Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-2008/2025 08.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi X1 "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdim: "xxxx" MMC-i Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizənin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Məhkəmə elektron portalından müəyyən olunur ki, cavabdeh Oğuz rayonu, Muxas kəndində rəsmi qeydiyyatdadırlar. Buna görə də kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə Oğuz Rayon Məhkəməsinə verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, "xxxx" MMC-nin məhkəməyə daxil olmuş ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iş ərazi aidiyyəti üzrə Lənkəran Rayon Məhkəməsində baxılmalı olmadığından, iddiaya baxılması Oğuz Rayon Məhkəməsinin ərazisinə aid olduğundan, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, "xxxx" MMC-nə Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. "xxxx" MMC-ə izah edilir ki, qərardadın təsviri hissəsində göstərilən həmin çatışmazlıqlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada yenidən ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etməsinə mane olmur. Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, "xxxx" MMC hazırki tələblə məhkəməyə müraciət etmək üçün 33.40 manat dövlət rüsumu ödəmişlər. Ərizə qaytarıldığına görə "xxxx" MMC tərəfindən ödənilmiş 33.40 manat dövlət rüsumu ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 35-ci, 152-ci, 263- 264cü, 269-cu maddələrini rəhbər tutaraq, qərara aldım: "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. "xxxx" MMC-i tərəfindən xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 33.40 manat dövlət rüsumu geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardaddan Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X3
Məhkəmə qərarları › İş №e-2(049)-2008/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-2008/2025
08.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver