Məhkəmə qərarları › İş №e-2(049)-1611/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-1611/2025

04.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-1611/2025 04.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlu İddiaçı "xxxx" LTD Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «kredit müqavilə üzrə pul» tələbinə dair kiçik iddia işləri üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə baxaraq müəyyən etdi̇ : İddiaçı "xxxx" LTD Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «kredit müqavilə üzrə pul» tələbinə dair kiçik iddia işləri üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə xx.xx.2025-ci il tarixdə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən edildi ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) müvafiq maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə ölmüşdür. Göründüyü kimi cavabdeh şəxs iddiaçı tərəfindən məhkəməyə müraciət edilməmişdən altı ay əvvəl vəfat etmişdir. MPM-nin 149.2.4-cü maddəsinin tələbinə görə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizəisinə əlavə edilməlidir. MPM-nin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsi geri qaytarılır. Eyni zamanda, iddiaçı tərəfindən eyni məzmunlu eyni cavabdehə qarşı xx.xx.2025ci il tarixdə də iddia irəli sürülmüş və Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-1100/2025 nömrəli qərardadı ilə eyni əsasla iddia ərizəsi geri və dövlət rüsumu geri qaytarılmışdır. MPM-nin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. MPM-nin 152.3-cü maddəsinin tələblərinə görə, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Məhkəmə göstərilənlərə əsasən və MPM-nin 149, 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq qərara aldi: İddiaçı "xxxx" LTD Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «kredit müqavilə üzrə pul» tələbinə dair kiçik iddia işləri üzrə sadələşdirilmiş icraat qaydasında geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar