Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-1814/2024 06.06.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSİ Lənkəran rayon məhkəməsinin hakimi Qasımov Muradağa Əhmədağa oğlunun sədrliyi, Hüseynov Murad Əbdül oğlunun katibliyi ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «borcun tutulması» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran rayon məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: TƏSVİR HİSSƏ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbi barədə iddia ərizəsilə məhkəməyə müraciət edərək, xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilələrinə əsasən, X2, Yupiter Asqı, İmei kodu **********12292 Oppo A77S makalı telefon, Ətçəkən Hoffman, İmei kodu **********12365 Xiaomı Poco X5 Pro markalı telefon, İmei kodu **********29364 Blackvıew Tab 6 markalı telefon, İmei kodu **********92535 Samsung Galaxy A04 markalı telefon üçün 2397 manat borc və 43.97 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə ilə xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərindəki müqavilələrinə əsasən, X2, YUPİTER ASQİ, İMEİ KOD **********12292 OPPO A77S MARKALİ TELEFON, ƏTÇƏKƏN HOFFMANN, İmei kod **********12365 XİAOMİ POCO X5 PRO markalı telefon, İmei kod **********29364 BLACKVİEW TAB 6 markalı telefon, İmei kod **********92535 SAMSUNG GALAXYA04 markalı telefaolnmış və nəticədə 2397 (iki min üç yüz doxsan yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 982.98 (doqquz yüz səksən iki manat doxsan səkkiz qəpik) manat (18 ay x 54.61 manat + 0 manat ilkin ödəniş) olan X2, YUPİTER ASQüİ çün 1021 (bir min iyirmi bir) manat olmaqla ondan, 928.28 (doqquz yüz iyirmi səkkiz manat iyirmi səkkiz qəpik) manat ödənilməmiş hissə, 92.72 (doxsan iki manat yetmiş iki qəpik) manat cərimə pulu; xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1185.28 (bir min yüz səksən beş manat iyirmi səkkiz qəpik) manat (13 ay x 87.56 manat + 47 manat ilkin ödəniş) olan İMEİ KOD **********12292 OPPO A77S MARKALİ TELEFON, ƏTÇƏKƏN HOFFMANNüçün 665 (altı yüz altmış beş) manat olmaqla ondan 604.37 (altı yüz dörd manat otuz yeddi qəp) manat ödənilməmiş hissə, 60.63 (altmış manat altmış üç qəp) manat cərimə pulu; xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 577.5 (beş yüz yetmiş yeddi manat əlli qəpik) manat (18 ay x 31.1 manat + 17.7 manat ilkin ödəniş) olan İmei kod **********12365 XİAOMİ POCO X5 PRO markalı telefonüçün 510 (beş yüz on) manat olmaqla ondan 463.7 (dörd yüz altmış üç manatb yetmiş qəp) manat ödənilməmiş hissə, 46.3 (qırx altı manat otuz qəp) manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 304.9 (üç yüz dörd manat doxsan qəpik) manat (12 ay x 24.2 manat + 14.5 manat ilkin ödəniş) olan İmei kod **********29364 BLACKVİEW TAB 6 markalı telefonüçün 106 (yüz altı) manat olmaqla ondan 96.8 (doxsan altı manat səksən qəpik) manat ödənilməmiş hissə, 9.2 (doqquz manat iyirmi qəpik) manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 273.4 (iki yüz yetmiş üç manat qırx qəpik) manat (12 ay x 21.7 manat + 13 manat ilkin ödəniş) olan İmei kod **********92535 SAMSUNG GALAXY A04 markalı telefonüçün 95 (doxsan beş) manat olmaqla ondan 86.7 (səksən altı manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 8.3 (səkkiz manat otuz qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1144.21 manat təşkil edir. Cavabdehlə bağlanılmış xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərindəki müqavilələrindən görünür ki, Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında, X2, Yupiter Asqı, İmei kodu **********12292 Oppo A77S makalı telefon, Ətçəkən Hoffman, İmei kodu **********12365 Xiaomı Poco X5 Pro markalı telefon, İmei kodu **********29364 Blackvıew Tab 6 markalı telefon, İmei kodu **********92535 Samsung Galaxy A04 markalı telefon alınmasından ötrü müqavilə bağlanılmışdır. Ödəniş cədvəllərindən görünür ki, 04264756 saylı müqavilə üzrə xx.xx.2023-ci il tarixdən və xx.xx.2024-cü il tarixədək, İmei kodu **********12365 Xiaomı Poco X5 Pro markalı telefon, üçün hər ay 31.1 manat, cəmi 577.5 manatı; 04243754 saylı müqavilə üzrə isə xx.xx.2023-ci il tarixdən və xx.xx.2023-cü il tarixədək İmei kodu **********29364 Blaxckvıew Tab 6 markalı telefon üçün hər ay 24.2 manat, cəmi 304.9 manatı, 04263313 saylı müqavilə üzrə xx.xx.2023-cü il tarixdən və xx.xx.2023-cü il tarixədək, İmei kodu **********92535 Samsung Galaxy A04 markalı telefon, üçün hər ay 21.7 manat, cəmi 273.4 manatı, 04244260 saylı müqavilə üzrə xx.xx.2023-cü il tarixdən və xx.xx.2024-cü il tarixədək, İmei kodu **********12292 Oppo A77S makalı telefon, Ətçəkən Hoffman, üçün hər ay 87.56 manat, cəmi 1185.3 manatı, 04245470 saylı müqavilə üzrə xx.xx.2023-cü il tarixdən və xx.xx.2025-ci il tarixədək, X2, Yupiter Asqı, üçün hər ay 54.61 manat, cəmi 982.98 manatı Cavabdeh "xxxx" MMC-yə ödəməli idi. Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdehnın xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən X2, Yupiter Asqı, üçün 18 ay müddətə, hər ay 54.61 manat olmaqla 982.98 manat ödəməli olduğu halda 54.7 manat ödəmiş və onun 928.28 manat ödənməmiş əsas, 92.72 manat cərimə borcu olmaqla cəmi 1021 manat; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********12292 Oppo A77S makalı telefon, Ətçəkən Hoffman, üçün 13 ay müddətə ilkin ödəniş 47 manat, hər ay 87.56 manat olmaqla 1185.28 manat ödəməli olduğu halda, 580.91 manat ödəmiş və onun 604.37 manat ödənməmiş əsas, 60.63 manat cərimə olmaqla 665 manat, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********12365 Xiaomı Poco X5 Pro markalı telefon üçün 18 ay müddətə ilkin ödəniş 17.7 manat, hər ay 31.1 manat olmaqla 577.5 manat ödəməli olduğu halda 113.8 manat ödəmiş və onun 463.7 manat ödənməmiş əsas, 46.3 manat cərimə borcu olmaqla cəmi 510 manat; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********29364 Blaxckvıew Tab 6 markalı telefon üçün 12 ay müddətə, ilkin ödəniş 14.5 manat, hər ay 24.2 manat olmaqla 304.9 manat ödəməli olduğu halda 208.1 manat ödəmiş və onun 96.8 manat ödənməmiş əsas 9.2 manat cərimə borcu olmaqla cəmi 106 manat; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********92535 Samsung Galaxy A04 markalı telefon üçün 12 ay müddətə ilkin ödəniş 13 manat, hər ay 21.7 manat olmaqla 273.4 manat ödəməli olduğu halda 186.7 manat ödəmiş və onun 86.7 manat ödənməmiş əsas, 8.3 manat cərimə borcu olmaqla cəmi 95 manat borcu yaranmışdır. Ödəniş qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 43.97 manat dövlət rüsumu ödəmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunan Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Xəbərdarlıqdan görünür ki, iddiaçı cavabdehdən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini tələb etmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olunduğu gündən 30 (otuz) iş günü ərzində işaə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən iddiaçı MMC-yə olan borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 43.97 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. NƏTİCƏ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1, 284-5 və 284- 6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ümumilikdə 2397 manat borc və 43.97 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X1
Məhkəmə qərarları › İş №e-2(049)-1814/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-1814/2024
06.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver