Məhkəmə qərarları › İş №e-2(049)-1612/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-1612/2023

16.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-1612/2023 16.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran rayon məhkəməsinin hakimi Qasımov Muradağa Əhmədağa oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMCnin Cavabdeh qarşı «borcun tutulması» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran rayon məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC «borcun tutulması» tələbi barədə iddia ərizəsilə məhkəməyə müraciət edərək, İmei kodu **********99717 Samsung Galaxy A10 markalı telefon, İmei kodu **********85921 Samsung Galaxy A21S markalı telefon X2 üçün 640 manat borc 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMCnə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********99717 Samsung Galaxy A10 markalı telefon, İmei kodu **********85921 Samsung Galaxy A21S markalı telefon X2 almış və nəticədə 640 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 362.2 manat (18 ay x 20.4 manat + 0 manat ilkin ödəniş) İmei kodu **********99717 Samsung Galaxy A10 markalı telefon üçün ümumilikdə, 246 manat olmaqla ondan, 223.3 manat ödənilməmiş hissə, güzəşt olunaraq 22.7 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 589.8 manat (18 ay x 27.1 manat + 102 manat ilkin ödəniş) İmei kodu **********85921 Samsung Galaxy A21S markalı telefon üçün ümumilikdə, 355 manat olmaqla ondan, 322.4 manat ödənilməmiş hissə, güzəşt olunaraq 32.6 manat cərimə miqdarından borc yaranmışdır. xx.xx.2020-ci tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 129.6 manat (9 ay x 14.4 manat + 0 manat ilkin ödəniş) X2 üçün ümumilikdə, 39 manat olmaqla ondan, 35.3 manat ödənilməmiş hissə, güzəşt olunaraq 3.7 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 505.6 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-həcmindəmübahisəsiz penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023-cü il tarixli xəbərdardarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli müqavilələrdən görünür ki, Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında, İmei kodu **********99717 Samsung Galaxy A10 markalı telefon, İmei kodu **********85921 Samsung Galaxy A21S markalı telefon X2 alınmasından ötrü müqavilə bağlanılmışdır. İş materiallarında olan ödəniş cədvəllərindən görünür ki, cavabdeh xx.xx.2020-ci il tarixli 20341106 saylı müqaviləyə əsasən, xx.xx.2020-ci il tarixdən və xx.xx.2021-ci il tarixədək, Samsung Galaxy A10 markalı telefon üçün hər ay 20.4 manat, cəmi 367.2 manat; xx.xx.2020-ci il tarixli 21046102 saylı müqaviləyə əsasən xx.xx.2020-ci il tarixdən və xx.xx.2022-ci il tarixədək, Samsung Galaxy A21S markalı telefon üçün hər ay 27.1 manat, cəmi 589.8 manat və xx.xx.2020-ci il tarixli 21046188 saylı müqaviləyə əsasən xx.xx.2020-ci il tarixdən və xx.xx.2021-ci il tarixədək, X2 üçün hər ay 14.4 manat, cəmi 129.6 manatı Cavabdeh "xxxx" MMC-yə ödəməli idi. Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 367.2 manat dəyərində olan, 0 manat ödəyərək aldığı Samsung Galaxy A10 telefon üçün 18 ay müddətinə hər ay 20.4 manat ödəməli olduğu halda, cəmi 143.9 manat ödəmiş və onun 223.3 manat əsas, 22.7 manat cərimə, cəmi 246 manat; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 267.4 manat dəyərində olan, 102 manat ödəyərək aldığı SAMSUNG GALAXY A21S telefon üçün 18 ay müddətinə hər ay 27.1 manat ödəməli olduğu halda, cəmi 267.4 manat ödəmiş və onun 322.4 manat əsas, 32.6 manat cərimə, cəmi 355 manat; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 129.6 manat dəyərində olan, 0.00 manat ödəyərək aldığı X2 telefon üçün 09 ay müddətinə hər ay 9 manat ödəməli olduğu halda, cəmi 94.3 manat ödəmiş və onun 35.3 manat əsas, 3.7 manat cərimə, cəmi 39 manat, hər üç müqavilə üzrə ümumilikdə 640 manat borc yaranmışdır. Ödəniş qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 30 manat dövlət rüsumu ödəmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunan Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Xəbərdarlıqdan görünür ki, iddiaçı cavabdehdən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini tələb etmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olunduğu gündən 30 (otuz) iş günü ərzində işaə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən iddiaçı MMC-yə olan borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 640 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" MMCyə ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar