Məhkəmə qərarları › İş №e-2(049)-1625/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-1625/2024

03.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-1625/2024 03.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 5.000 (beş min) manat məbləğində sığorta ödənişi, 70 (yetmiş) manat dövlət rüsumu və 0.4 (qırx) manat xidmət haqqının, cəmi 5070,40 (beş min yetmiş manat 40 qəpik) manat pulun tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC ilə 14 aprel 2023-cü il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “Qaz 31105” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində xx.xx.2023-cü il tarixdə Lənkəran rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz E320” markalı ** SB *** dövlət qeydiyyatlı nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Sözügedən yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz E320” markalı ** SB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə Cəmiyyət tərəfindən 5000 (beş min) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında protokoldan müəyyən olunur ki, baş vermiş yolnəqliyyat hadisəsinin törədilməsində “Qaz 31105” markalı ** BH *** dövlət qeydiyyat nişanlıavtomobilin sürücüsü Cavabdeh təqsirli bilinərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli yekun aktında, yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz E320” markalı ** SB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləği 5000 (beş min) manat müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 1594/23 nömrəli geriyə tələb məktubundan müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində “Mercedes Benz E320” markalı ** SB *** dövlət nişanlı avtonəqliyyat vasitsəinə dəymiş zərərlə bağlı ödənilməli olan 5000 (beş min) manat məbləğində pulun Cəmiyyətin hesabına ödənilməsi cavabdehdən tələb edilmişdir. İddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 məhkəməyə ərizə göndərərək, işə onların işrirakları olmadan baxılmasını və iddia ərizəsinə əlavə olunmuş sübutlara əsaslanaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: “İcbari sığorta müqaviləsinə dair” məlumatdan görünür ki "xxxx" ASC tərəfindən ** BH *** dövlət qeydiyyat nişanlı QAZ-31105 markalı avtonəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi sığortalamışdır. Lənkəran ŞRPŞ-nin Yol Patrul Xidmətinin xx.xx.2023-cü il tarixdə İXP ******* nömrəli İnzibati xəta haqqında protokoldan, izahatlardan, mütəxəssis rəyindən və hadisə yerinin sxemindən görünür ki, 14 aprel 2023-cü il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “Qaz 31105” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində, yəni xx.xx.2023cü il tarixdə Lənkəran rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz E320” markalı ** SB *** dövlət qeydiyyatlı nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir və Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinmişdir. “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”ndən görünür ki, Qaz 31105” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdehdur. "xxxx" ASC-nin A-PAG 0742/23 nömrəli xx.xx.2023-cü il tarixli sığorta aktından və “Yekun akt”dan görünür ki, xx.xx.2023-cü il tarixdə ** BH *** dövlət qeydiyyat nişanlı QAZ- 31105 markalı avtonəqliyyat vasitəsi ilə “Mercedes Benz E320” markalı ** SB *** dövlət qeydiyyatlı nişanlı avtomobil arasında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz E320” markalı ** SB *** dövlət qeydiyyatlı nişanlı avtomobilə dəymiş ziyan 5.000 manat məbləğində müəyyənləşdirilmişdir və dəymiş ziyana görə xx.xx.2023cü il tarixdə "xxxx" ASC tərəfindən 5.000 (beş min) manat məbləğində sığorta ödənişi X3 ödənilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC vasitəsilə 5.000 manat məbləğində sığorta ödənişi X1 hesabına ödənilmişdir. ********** nömrəli xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, hazırki iddia tələbi üzrə iddiaçı "xxxx" ASC tərəfindən X5 vasitəsilə 70 manat dövlət rüsumu dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 5.000 manat sığorta ödənişini ödəməsi tələb edilmişdir. Məhkəmə iddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Günel İbrahimovanın ərizəsini və iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən: 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. İnzibati Xətalar Məcəlləsinə əsasən: Maddə 332. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi 332.2. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görəyüz manat məbləğində cərimə edilir. 332.4. Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görəbeş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.2-ci maddəsinə (subroqasiya hüququ) əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Bu normaya uyğun olaraq, sığorta ödənişi verildiyi andan sığortaçı hadisənin baş verməsində təqsirli olan şəxsə qarşı zərərçəkənin – sığorta müqaviləsi üzrə faydalanan şəxsin tələb hüququnu əldə edir. Bu tələb hüququ isə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun xüsusi normasına müvafiq olaraq əmələ gəlir. Belə ki, həmin qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Mülki Məcəlləyə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur (maddə 1108.1). Subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir (maddə 936.1, 936.2). MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu və xidmət haqqınını əvəzi olaraq ödənilmiş 70,40 manat pul vəsaiti Cavabdeh aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 5.000 (beş min) manat sığorta ödənişinin əvəzi və ödənilmiş dövlət rüsumunun və xidmət haqqının əvəzi olaraq 70,40 (yetmiş manat qırx qəpik) manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar