Məhkəmə qərarları › İş №e-2(049)-2235/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2235/2025

25.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2235/2025 25.06.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSİ Mən, Lənkəran rayon məhkəməsinin hakimi X2, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «borcun tutulması» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran rayon məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİM: TƏSVİR HİSSƏ İddiaçı "xxxx" MMC cavabdeh X1 qarşı «borcun tutulması» tələbi barədə iddia ərizəsilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, QABYUYAN BOSCH üçün , 718.2 manat ödənilməmiş hissə, 71.82 manat cərimə. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, SAMSUNG GALAXY WATCH6 qol saatı üçün , 564 manat ödənilməmiş hissə, 56.4 manat cərimə; xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, HUAWEİ WATCH GT 5 qol saatı, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidmətli üçün , 492.48 manat ödənilməmiş hissə, 49.25 manat cərimə; xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, İmei kod **********50500 XİAOMİ POCO M6, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti üçün 465.48 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 46.55 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********66107 XİAOMİ POCO C65, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti üçün n, 333 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 33.3 manat cərimə Ümumilikdə 2877.68 manat borc, 48.78 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, QABYUYAN BOSCH, SAMSUNG GALAXY WATCH6 qol saatı, HUAWEİ WATCH GT 5 qol saatı, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, İmei kod **********50500 XİAOMİ POCO M6, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, İmei kod **********66107 XİAOMİ POCO C65, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidmaəltmi ış və nəticədə 2877.68 (iki min səkkiz yüz yetmiş yeddi manat, 68 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1155.2 (bi rmin yüz əlli beş manat, 20 qəpik) manat (18 ay x 39.9 manat + 437 manat ilkin ödəniş) olan QABYUYAN BOSCHüçün ümumilikdə, 790.02 (yeddi yüz doxsan manat, 2 qəpik) manat olmaqla ondan, 718.2 (yeddi yü zon səkkiz manat, 20 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 71.82 (yetmiş bir manat, 82 qəpik) manat cərimə. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 594 (beş yü zdoxan dörd) manat (12 ay x 47 manat + 30 manat ilkin ödəniş) olan SAMSUNG GALAXY WATCH6 qol saatüıçün ümumilikdə, 620.4 (altı yüz iyirmi manat, 40 qəpik) manat olmaqla ondan, 564 (beş yüz altmış dörd) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 56.4 (əlli altı manat 40 qəpik) manat cərimə; xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 492.48 (dörd yüz doxsan iki manat, 48 qəpik) manat (18 ay x 27.36 manat + 0 manat ilkin ödəniş) olan HUAWEİ WATCH GT 5 qol saatı, QİZİL ZƏMANƏT ULTRA3 İL xidməütçiün ümumilikdə, 541.73 (beş yüz qırx bi rmanat, 73 qəpik) manat olmaqla ondan, 492.48 (dörd yüz doxsan iki manat, 48 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 49.25 (qırx doqqu zmanat, 25 qəpik) manat cərimə; xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 465.48 (dörd yüz altmış beş manat, 48 qəpik) manat (12 ay x 38.79 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********50500 XİAOMİ POCO M6, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməütçi ün ümumilikdə, 535.63 (be yüz otuz beş manat, 63 qəpik) manat olmaqla ondan, 465.48 (dörd yüz altmış beş manat, 48 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat 60 qəpik) manat rüsum , müştəriyə güzəşt olunaraq 46.55 (qərx altı manat, 55 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 333 (üç yüz otuz üç) manat (12 ay x 27.75 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********66107 XİAOMİ POCO C65, QİZİL ZƏMANƏT ULTRA3 İL xidməütçiün ümumilikdə, 389.9 (üç yüz səksən doqquz manat, 90 qəpik) manat olmaqla ondan, 333 (üç yüz otuz üç) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 33.3 (Otuz üç manat, 30 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 467 manat təşkil edir. Ödəniş cədvəlinin 2ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələbimizin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İddia ərizəsi qeydiyyatda olduğu ünvana iddiaya qarşı əsaslandırılmış etirazını təqdim etməsi üçün rəsmi qaydada göndərilmiş, lakin məhkəmə bildirişi cavabdehin həmin ünvanda yaşamaması səbəbi ilə geri qaytarılmışdır. Daha sonra məhkəmə MPM-nin 147ci maddəsinə əsasən məhkəmə bildirişi cavabdehin qeydiyyat ünvanı üzrə icra nümayəndəliyinə təqdim edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il ,xx.xx.2024-cü il və xx.xx.2025 cü il tarixlərindəki müqavilələrindən görünür ki, Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında QABYUYAN BOSCH, SAMSUNG GALAXY WATCH6 qol saatı, HUAWEİ WATCH GT 5 qol saatı, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidmətli, İmei kod **********50500 XİAOMİ POCO M6, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, İmei kod **********66107 XİAOMİ POCO C65, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti alınmasından ötrü müqavilə bağlanılmışdır. Ödəniş cədvəllərindən görünür ki, ********** saylı müqavilə üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək QABYUYAN BOSCH üçün hər ay 17.94 manat, cəmi 322.92 manatı; 18303417 saylı müqavilə üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək, SAMSUNG GALAXY WATCH6 qol saatı üçün hər ay 47 manat, cəmi 594 manatı; 04009211 saylı müqavilə üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2026-ci il tarixədək HUAWEİ WATCH GT 5 qol saatı, QİZİL ZƏMANƏT ULTRA 3 İL üçün hər ay 27.36 manat, cəmi 492.46 manat , 12203215 saylı müqavilə üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək İmei kod **********50500 XİAOMİ POCO M6, QİZİL ZƏMANƏT ULTRA 3 İL üçün hər ay 38.79 manat, cəmi 465.5 manat və 06124184 saylı müqavilə üzrə xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixədək İmei kod **********66107 XİAOMİ POCO C65, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidmətli üçün hər ay 27.75 manat, cəmi 333 manat Cavabdeh "xxxx" MMC-yə ödəməli idi. Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh Rövçən oğlu xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1155.2 manat dəyərində olan və 437 manat ilkin ödəniş edərək aldığı QABYUYAN BOSCH üçün 18 ay müddətinə hər ay 39.9 manat ödəməli olduğu halda 437 manat ödəmiş və onun 718.2 manat əsas, 71.82 manat cərimə olmaqla cəmi 790.02 manat, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 594 manat dəyərində olan və 30 manat ilkin ödəniş edərək aldığı SAMSUNG GALAXY WATCH6 qol saatı üçün 12 ay müddətinə hər ay 47 manat ödəməli olduğu halda 30 manat ödəmiş və onun 564 manat əsas, 56.4 manat cərimə olmaqla cəmi 620.40 manat, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 492.48 manat dəyərində olan və 0 manat ilkin ödəniş edərək aldığı HUAWEİ WATCH GT 5 qol saatı, QİZİL ZƏMANƏT ULTRA 3 İL üçün 18 ay müddətinə hər ay 27.36 manat ödəməli olduğu halda 0 manat ödəmiş və onun 492.48 manat əsas, 49.25 manat cərimə olmaqla cəmi 541.73 manat, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 465.48 manat dəyərində olan və 0.0 manat ilkin ödəniş edərək aldığı İmei kod **********50500 XİAOMİ POCO M6, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti üçün 12 ay müddətinə hər ay 38.79 manat ödəməli olduğu halda 0 manat ödəmiş və onun 465.48 manat əsas, 23.6 manat İnnovativ Layihələr mərkəzi rüsumu və 46.55 manat cərimə olmaqla cəmi 535.63 manat, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 333 manat dəyərində olan və 0.0 manat ilkin ödəniş edərək aldığı tarixədək İmei kod **********66107 XİAOMİ POCO C65, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidmətli üçün 12 ay müddətinə hər ay 27.75 manat ödəməli olduğu halda 0 manat ödəmiş və onun 333 manat əsas, 23.6 manat İnnovativ Layihələr mərkəzi rüsumu və 33.3 manat cərimə olmaqla cəmi 389.90 manat, ümumilikdə hər beş müqavilə üzrə 2877.68 manat borcu yaranmışdır. Ödəniş qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 48.78 manat dövlət rüsumu ödəmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunan Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Xəbərdarlıqdan görünür ki, iddiaçı cavabdehdən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini tələb etmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olunduğu gündən 30 (otuz) iş günü ərzində işaə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam, və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən iddiaçı MMC-yə olan borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 48.78 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. NƏTİCƏ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1, 284-5 və 284- 6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh ümumilikdə beş müqavilə üzrə 2877.68 manat borc və 48.78 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron cabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar