Məhkəmə qərarları › İş №e-2(049)-2063/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-2063/2025

14.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-2063/2025 14.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi X1, İddiaçı İB-nin Cavabdeh qarşı 1250.14 manat borcun ödənilməsi tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizəsini və ona əlavə edilmiş sənədləri Lənkəran Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı İB-i kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 1250.14 manat borcun və 32.20 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsini nəzərdən keçirib hesab edirəm ki, iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Belə ki, iddia tələbi üzrə Cavabdeh xx.xx.2023-cü il tarixdə ölmüşdür. Hesab edirəm ki, cavabdeh öldüyü üçün iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 153.2.1-cı maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunan əsaslara görə İddiaçıİB-nin məhkəməyə daxil olmuş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməli, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya qaytarılmalıdır. Eyni zamanda, iddiaçıya izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 153.5-ci maddəsinin tələblərinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. xx.xx.2025-ci il tarixli **********52 nömrəli qəbzdən görünür ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək üçün 32.20 manat dövlət rüsumu ödəmişdir. İddia ərizəsinin qəbul edilməsindən imtina edildiyinə görə iddiaçı tərəfindən ödənilmiş 32.20 manat dövlət rüsumu da ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 2, 8, MPM-nin 114, 151, 153, 263, 264 və 269-cu maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçıİB-nin Cavabdeh qarşı 1250.14 manat borcun ödənilməsi tələbinə dair iddia ərizəsi yolverilməzliyinə görə qəbul edilməsindən imtina olunsun. İddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. İddiaçıİB-nin tərəfindən xx.xx.2025-ci il tarixli **********52 nömrəli qəbzə əsasən ödənilmiş 32.20 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar