, MARSEL-YATAQ-ÇARPAYİ, MATRAS, ƏDYAL TÜKLÜ QİZİLİ markalı telefon və Məhsulun təmiri alınmasından ötrü müqavilə bağlanılmışdır. Ödəniş cədvəllərindən görünür ki, 04275285 saylı müqavilə üzrə xx.xx.2023-cü il tarixdən və xx.xx.2024-cü il tarixədək, HOFFMAN MRAC kondisioner üçün hər ay 61.34 manat, cəmi 1144.2 manatı; 04244579 saylı müqavilə üzrə isə xx.xx.2023-cü il tarixdən və xx.xx.2024-cü il tarixədək, BLENDER GORENJE, ŞİRƏÇƏKƏN BRAUN, ÜTÜ TEFAL üçün hər ay 44.45 manat, cəmi 800.06 manatı, 04264315 saylı müqavilə üzrə xx.xx.2023cü il tarixdən və xx.xx.2024-cü il tarixədək,6 ədəd ÇAY DESMALİ-TEKSTİL, 3 ədəd TERRA üçün hər ay 33.2 manat, cəmi 597.6 manatı, 04263352 saylı müqavilə üzrə xx.xx.2023-cü il tarixdən və xx.xx.2024-cü il tarixədək, TOZSORAN SAMSUNG, MİNİ SOBA GASTRO, MİKSER BOSCH üçün hər ay 31.98 manat, cəmi 615.64 manat, ******* saylı müqavilə üzrə xx.xx.2021-ci il tarixdən və xx.xx.2023-cü il tarixədək, 2 ədəd MARSEL-YATAQ-ÇARPAYİ, MATRAS-STANDART üçün hər ay 31.3 manat, cəmi 751.2 manat, ******* saylı müqavilə üzrə xx.xx.2021-ci il tarixdən və xx.xx.2023-cü il tarixədək MARSEL-YATAQ-4 QAPİLİ DOLAB, 2 ədəd MARSEL-YATAQ-TUMBA, MARSEL-YATAQ- TERMO üçün hər ay 55.6 manat, cəmi 1334.4 manatı; 04244846 saylı müqavilə üzrə xx.xx.2023-cü il tarixdən və xx.xx.2024-cü il tarixədək ƏDYAL TÜKLÜ QİZİLİ üçün hər ay 4 manat, cəmi 72 manat Cavabdeh "xxxx" MMC-yə ödəməli idi. Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən HOFFMAN MRAC kondisioner üçün 18 ay müddətə, 40 manat ilkin ödəniş, hər ay 61.34 manat olmaqla 1144.12 manat ödəməli olduğu halda 230.58 manat ödəmiş və onun 913.54 manat ödənməmiş əsas, 91.46 manat cərimə borcu olmaqla cəmi 1005 manat; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən BLENDER GORENJE, ŞİRƏÇƏKƏN BRAUN, ÜTÜ TEFAL üçün 18 ay müddətə hər ay 44.45 manat olmaqla 800.1 manat ödəməli olduğu halda, 213.96 manat ödəmiş və onun 586.14 manat ödənməmiş əsas, 58.86 manat cərimə olmaqla cəmi 645 manat, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 6 ədəd ÇAY DESMALİ-TEKSTİL, 3 ədəd TERRA xalça üçün 18 ay müddətə hər ay 33.2 manat olmaqla 597.6 manat ödəməli olduğu halda 167.05 manat ödəmiş və onun 430.55 manat ödənməmiş əsas, 43.45 manat cərimə borcu olmaqla cəmi 474 manat; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən TOZSORAN SAMSUNG, MİNİ SOBA GASTRO, MİKSER BOSCH üçün 18 ay müddətə hər ay 31.98 manat olmaqla , ilkin ödəniş 40 manat, 615.64 manat ödəməli halda 321.6 manat ödəmiş və onun 294.04 manat ödənməmiş əsas, 29.96 manat cərimə borcu olmaqla cəmi 324 manat; xx.xx.2021ci il tarixli müqaviləyə əsasən MARSEL-YATAQ-4 QAPİLİ DOLAB, 2 ədəd MARSEL- YATAQ-TUMBA, MARSEL-YATAQ-TERMO üçün 24 ay müddətə hər ay 55.6 manat olmaqla 1334.4 manat ödəməli olduğu halda 1165 manat ödəmiş və onun 168.8 manat ödənməmiş əsas, 16.2 manat cərimə borcu olmaqla cəmi 185 manat; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən MARSEL-YATAQ-ÇRPAYİ, MATRAS üçün 24 ay müddətə hər ay 31.3 manat olmaqla 751.2 manat ödəməli olduğu halda 688.47 manat ödəmiş və onun 62.73 manat əsas, 6.27 manat cərimə borcu olmaqla cəmi 69 manat; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən ƏDYAL TÜKLÜ QİZİLİ üçün 18 ay müddətə hər ay 4 manat olmaqla 72 manat ödəməli olduğu halda 15.49 manat ödəmiş və onun 56.51 manat əsas, 5.49 manat cərimə borcu olmaqla cəmi 62 manat borcu yaranmışdır. Ödəniş qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 47.64 manat dövlət rüsumu ödəmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunan Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Xəbərdarlıqdan görünür ki, iddiaçı cavabdehdən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini tələb etmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olunduğu gündən 30 (otuz) iş günü ərzində işaə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən iddiaçı MMC-yə olan borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 47.64 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. NƏTİCƏ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1, 284-5 və 284- 6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 7 müqavilə üzrə ümumilikdə 2764 manat borc və 47.64 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar