Məhkəmə qərarları › İş №e-2(049)-1990/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-1990/2023

20.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-1990/2023 20.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlu iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh qarşı «subroqasiya» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran Rayon Məhkəməsinin binasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi verərək, 705,00 (yeddi yüz beş) manat məbləğində sığorta ödənişinin, 30,00 (otuz manat) məbləğində dövlət rüsumunun və 0,40 (qırx qəpik) məbləğində xidmət haqqının, cəmi 735,40 (yeddi yüz otuz beş manat) məbləğində pul vəsaitinin Cavabdeh tutulub iddiaçı Şirkətin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Maştağa şossesində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində (bundan sonra Şirkət) “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə sığortalanmış “Hyundai Elantra minik" markalı, ** PS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə X2 məxsus “Azsamand minik” markalı, ** XP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. AR DİN Xəzər RPİ DYPİ-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə icbari sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə"arayışına və müvafiq inzibati tənbehvermə haqqında qərarına əsasən “Hyundai Elantra minik” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs kimi müəyyən edilmiş və barəsində AR İXM- nin 327.6-cı (Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) maddəsinə əsasən 100,00 (bir yüz) manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İddia ərizəsinə əlavə edilmiş AR DİN Xəzər RPİ DYPİ tərəfindən “Hyundai Elantra minik" markalı, ** PS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh barəsində tərtib edilmiş müvafiq inzibati tənbehvermə haqqında qərardan məlum olur ki, Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı hadisə yerindən yayınmışdır. İddia ərizəsinə əlavə edilmiş, “Hyundai Elantra minik” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin PDS********** saylı sığorta şəhadətnaməsindən (müqavilə) göründüyü kimi, həmin nəqliyyat vasitəsi “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə Şirkət tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş, xx.xx.2021-ci il tarixli Dəymiş zərərin hesablanması aktına əsasən hadisə nəticəsində “Azsamand minik” markalı, ** XP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 705,00 (yeddi yüz beş) manat məbləğində müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş, xx.xx.2021-ci il tarixli, 19246 saylı sığorta aktına və xx.xx.2021-ci il tarixli, 21296 saylı ödəniş tapşırığına əsasən 705,00 (yeddi yüz beş) manat məbləğində sığorta ödənişi hadisə nəticəsində zərər dəymiş “Azsamand minik” markalı, ** XP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X1 müvafiq bank hesabına köçürülmüşdür. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 08/01-104 saylı Pretenziya məktubundan görünür ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən Şirkət tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 705,00 (yeddi yüz beş) manat məbləğində ödənilmiş sığorta ödənişi “Hyundai Elantra minik” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh geri ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30(otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Cavabdehə xx.xx.2023-cü il tarixdə iddia ərizəsi qeydiyyatda olduğu ünvana iddiaya qarşı əsaslandırılmış etirazını təqdim etməsi üçün rəsmi qaydada göndərilmiş, lakin məhkəmə bildirişi cavabdehin həmin ünvandan köçməsi səbəbi ilə geri qaytarılmışdır. Məhkəmə hesab edir ki, bu hal cavabdehin məhkəmə müdafiəsi hüququnun pozulması nəticəsinə gəlməyə, habelə mübahisənin sadələşdirilmiş icraat qaydasında həll edilməsinin istisna edilməsinə əsas vermir. Məhkəmə gəldiyi nəticəni işıqlandırmaq üçün aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun ilə tənzimlənir. Həmin Qanunun 1-ci maddəsinə görə, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Adıçəkilən Qanunun 3-cü maddəsinə görə Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən olunur. Qeyd edilməlidir ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Şəxsiyyət vəsiqəsinin üzərində vətəndaşın soyadı, adı, atasının adı, vətəndaşın cinsi, doğulduğu tarix, doğulduğu yer, qan qrupu, fərdi identifikasiya nömrəsi, vəsiqənin nömrəsi və etibarlılıq müddəti göstərilir, həmçinin şəxsiyyət vəsiqəsi sahibinin şəxsi imzası və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəkli yerləşdirilir. Şəxsiyyət vəsiqəsinə yerləşdirilən elektron daşıyıcıya (çipə) məlumatlar daxil edilir. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın aparılması insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasına deyil, onların reallaşdırılmasına yönəlmişdir. Belə ki, vətəndaşlığı təsdiq edən digər sənədlərdən fərqli olaraq Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi onun sahibi haqqında daha ətraflı məlumatları özündə əks etdirir (Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”nin müddəalarının şərh olunması barədə 2003-cü il 31 yanvar tarixli Qərarı). DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, onun yaşayış yeri Lənkəran rayonu Nərimanabad qəsəbəsidir. Məhz məhkəmə bildirişi də həmin ünvana göndərilmişdir. Odur ki, hazırda bildirişin cavabdehin həmin ünvandan köçməsi səbəbindən geri qaytarılması cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri vermək hüququnun məhdudlaşdırılması demək deyildir. Məhkəmə iş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş sənədləri Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından qiymətləndirib, habelə həmin sənədləri iddia ərizəsi ilə qarşılıqlı təhlil edib tətbiq edilməli olan maddi hüquq normaların istinadən hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli №19246 saylı Sığorta ödənişi aktından görünür ki, zərərçəkənə 705 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan TP ******* saylı xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında qərardan görünür ki, yol-nəqliyyat hadisəsinin baş verməsinin təqsirli şəxs Sultanlı X3 Xətalar Məcəlləsinin 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 100 manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti-nin məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 30.40 manat dövlət rüsumu ödəmişdir. Beləliklə iş materiallarından müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Maştağa şosesində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində (bundan sonra Şirkət) “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə sığortalanmış “Hyundai Elantra minik" markalı, ** PS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə X2 məxsus “Azsamand minik” markalı, ** XP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. AR DİN Xəzər RPİ DYPl-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə icbari sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə"arayışına və müvafiq inzibati tənbehvermə haqqında qərarına əsasən “Hyundai Elantra minik” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs kimi müəyyən edilmiş və barəsində AR İXM- nin 327.6-cı (Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) maddəsinə əsasən 100,00 (bir yüz) manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İddia ərizəsinə əlavə edilmiş AR DİN Xəzər RPİ DYPİ tərəfindən “Hyundai Elantra minik" markalı, ** PS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh barəsində tərtib edilmiş müvafiq inzibati tənbehvermə haqqında qərardan məlum olur ki, Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı hadisə yerindən yayınmışdır. İddia ərizəsinə əlavə edilmiş, “Hyundai Elantra minik” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin PDS********** saylı sığorta şəhadətnaməsindən (müqavilə) göründüyü kimi, həmin nəqliyyat vasitəsi “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə Şirkət tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş, xx.xx.2021-ci il tarixli Dəymiş zərərin hesablanması aktına əsasən hadisə nəticəsində “Azsamand minik” markalı, ** XP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 705,00 (yeddi yüz beş) manat məbləğində müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş, xx.xx.2021-ci il tarixli, 19246 saylı sığorta aktına və xx.xx.2021-ci il tarixli, 21296 saylı ödəniş tapşırığına əsasən 705,00 (yeddi yüz beş) manat məbləğində sığorta ödənişi hadisə nəticəsində zərər dəymiş “Azsamand minik” markalı, ** XP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X1 müvafiq bank hesabına köçürülmüşdür. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 08/01-104 saylı Pretenziya məktubundan görünür ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən Şirkət tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 705,00 (yeddi yüz beş) manat məbləğində ödənilmiş sığorta ödənişi “Hyundai Elantra minik” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh geri ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 883-cü maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Qeyd olunan Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.5-ci maddəsinə əsasən sığotaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və ya müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Qeyd olunan Məcəllənin 1108-ci maddəsinə müvafiq olaraq ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və ya. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və ya) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30.40 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 705,00 (yeddi yüz beş) manat məbləğində sığorta ödənişi, 30,00 (otuz manat) məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) məbləğində xidmət haqqı, cəmi 735,40 (yeddi yüz otuz beş manat) məbləğində pul vəsaiti Cavabdeh tutulub iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar