Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2239/2023 20.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ X7 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİR HİSSƏ İddiaçı kiçik mabahisələr üzrə iddia ərizəsi verərək, Cavabdeh 248.2 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddiaya qarşı etiraz ərizəsi təqdim edərək borc tələbinə dair mülki işin iddia icraatına keçirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkməsinin 2(049)-2239.2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş iddia icraatına keçirilərək məhkəmənin hazırlıq iclası 12 iyul 2023-cü il tarixinə təyin edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə cavabdeh X4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “Xiaomi” markalı mobil telefona görə 12 aylıq ödəniş cədvəli üzrə hər ay 22 manat olmaqla cəmi 259.9 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, sonuncu dəfə xx.xx.2022-ci il tarixinə 22 manat ödəniş etmiş və qalıq qalmış 215.9 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqısatqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 323 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 323 təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 10%-i, yəni 32.8 manat İddiaçı MMC-yə ödənilməsi tələb olunmuşdur. Beləliklə, cavabdehin xx.xx.2022-ci il tarixədək "xxxx" MMC-yə olan borcu 215.9 manat əsas, 32.3 manat cərimə, cəmi 248.2 manat təşkil etmişdir. Sadalanları nəzərə alaraq Cavabdeh Zülfiqar oğlundan xx.xx.2022-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə yaranmış 215.9 manat əsas, 32.3 manat cərimə, cəmi 248.2 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 bildirmişdir ki, mobil telefonu cavabdehə satıldıqdan sonra ona izah olunmuşdur ki, zəmanət müddətində telefonunda hər-hansı bir nasazlıq olarasa, o, bunun üçün nəzərdə tutulmuş müvafiq texniki servis mərkəzində təmir etdirə bilər. Hazırda cavabdehə məxsus mobil telefonun təmir edilmiş və şirkətə məxsus telefon anbarında saxlanılır. Əlavə olaraq qeyd etdi ki, telefon təhvil alınarkən üzərində fiziki cızıq aşkar olunmuş və bu səbəbdən onun dəyişdirilməsi mümükün olmamışdır. Telefonun 1 il zəmanəti olduğu üçün cavabdehdən alınaraq təmir edilmiş və hazırda işlək vəziyyətdədir. Cavabdeh telefonu təhvil almaqdan imtina etmişdir. Məhkəmə iclasında iddiaya qarşı etiraz etmiş cavabdeh bildirdi ki, iddiaçı şirkətdən aldığı mobil telefonu üç dəfə təmir etdirməsinə baxmayaraq telefonda dəyişiklik olmamışdır. Çünki telefon təmir edilmir. O kredit borcunu ödəməkdən boyun qaçırmır. Lakin şirkət tərəfindən onu yeni telefonla təmin edilməsini tələb edir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə tərəflərin izahatlarını, iş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş sənədləri, qarşılıqlı təhlil edib tətbiq edilməli olan maddi hüquq normaların istinadən hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh İddiaçı MMC-dən “Xiaomi” markalı mobil telefon və almışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli müqaviləyə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək, hər ay 22 manat, sonuncu ay 17.99 manat olmaqla, cəmi 237.99 manatı Cavabdeh İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 215.9 manat əsas və 323 manat cərimə, cəmi 538.9 manat borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, İddiaçı MMC məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli “Müştəri müraciəti” adlandırılan səndələrdən görünür ki, xx.xx.2022-ci il tarixdə iddiaçıdan cavabxdeh təırəfindən alınmış “Xiaomi” markalı mobil telefon zəmanət müddəti bitməmiş 03 dəfə təmirə verilmiş, 1-ci və 2-ci təmirdən sonra cavabdeh həmin telefonu geri götürsə də, sonuncu təmirdən götürülməməyi məhkəmə iclasında sübuta yetirilmişdir. Həmin sənədlərdən görünür ki, telefonun arxasında cızıqlar vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş üzrə iddiaçının təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış müqavilələrinə əsasən iddiaçıya olan borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. NƏTİCƏ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1, 284-5 və 284-6cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli, ********** saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə yaranmış 215.90 manat əsas, 32.30 manat cərimə, cəmi 248.20 manat borc və 30 manat məbləğində dövlət rüsumu cavabdeh X1 tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X8.
Məhkəmə qərarları › İş №e-2(049)-2239/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2239/2023
20.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver