Məhkəmə qərarları › İş №e-2(049)-1683/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-1683/2024

22.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-1683/2024 22.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Lənkəran Rayon Məhkəməsinin hakimi Qasımov Muradağa Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİR HİSSƏ İddiaçı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi verərək, Cavabdeh İddiaçı xeyrinə S3K5776630 nömrəli, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 605 manat əsas, 181 manat dəbbə pulu və S3K5776071 nömrəli, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 336 manat əsas, 101 manat dəbbə pulu və 33 manat ödənilmiş dövlət rüsumu, cəmi 1256 manat borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında, xx.xx.2019 və xx.xx.2019-cu il tarixdə, S3K5776630 və S3K5776071 nömrəli hissə-hissə ödənişlə alqısatqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən S3K5776630 nömrəli müqavilə üzrə 924 manat dəyəri olan 2 ədəd “SAMSUNG GALAXY A10S” markalı telefon alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. S3K5776071 nömrəli müqavilə üzrə 588 manat dəyəri olan 1 ədəd “SAMSUNG GALAXY A20S” markalı telefon alıcıya hissə-hissə ödənişlə satmaq öz üzərinə götürmüşdür. Müqavilənin 2.1, 2.2-ci maddəsinə əsasən alıcı S3K5776630 nömrəli müqavilə üzrə 0 manat ilkin ödəniş olmaqla, qalan 924 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 12 ay müddətinə, aylıq 77 manat olmaqla, hər ayın 11-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Alıcı S3K5776071 nömrəli müqavilə üzrə 30 manat ilkin ödəniş olmaqla, qalan 558 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 18 ay müddətində, aylıq 31 manat olmaqla, hər ayın 07dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.4-cü maddəsinə əsasən alıcı ödənişi gecikdirdiyi hər gün üçün məcmu borcun 1%-i həcmində satıcının xeyrinə cərimə (dəbbə pulu) ödəyir. Tərəflər arasında yaranmış mübahisəılər qarşılıqlı razılıq əsasında həll edilir. Qarşılıqlı razılıq əsasında həll edilməyən mübahisələr Azərbaycan respublikası qanunvericiliyinə uyğun olaraq müvafiq məhkəmələr tərəfindən həll edilir. Alıcı tərəfindən müqavilələr üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş və nəticədə onun S3K5776630 nömrəli, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 605 manat əsas, 181 manat dəbbə pulu və S3K5776071 nömrəli, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 336 manat əsas, 101 manat dəbbə pulu və 33 manat ödənilmiş dövlət rüsumu, cəmi 1256 manat borcu yaranmışdır. Alıcı tərəfindən həmin müqavilələr üzrə sonuncu dəfə xx.xx.2021-ci il tarixdə 10 manat və xx.xx.2021-ci il tarixdə 5 manat ödəniş edilmişdir. Dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10(on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə iş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş sənədləri Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından qiymətləndirib, habelə həmin sənədləri iddia ərizəsi ilə qarşılıqlı təhlil edib tətbiq edilməli olan maddi hüquq normaların istinadən hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Beləki, İş materiallarında olan xx.xx.2019 və xx.xx.2019-cu il tarixdə, S3K5776630 və S3K5776071 saylı hissə-hissə ödənişlə alqı-satqı müqavilələrdən görünür ki, İddiaçı ilə Cavabdeh arasında ümumi dəyəri 924 manat olan 2 ədəd “SAMSUNG GALAXY A10S” markalı telefon və dəyəri 588 manat olan 1 ədəd “SAMSUNG GALAXY A20S” markalı telefon üçün alqı-satqısı ilə bağlı müqavilə bağlanmışdır. Müqaviləyə əlavə olunmuş ödəniş cədvəllərindən görünür ki, S3k5776630 saylı müqavilə üzrə 0 manat ilkin ödəniş edərək 924 manat dəyərində aldığı məhsul üçün xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək, hər ay 77 manat olmaqla, cəmi 924 manatı, SK5776071 saylı müqavilə üzrə isə 30 manat ilkin ödəniş etməklə 588 manat dəyərində aldığı məhsul üçün xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2021-ci il tarixədək hər ay 31 manat olmaqla 558 manatı Cavabdeh İddiaçı ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə olan S3K5776630 nömrəli müqaviləyə görə qalıq borcu 605 manat əsas, 181 manat dəbbə pulu və S3K5776071 saylı müqavilə üzrə 336 manat əsas, 101 manat dəbbə pulu və 33 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 1256 manat təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Pretenziya arayışından görünür ki, iddiaçı tərəfindən cavabdehə öhdəliklərinin lazımi qaydada icra edilməməsi səbəbindən 1223 manat borcunun yarandığını və 5 gün ərzində borcun hesaba ödənilməsi tələb edilmiş, əks təqdirdə pul tələbi ilə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 33.40 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 527-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 452-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə iddiaçının təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış borc müqaviləsinə əsasən iddiaçıya olan borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 33.40 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. NƏTİCƏ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh S3K5776630 nömrəli xx.xx.2019-cu il tarixli müqavilə üzrə 605 manat əsas, 181 manat dəbbə pulu və S3k5776071 nömrəli, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 336 manat əsas, 101 manat dəbbə pulu olmaqla cəmi 1256 manat borc və 33 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar