Məhkəmə qərarları › İş №e-2(049)-1832/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-1832/2025

08.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-1832/2025 08.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili X1 və Cavabdeho ğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh nisyə aldığı xırda buynuzlu malların dəyəri olan 5.100 manat pulun, həmçinin hüquqi xidmətə görə ödədiyi 400 manat, dövlət rüsumuna görə ödədiyi 71 manat, notariat xərci kimi ödədiyi 20 manat pulun, cəmi 5.591 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, ötən ilin mart ayında cavabdeh ondan xırdabuynuzlu heyvan almış, 1900 manat borclu qalmışdır. Həmin ilin noyabr-dekabr ayları ərzində də cavabdeh ondan xırda buynuzlu mallar almış, əvvəlki borcu da ödəyəcəyini vəd etmiş, əvvəlki borcdan başqa 5800 manat borclu qalmışdır. Ötən ilin sonunadək həmin pulu ödəyəcəyini bildirsə də, öhdəliyini yerinə yetirməmiş, həmin heyvanlardan cəmi 2600 manat dəyərində xırda buynuzlu heyvanı geri almış, 3200 manat, mart ayında olan borcla birlikdə isə 5100 manat borclu qalmışdır. Qalan pulu qısa vaxt ərzində verəcəyrini bildirmişdir. Lakin o, həmin müddət ərzində pulu ödəməmişdir. Hər dəfə müxtəlif bəhanələr gətirən cavabdeh qeyd olunan malın pulunu bu vaxtadək ödəməmişdir. Bununla bağlı iddiaçı Masallı RPŞ-nə müraciət etməli olmuşdur. Masallı RPŞ-də aparılan araşdırma zamanı cavabdeh həqiqətən də ondan qeyd olunan dəyərdə nisyə mal almasını bildirmiş, borclu qaldığı pulu yaxın müddət ərzində ödəyəcəyini öhdəsinə götürmüşdür. Lakin buna baxmayaraq yenə də o, öhdəliyini icra etməmişdir. Nəticədə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalaraq dövlət rüsumuna görə 71 manat, vəkilin hüququ xidmətinə görə 400 manat və notariat xərcinə görə 20 manat ödəməli olmuşdur. Sonradan İddiaçı məhkəməyə “iddia tələbinin azaldılması barədə” ərizə ilə müraciət edərək, bildirmişdir ki, məhkəməyə iddia ərizəsi verdikdən sonra cavabdeh ona borcundan 200 manat ödəmişdir. Həmçinin iddia tələbinin bir hissəsindən imtina edir və cavabdehdən yalnız nisyə aldığı xırda buynuzlu malların dəyəri olan 4.900 manat pulu tələb edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilərək, cavabdehdən 4.900 manat pul vəsaitinin alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ona qarşı olan iddia tələbini etiraf edərək, izahatında bildirmişdir ki, həqiqətən də İddiaçı ilə aralarında heyvan alqı-satqısı olmuşdur və onun həmin alqı-satqıdan iddiaçıya borcu qalmışdır. Onun həqiqətən də iddiaçıya 4.900 manat borcu vardır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh ona qarşı iddia tələbini tam etiraf etdiyi barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iddia tələbinin dəlillərinə qiymət verərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin məcəllənin 191.4 maddəsinə əsasən, məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir. Məhkəmə, belə hesab edir ki, hazırki mülki iş üzrə cavabdehin iddianı etiraf etməsi qəbul edilməklə iddiaçının iddiası təmin edilməklə cavabdehdən 4.900 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin iddiaçı ödənilmiş dövlət rüsumunun əvəzini cavabdehdən tələb etmədiyindən həmin dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən hərbir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 4.900 (dörd min doqquz yüz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 71 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar