Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-158/2025 22.01.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Lənkəran Rayon Məhkəməsinin hakimi Qasımov Muradağa oğlu, Hadıyev İsaq Sabir oğlunun katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı ABC Telecom MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ümumilikdə 5568 manat məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 75.68 manat məbləğində vəsaitin "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə, "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-ci il və xx.xx.2024-ci il tarixli müqavilələrə əsasən, İMEİ KODU **********52783 İPHONE 14 PRO MAX markalı telefon, SAMSUNG TV almış və nəticədə 5568 (beş min beş yüz altmış səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4116.96 (dörd min yüz on altı manat doxsan altı qəpik) manat (18 ay x 228.72 manat + 0 manat ilkin ödəniş) İMEİ KODU **********52783 İPHONE 14 PRO MAX markalı telefonüçün ümumilikdə, 3484 (üç min dörd yüz səksən dörd) manat olmaqla ondan, 3072.84 (üç min yetmiş iki manat səksən dörd qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 411.16 (dörd yüz on bir manat on altı qəpik)manat dəbbə; xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2199.96 (iki min yüz doxsan doqquz manat doxsan qəp) manat (18 ay x 122.22 manat + 0 manat ilkin ödəniş) SAMSUNG TV üçün ümumilikdə, 2084 (iki min səksən dörd) manat olmaqla ondan, 1864.18 (min səkkiz yüz altmış dörd manat on səkkiz qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 219.82 (iki yüz on doqquz manat səksən iki qəp) manat dəbbə; Cavabdehin cəmi ödədiyi məbləğ 1379.9 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2023-ci il və xx.xx.2024-ci il tarixli Müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, aşağıda qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 05991004 saylı müqaviləyənin surətindən görünür ki, cavabdeh ilə "xxxx" MMC arasında İMEİ KODU **********52783 İPHONE 14 PRO MAX markalı telefon, xx.xx.2024-cü il tarixli ********* saylı müqaviləyə əsasən isə Samsung markalı televizor alınmasından ötrü müqavilə bağlanılmışdır. Ödəniş cədvəlindən görünür ki, xx.xx.2023-cü il tarixli 05991004 saylı müqavilə üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək, hər ay 228.72 manat, cəmi 4116.96 manatı, xx.xx.2024-cü il tarixli ********* saylı müqavilə üzrə isə xx.xx.2024-cü il arixdən xx.xx.2025-ci il tarixədək 122.22 manat, cəmi 2199.96 manatı Cavabdeh "xxxx" MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 4116.96 manat dəyərində olan, pul ödəməyərək aldığı “İPHONE 14 PRO MAX” markalı mobil telefon üçün 18 ay müddətinə hər ay 228.72 manat ödəməli olduğu halda, cəmi 1044.12 manat ödəmiş və onun 3072.84 manat əsas, 411.16 manat cərimə olmaqla, cəmi 3484 manat; xx.xx.2024-cü il tarixli ********* saylı müqaviləyə əsasən 2199.96 manat dəyərində olan pul ödəməyərək aldığı “Samsung TV” üçün 18 ay müddətinə hər ay 122.22 manat ödəməli olduğu halda, cəmi 335.78 manat ödəmiş və onun 1864.18 manat əsas, 219.82 manat cərimə olmaqla cəmi 2084 manat borcu yaranmışdır. Əşyaların Təhvil-Təslim aktlarından görünür ki, 1 ədəd İPHONE 14 PRO MAX markalı telefon və Samsung markalı televizor Cavabdeh çatdırılmış və o, aktı imzalamaqla məhsulu tam və qüsursuz şəkildə təhvil aldığını təsdiq etmişdir. İş materiallarında ödəniş qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 75.68 manat dövlət rüsumu ödəmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunan Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Xəbərdarlıqdan görünür ki, iddiaçı cavabdehdən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini tələb etmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış kredit sazişinə əsasən iddiaçı banka olan borc cavabdehdən alınaraq iddiaçı banka ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 75.68 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. NƏTİCƏ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh hər iki müqavilə üzrə ümumilikdə 5568 manat borc və 75.68 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X1
Məhkəmə qərarları › İş №e-2(049)-158/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-158/2025
22.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver