Məhkəmə qərarları › İş №e-2(049)-1776/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-1776/2023

06.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-1776/2023 06.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi: X1, iddiaçının nümayəndəsi: Nümayəndə2 iştirakı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qqızına qarşı «borcun tutulması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti «borcun tutulması» tələbi barədə iddia ərizəsilə məhkəməyə müraciət edərək ümumilikdə 6302 manat borc, 83.02 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********90427 Samsung Galaxy S21 markalı telefon, X3, X4, Qazan Dəstcanali, İmei kod **********60899 Samsung Galaxy A22 markalı telefon, İmei kod **********36028 Samsung Galaxy A12 markalı telefon, İmei kod **********61458 Samsung Galaxy A52 markalı telefon, 2 ədəd Halı, 10 ədəd Tabak, 9 ədəd Dikdörtgen Tabak, 2 ədəd Demlik, 10 ədəd Tabak, 10 ədəd Servis Tabağı, 8 ədəd Kulplu Tabak, 10 ədəd Tabak almış və nəticədə 6302 (altı min üç yüz iki) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4030.02 (dörd min otuz manat iki qəpik) manat (18 ay x 223.89 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********90427 Samsung Galaxy S21 markalı telefon üçün ümumilikdə, 3833.9 (üç min səkkiz yüz otuz üç manat doxsan qəpik) manat olmaqla ondan, 3031 (üç min otuz bir) manat ödənilməmiş hissə, 802.9 (səkkiz yüz iki manat doxsan qəpik) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 587.88 (beş yüz səksən yeddi manat səksən səkkiz qəpik) manat (18 ay x 32.66 manat + 0 manat ilkin ödəniş) olan X3, X4 üçün ümumilikdə, 505 (beş yüz beş) manat olmaqla ondan, 389.8 (üç yüz səksən doqquz manat səksən qəpik) manat ödənilməmiş hissə, 115.2 (yüz on beş manat iyirmi qəpik) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 320.94 (üç yüz iyirmi manat doxsan dörd qəpik) manat (18 ay x 17.83 manat + 0 manat ilkin ödəniş) olan X5 üçün ümumilikdə, 234.1 (iki yüz otuz dörd manat on qəpik) manat olmaqla ondan, 183.1 (yüz səksən üç manat on qəpik) manat ödənilməmiş hissə, 51 (əlli bir) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 658.98 (altı yüz əlli səkkiz manat doxsan səkkiz qəpik) manat (18 ay x 36.61 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********60899 Samsung Galaxy A22 markalı telefonüçün ümumilikdə 520.1 (beş yüz iyirmi manat on qəpik) manat olmaqla ondan, 401.3 (dörd yüz bir manat otuz qəpik) manat ödənilməmiş hissə, 118.8 (yüz on səkkiz manat səksən qəpik) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 633 (altı yüz otuz üç) manat (18 ay x 35 manat + 3 manat ilkin ödəniş) olan İmei kod **********36028 Samsung Galaxy A12 markalı telefon üçün ümumilikdə, 317.5 (üç yüz on yeddi manat əlli qəpik) manat olmaqla ondan, 244 (iki yüz qırx dörd) manat ödənilməmiş hissə, 73.5 (yetmiş üç manat əlli qəpik) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1021 (bir min iyirmi bir) manat (18 ay x 54 manat + 49 manat ilkin ödəniş) olan İmei kod **********61458 Samsung Galaxya 52 markalı telefon üçün ümumilikdə, 490.4 (dörd yüz doxsan manat qırx qəpik) manat olmaqla ondan, 377 (üç yüz yetmiş yeddi) manat ödənilməmiş hissə, 113.4 (yüz on üç manat qırx qəpik) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 134.64 (yüz otuz dörd manat altmış dörd qəpik) manat (18 ay x 7.48 manat + 0 manat ilkin ödəniş) olan 2 ədəd Halı, 10 ədəd Tabak, 9 ədəd Dikdörtgen Tabak üçün ümumilikdə, 136.3 (yüz otuz altı manat otuz qəpik) manat olmaqla ondan, 111.1 (yüz on bir manat on qəpik) manat ödənilməmiş hissə, 25.2 (iyirmi beş manat iyirmi qəpik) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 50.4 (əlli manat qırx qəpik) manat (18 ay x 2.8 manat + 0 manat ilkin ödəniş) olan 2 ədəd Demlik üçün ümumilikdə, 45.4 (qırx beş manat qırx qəpik) manat olmaqla ondan, 38.8 (otuz səkkiz manat səksən qəpik) manat ödənilməmiş hissə, 6.6 (altı manat altmış qəpik) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 126 (yüz iyirmi altı) manat (18 ay x 7 manat + 0 manat ilkin ödəniş) olan 10 ədəd Tabak, 10 ədəd Servis Tabağ üçün ümumilikdə, 124.2 (yüz iyirmi dörd manat iyirmi qəpik) manat olmaqla ondan, 101.1 (yüz bir manat on qəpik) manat ödənilməmiş hissə, 23.1 (iyirmi üç manat on qəpik) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 104.4 (yüz dörd manat qırx qəpik) manat (18 ay x 5.8 manat + 0 manat ilkin ödəniş) olan 8 ədəd Kulplu Tabak, 10 ədəd Tabak üçün dövlət rüsumunun ödənilməsi haqqında məlumat ümumilikdə, 95.1 (doxsan beş manat on qəpik) manat olmaqla ondan, 78.6 (yetmiş səkkiz manat altmış qəpik) manat ödənilməmiş hissə, 16.5 (on altı manat əlli qəpik) manat dəbbə; Cavabdehin cəmi ödədiyi məbləğ 2711.46 manat təşkil edir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021- ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbimizin əsaslığını və əmlakın dəyərini sübut sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslimaktı və ödəniş cədvəlindən ibarətdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsnminə yönəldilə bilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə də məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini izahatını dindəyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqaviləərdən görünür ki, İmei kod **********90427 Samsung Galaxy S21 markalı telefon, X3, X4, Qazan Dəst canali, İmei kod **********60899 Samsung Galaxy A22 markalı telefon, İmei kod **********36028 Samsung Galaxy A12 markalı telefon, İmei kod **********61458 Samsung Galaxy A52 markalı telefon, 2 ədəd Halı, 10 ədəd Tabak, 9 ədəd Dikdörtgen Tabak, 2 ədəd Demlik, 10 ədəd Tabak, 10 ədəd Servis Tabağı, 8 ədəd Kulplu Tabak, 10 ədəd Tabak almışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya 4955.80 manat əsasə borcu, 1346.20 manat cərimə borcu olmaqla ümumilikdə 6302 manat borcu yaranmışdır. İş materiallarında olan əşyaların təhvil-təslim aktlardan görünür ki, Cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 83.02 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, iddiaçı cavabdehdən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini tələb etmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. MM-nin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MM-nin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. MM-nin 424.5-ci maddəsinin tələbinə görə, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı tərəfindən müqavilə üzrə əşyalar cavabdehə verilsə də, cavabdeh həmin əşyaların dəyərini ödəmyərək öhdəliyin icrasından boyun qaçırmışdır. Bunun nəticəsində də, cavabdehin 4955.80 manat əsas, 1346.20 manat cərimə borcu yaranmışdır. MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddianın əsas borca hesablanmış 1346.20 manat cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından 496 manat məbləğində cərimə borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi dövlət rüsumu iddianın təımin edildiyi hissədə onun xeyrinə cavabdehdən tutulmalıdır. . Göstərilənlərə əsasən və MPM-nin 216-220-ci maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 4955.80 manat əsas borc, 496 manat cərimə borcu olmaqla ümumilikdə 5451.80 manat borc və 71.97 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar