Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-1587/2025 11.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı miras əmlakda məcburi payın pozulmasına görə xx.xx.2019cu il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, məcburi payın vərəsələrə verilməsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək miras əmlakda məcburi payın pozulmasına görə xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, məcburi payın vərəsələrə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclaslarına gəlməmiş, onun nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının iddiaçının iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, onun atası X1 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 104 kv.metr olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə ona məxsus olmuşdur. X4 2019-cu ildə ağır xəstə olmuş, həmin dövrdə o, oğlu Cavabdehla qeyd olunan evə dair bağışlama müqaviləsi bağlamışdır. Bu müqavilənin bağlanması ilə vərəsələrin miras əmlakda məcburi pay hüququnun pozulması baş vermişdir və buna görə vərəsələrin mirasdan məcburi pay almaq hüququ məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1192/2022-ci il tarixli qərarında qeyd olunur ki, vərəsəlik hüququnda mövcud olan institut kimi məcburi pay, miras qoyanın sağlığında öz əmlakına verdiyi sərəncamların (ölümlə bağlı sərəncam kimi vəsiyyətin, ölümündən qabaq iki il ərzində edilmiş bağışlamanın) qanunla məhdudlaşdırılmasıdır. Qanun, miras qoyanın sərəncam hüququnu məcburi payı pozduğu həddə məhdudlaşdırır. Odur ki, miras qoyan bu həddin xaricində qalan əmlakı barəsində istədiyi kimi sərəncam verməkdə sərbəstdir. Belə ki, o, öz vərəsələrindən birini, bir neçəsini və ya hamısını mirasdan məhrum edə biləcəyi kimi, əmlakını da istədiyi şəxsə verə bilər. İstisna (məhdudiyyət), yalnız məcburi pay hüququ olan vərəsələr və qanunla onlara çatacaq minumum payla bağlıdır. Bu həddləri (məhdudiyyətləri) nəzərə almadan miras qoyanın hər sərəncamını məcburi payı pozan akt kimi qiymətləndirmək, yəni vəsiyyət edilən (son iki ildə bağışlanılan) hər əmlakdan vərəsələrin məcburi payı bu institutun mahiyyərinə və məqsədinə uyğun gəlir. X4 öz ölümündən beş ay əvvəl belə bir sərəncam vermişdir ki, bu da məcburi payı pozan akt hesab edilməlidir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verməklə yanaşı göstərdi ki, cavabdehin iddia tələbinə etirazı əsassızdır. Bağışlama müqaviləsinin predmeti olan əmlak mərhum Ağamoğlan Məmmədova məxsus olmuş və ondan miras qalmış əmlakdır. Qeyd olunan əmlakın bağışlanmasında sonra 2 il keçmədən Ağamoğlan Məmmədov vəfat etmişdir. Ona görə də həmin əmlakda digər vərəsələrin də məcburi payı vardır və müqavilə bağlanmaqla onların məcburi pay hüququ pozulmuşdur. Ona görə də bağışlama müqaviləsi etibarsız hesab edilməlidir. Eyni zamanda, cavabdehin etiraz ərizəsində iddia müddəti ilə bağlı qeyd etdikləri ilə əlaqədar bildirir ki, mülkiyyət hüququndan irəli gələn mübahisələrə iddia müddəti tətbiq edilmir. Qeyd etdiklərinə əsasən iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclaslarına gəlməmiş, iddia tələbinə etiraz vermiş, eyni zamanda, işə onun iştirakı olmadan baxılaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının cavabdehin iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, onun mərhum atası Ağamoğlan Məmmədov xx.xx.2020-ci il tarixdə ölmüşdür. Atası vəfat etməzdən 1 il 5 ay əvvəl xx.xx.2019-cu il tarixdə 8 saylı "SƏYYAR-ASAN xidmət” mərkəzinin notariat ofisində ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.04 hektar olan torpaq sahəsinin tam müllkiyyət hüququ üzrə özünə məxsus olan hisəssini ona bağışlaması ilə bağlı müqavilə imzalamışdır. Həmin vaxt o, Rusiya Federasiyasında olduğuna görə qeyd olunan əmlakın onun adından qəbul edilməsi üçün bacısı X3 rəsmi şəkildə etibarnamə verimişdir. Bundan əlavə, həmin əmlakın bağışlanması zamanı ailənin digər üzvləri, o cümlədən, hazırkı iş üzrə iddiaçı onlara düşən paydan rəsmi surətdə imtina etmişlər və bununla bağlı ərizələrini 8 saylı “SƏYYAR-ASAN xidmət” mərkəzinə təqdim etmişlər. Qeyd edilənlərə əsasən hesab edir ki, ona qarşı olan hazırki iddia tələbi əsassız olduğundan təmin edilməməlidir: Belə ki, ilk növbədə iddia ərizəsini nəzərdən keçirdikdə də müəyyən edilir ki, hazırki iş üzrə iddiaçı mübahisə predmeti olan bağışlama müqaviləsinin bağlandığı tarixdən etibarən bundan xəbərdar olmuşdur. Belə olan halda isə həmin müqavilənin bağlanmasından 6 il 2 ay keçəndən sonra müqavilənin etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə ziddir. Belə ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Hazırkı iş üzrə iddia tələbi müqavilənin bağlanmasından 6 il 2 ay keçəndən sonra verildiyi üçün iddia müddəti ötürülmüş hesab edilir. Bundan əlavə, iddia ərizəsində göstərilmişdir ki, “sözü gedən müqavilənin bağlanması ilə vərəsələrin məcburi pay hüququnun pozulması baş vermişdir və buna görə vərəsələrin məcburi pay almaq hüququ məhdudlaşdırılmışdır”. Bununla bağlı qeyd edir ki, Mülki Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Belə olan halda, nəzərə almaq lazımdır ki, mərhum atası vəfat etməzdən əvvəl həmin əmlakı ona bağışlamışdır. Yuxarıda da qeyd etdiyi kimi, bağışlama zamanı iddiaçı rəsmi olaraq öz payından imtina etmişdir. Həmin müqaviləyə əlavə edilən sənədlərdə iddiaçının öz payından rəsmi surətdə imtina etməsi açıq-aşkar göstərilmişdir. Belə olan halda, həmin bağışlama müqaviləsi ilə hər hansı vərəsənin mirasdan məcburi pay almaq hüququ məhdudlaşdırılmış hesab edilə bilməz. Bundan əlavə, iddiaçı iddia ərizəsində mərhum atalarının ölüm tarixini də düzgün qeyd etməyərək onun həmin bağışlama müqaviləsini ölümündən 5 ay əvvəl imzalamasını göstərmişdir. Qeyd etdiyi kimi atası xx.xx.2020-ci il tarixdə vəfat etmiş, həmin bağışlama müqaviləsi isə xx.xx.2019-cu il tarixdə bağlanmışdır. Belə olan halda, həmin müqavilənin bağlanması atasının vəfat etməsindən 1 il 5 ay əvvələ təsadüf edir. Həmin dövrdə atası hər hansı xəstəlikdən əziyyət çəkməmiş və tam fəaliyyət qabiliyyətli şəxs olmuşdur. Bağışlama müqaviləsində də atasının şəxsən öz foto görüntüsünün qeydə alınması bunu sübuta yetirir. İddiaçı öz tələbini əsaslandırmalı və sübut etməli olduğu halda bunu etməmişdir. Mülki Məcəllənin 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama müqaviləsi etibarlı hesab olunur. Mövcud müqavilə notariat qaydasında təsdiqləndiyi üçün onun etibarlılığı şübhə doğurmur. O, mülkiyyətində olan, ünvan 1 (Yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən 0.04 hektar torpaq sahəsinin üzərində yerləşən 104.80 kv.metr yaşayış sahəsindən cavabdeh İddiaçı və onun arvadı Xanım Məmmədovanın çıxarılması və əmlakın onun qanuni sahibliyinə qaytarılması barədə xx.xx.2024-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Həmin iş üzrə cavabdehlər məhkəmə hazırlıq iclaslarında iştirak etməmiş, daha sonra isə həmin iş üzrə cavabdeh İddiaçı məhkəməyə hazırki məzmunda iddia qaldırmış, eyni zamanda, hazırki iddia üzrə yekun məhkəmə qərarı qəbul edilənədək onun iddiasına dair əvvəlki işin icraatının dayandırılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən həmin vəsatət təmin edilərək hazırki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək onun iddiasına dair əvvəlki işin icraatının dayandırılması qərara alınmışdır. Buradan da görünən odur ki, onun həmin iddiası əsaslı olduğuna görə hazırki iş üzrə iddaçı buna qarşı çıxmaq üçün belə bir yola əl ataraq ona qarşı əsassız iddia qaldırmaqla, bir növ vaxt qazanmağa çalışmışdır. Qeyd etdiklərinə əsasən ona qarşı olan hazırki iddia tələblərinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər: Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş **********3 qeydiyyat nömrəli Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0.04 hektar torpaq sahəsi və onun üzərindəki 104.8 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi xx.xx.2017-ci il tarixdə tam mülkiyyət hüququ üzrə X1 adına dövlət qeydiyyatına alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan (Forma № 1) görünür ki, həmin tarixə olan məlumata əsasən **********3 qeydiyyat nömrəli Çıxarışda qeyd edilən əmlaklar üzərində hüquq sahibi X1 tam (şəriksiz) payı olmuşdur. xx.xx.2017-ci il tarixdə verilmiş doğum haqqında akt qeydinə dair arayışdan görünür ki, X4 hazırki iş üzrə cavabdehin atasıdır. xx.xx.2019-cu il tarixli Daşınmaz Əmlakın bağışlama müqaviləsindən görünür ki, X4 xüsusi mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən 0.04 hektar torpaq sahəsi və onun üzərindəki 104.8 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evini hazırki iş üzrə iddiaçı Cavabdeh bağışlamışdır (müqaviləyə Cavabdeh əvəzinə onun adından etibarnamə əsasında X6 imza etmişdir. Notariat qaydasında təsdiq edilən xx.xx.2017-ci il tarixli ərizələrdən görünür ki, Əliyeva (Məmmədova) Fərqanə Ağamoğlan qızı, X8, X11 və X12 adlı şəxslər X2 məxsus olan, ünvan 1 nömrəli fərdi yaşayış evinin və torpaq sahəsinin özgəninkiləşdirilməsinə (satılmasına, bağışlanmasına) etiraz etmədiklərini bildirmişlər. Notariat qaydasında təsdiq edilən xx.xx.2017-ci il tarixli ərizədən görünür ki, hazırki iş üzrə İddiaçı X2 məxsus olan, ünvan 1 nömrəli fərdi yaşayış evinin və torpaq sahəsinin özgəninkiləşdirilməsinə (satılmasına, bağışlanmasına) etiraz etmədiyini bildirmişdir. Notariat qaydasında təsdiq edilən xx.xx.2017-ci il tarixli ərizədən görünür ki, X13 adlı şəxs X2 məxsus olan, ünvan 1 nömrəli fərdi yaşayış evinin Cavabdeh (yəni hazırki iş üzrə cavabdehə) bağışlanmasına etiraz etmədiyini, gələcəkdə həmin evə dair heç bir iddia və tələbi olmayacağını bildirmişdir. Notariat qaydasında təsdiq edilən xx.xx.2017-ci il tarixli ərizədən görünür ki, X7 adlı şəxs X2 məxsus olan, ünvan 1 nömrəli fərdi yaşayış evinin və torpaq sahəsinin özgəninkiləşdirilməsinə (satılmasına, bağışlanmasına) etiraz etmədiyini bildirmişdir. Notariat qaydasında təsdiq edilən xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, X15 adlı şəxs X2 məxsus olan, ünvan 1 nömrəli fərdi yaşayış evinin və torpaq sahəsinin özgəninkiləşdirilməsinə (satılmasına, bağışlanmasına) etiraz etmədiyini bildirmişdir. xx.xx.2020-ci il tarixli AZ-İİ 098890 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Lənkəran ŞİHB-nın Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, hazırki iş üzrə iddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(049)-488/2025 nömrəli qərardadından görünür ki, Cavabdeh İddiaçı və X5 qarşı mülkiyyətdə olan 0.04 hektar torpaq sahəsi üzərindəki evdən cavabdehlərin yaşayış-istifadə hüququna xitam verilməsi, cavabdehlərin həmin evdən çıxarılması və evin sahibliyinə qaytarılması tələbinə dair 2(049)-488/2025 nömrəli mülki işin icraatı İddiaçı vəsatəti əsasında, hazırki iddia tələbi üzrə mülki işə baxılana, həmin məsələ üzrə qəti qərar qəbul edilənə və qərar qanuni qüvvəsini alanadək dayandırılmışdır. Hazırda iddiaçı mərhum Ağamoğlan tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, məcburi payın vərəsələrə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin əsası kimi bağışlama müqavləsi nəticəsində miras əmlakda məcburi pay hüququnun pozulduğunu bildirir. Cavabdeh iddia tələbini qəbul etməyərək həmin tələbin rədd edilməsini xahiş edir. Cavabdeh iddia tələbinə etirazının əsası olaraq bağışlama müqaviləsinin qanuni əsaslarla bağlanaraq notariat qaydasında təsdiq edildiyini, həmin müqavilə bağlanarkən digər ailə üzvlərinin, o cümlədən, hazırki iş üzrə iddiaçının da qeyd olunan əmlakın bağışlanmasına etiraz etmədikləri barədə ərizə verdiklərini bildirir. Eyni zamanda, cavabdeh hazırkı iddia tələbi müqavilənin bağlanmasından 6 il 2 ay keçəndən sonra verildiyi üçün iddia müddətini ötürülmüş hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbləri rədd edilməlidir. Belə ki, Azərbаycаn Respublikаsının Mülki Məcəlləsinin 666.1-ci mаddəsinə əsаsən bаğışlаmа müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 668.1 və 668.1.1-ci mаddələrinin məzmununa görə daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bаğışlаmа etibаrlıdır. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, həm iddiaçının, həm də cavabdehin atası olmuş mərhum Ağamoğlan Məmmədov tam mülkiyyət hüququ üzrə özünə məxsus olan daşınmaz əmlakları xx.xx.2019-cu il tarixdə notariat qaydasında təsdiqlənən müqavilə əsasında hazırki iş üzrə cavabdehə bağışlamışdır. Cavabdeh də müqaviləni imzalamaqla (digər şəxsə verilmiş etibarnamə vasitəsilə) ona bağışlanan əmlakı qəbul etmişdir. İddiaçı özünün xüsusi mülkiyyətində olan əmlakları cavabdehə qanunun tələblərinə cavab verən müqavilə ilə bağışlamış, həmin müqavilə əsasında əmlakı bağışlayarkən bağışlamanı hər hansı bir öhdəliklə şərtləndirməmişdir. Eyni zamanda, həmin müqavilə bağlanarkən onun digər ailə üzvləri, o cümlədən, hazırki iş üzrə iddiaçı da qeyd olunan əmlakın bağışlanmasına etiraz etmədikləri barədə notariat qaydasında təsdiq edilmiş ərizələr vermişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 392.1-ci maddəsinə əsasən sağ olan şəxsin miras əmlakı barəsində başqa şəxslərin bağladığı müqavilə etibarsızdır. Eyni qayda sağ olan şəxsin miras əmlakından məcburi paylar və (və ya) onun vəsiyyət tapşırığı barəsində bağlanmış müqavilələrə də tətbiq edilir. Həmin Məcəllənin 392.2-ci maddəsinə əsasən 392.1-ci maddənin qaydası qanun üzrə gələcək vərəsələrin qanun üzrə vərəsəlik zamanı onlardan birinin payı haqqında və məcburi pay haqqında bağladıqları müqavilələrə tətbiq edilmir. Həmin Məcəllənin 6.2-ci mаddəsinə əsаsən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. İş materiallarından görünür ki, hazırki iş üzrə iddiaçı xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinin tərəfi olmamış, habelə, həmin müqavilənin predmeti olmuş əmlaklar (və ya onların bir hissəsi) iddiaçıya məxsus olmamışdır. İddiaçı yalnız müqavilədə qeyd olunan əmlakların - fərdi yaşayış evinin və torpaq sahəsinin özgəninkiləşdirilməsinə (satılmasına, bağışlanmasına) müqavilə üzrə hədiyyə verən tərəfin onunla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvü kimi etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsələr hesab edilirlər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə, mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Həmin qərarda qeyd olunmuşdur ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıqaşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1200-cü maddəsinə əsasən miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Hazırki işdə X9 özünün xüsusi mülkiyyətində olan əmlakı digər şəxsə bağışlamasından onun vəfat etdiyi günədək, yəni xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək iki ildən az müddət keçmişdir və əgər bağışlanmış əşya mirasa daxil olsaydı, mirasda məcburi paya hüququ olan şəxsin (hazırki vəziyyətdə iddiaçının) məcburi payı arta bilərdi. Bu baxımdan qanunvericilikdə məcburi paya hüququ olan şəxsin məcburi payın tamamlanmasını tələb etmək hüququ nəzərdə tutulsa da, hazırki vəziyyətdə iddiaçının qeyd olunan tələbi bağışlama müqaviləsinin etibarsız hesab olunmasını tələb edərək irəli sürməsinin heç bir hüquqi əsası yoxdur. Belə ki, iddiaçı qeyd olunan bağışlama müqaviləsinin bağlanması ilə onun mirasda məcburi pay hüququnun pozulduğunu iddia etsə də, Ağamoğlan Məmmədovun vəfatından sonra ondan qalan mirası (mirasın bir hissəsini) qəbul etdiyi barədə mirasın açıldığı yer üzrə notariat kontoruna ərizə vermiş olduğu və ya əmlaka sahiblik etməyə, əmlakı idarə etməyə faktiki başladığı və mirası qəbul etdiyini şəksiz nümayiş etdirmiş olduğu, bununla da qanun üzrə vərəsə olaraq mirası qəbul edilmiş şəxs sayıldığı barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. X9 (hədiyyə verənin) əmlakı digər şəxsə bağışlamasından onun vəfat etdiyi günədək iki il müddət keçməsə də, o, mərhum Ağamoğlan Məmmədovdan qalan mirası (və ya onun bir hissəsini) sənəd üzrə və ya faktiki olaraq qəbul etdiyi barədə hər hansı sübut təqdim etmədiyindən onun mirası qəbul etmiş olduğu müəyyən edilmir. İddiaçının bağışlama müqaviləsinin bağlandığı vaxtdan sonra 6 ildən artıq müddət ərzində həmin müqaviləni mübahisələndirməmiş, yalnız hazırki iş üzrə cavabdeh ona və ailə üzvünə qarşı mənzildən yaşayış-istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılması və mənzilin sahibliyinə qaytarılması tələbinə dair iddia qaldırdıqdan sonra hazırki məzmunlu tələb irəli sürmüş, habelə, ona və ailə üzvünə qarşı olan iddia tələbi üzrə mülki işin icraatının hazırki iş yekunlaşanadək dayandırılmasını xahiş etmişdir. İddiaçının hazırki iddia tələbində qeyd etdiyi xüsusatlar da xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinin qanuni əsaslarla tərtib edilərək təsdiq edildiyini və etibarlı olduğunu şübhə altına almağa əsas vermir. İddiaçı qanunla müəyyən edilmiş müddətdə və şərtlərdə mirası qəbul etdiyini açıq-aşkar şəkildə şəksiz nümayiş etdirsəydi, miras qoyanın sağlığında qanunun bütün tələblərinə uyğun şəkildə bağladığı bağışlama müqaviləsinin etibarsızlığını tələb etmək deyil, vərəsə kimi ona çatmalı olan miras əmlakdakı məcburi payının əskik hissəsinin tamamlanmasını tələb etməkdə haqlı sayıla bilərdi. Ancaq iddiaçı miras əmlakı qəbul etdiyini sübuta yetirə bilmədiyindən onun belə bir tələbi irəli sürməyə subyektiv hüququ yoxdur. Eyni zamanda, iddiaçı hazırki mübahisənin predmetinə aid olan bağışlama müqaviləsi notariat qaydasında təsdiq edilməzdən əvvəl həmin müqavilədə qeyd olunan əmlakların özgəninkiləşdirilməsinə (satılmasına, bağışlanmasına) etiraz etmədiyini notariat qaydasında təsdiq edilmiş yazılı ərizə vasitəsilə bildirməklə bağışlama müqaviləsinin bağlanmasına, başqa sözlə, həmin əmlakların özgəninkiləşdirilməsinə razılığını bildirmiş, bununla da, həmin vaxtda bağışlama müqaviləsinin etibarlılığına dair öz iradə ifadəsini nümayiş etdirmişdir. Hazırki vəziyyətdə də qeyd olunan bağışlama müqaviləsinin etibarlılığını şübhə altına ala biləcək hər hansı səbəb, dəlil və ya sübut aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdehnın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə araşdırdığı faktlara məcmu halında və qeyd olunan hüquq normalarının tələbləri ilə əlaqəli şəkildə qiymət verərək iddiaçının hüquqlarının pozulması hallarının aşkar edilmədiyi, onun dəlillərinin heç bir sübutla təsdiqini tapmayan və hüquqi əsasa söykənməyən formal mülahizələrdən ibarət olması qənaətinə gəlir. Məhkəmə hesab edir ki, mərhum Ağamoğlan Məmmədovla hazırki iş üzrə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinin bu və ya digər əsasla ləğv edilməsinə və ya etibarsız hesab edilməsinə, habelə, qeyd olunan əsasla məcburi payın vərəsələrə verilməsinə hər hansı hüquqi əsas mövcud deyildir. Məhkəmə cavabdehin etiraz ərizəsində qeyd etdiyi, hazırkı iş üzrə iddia müddətinin keçdiyi barədə xüsusatlara, həmçinin, iddiaçının izahatında qeyd etdiyi, mülkiyyət hüququndan irəli gələn mübahisələrə iddia müddəti tətbiq edilmədiyi barədə xüsusatlara əlaqəli şəkildə münasibət bildirərək qeyd edir ki, iddiaçının hazırki iddia tələbləri əsassız hesab edildiyindən cavabdehin iddia müddətinin tətbiq edilməsi əsası ilə iddia tələbinin rədd edilməsi barədə vəsatətinin araşdırılmasına və həmin vəsatətdə qeyd edilən hallara hüquqi qiymət verilməsinə hər hansı lüzum qalmamışdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddiaçının hazırki iddia tələblərinin təmin edilməməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasının tələbinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı miras əmlakda məcburi payın pozulmasına görə xx.xx.2019cu il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, məcburi payın vərəsələrə verilməsinə dair iddia tələbləri rədd edilsin. Məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzrə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №e-2(049)-1587/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-1587/2025
11.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver