Məhkəmə qərarları › İş №e-2(049)-2270/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2270/2025

28.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2270/2025 28.08.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqavilələri üzrə yaranmış borc məbləğlərinin ödənilməsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 199.90 manat əsas borc, 59.90 manat cərimə olmaqla, cəmi 259.80 manat, xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 1564.90 manat əsas borc, 469.40 manat cərimə olmaqla, cəmi 2034.30 manat, xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 499.90 manat əsas borc, 149.90 manat cərimə olmaqla, cəmi 649.80 manat, xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 2639.90 manat əsas borc, 791.90 manat cərimə olmaqla, cəmi 3431.80 manat borc, ümumilikdə dörd müqavilə üzrə 4904.60 manat əsas borc, 1471.10 manat cərimə - cəmi 6375.70 manat borc, həmçinin, 83.75 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə göndərilən ərizədə məhkəmə iclasında üzürlü səbəblərdən iştirak etmək mümkün olmadığı qeyd edilmiş və işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunması xahiş edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onunla iddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli ********* nömrəli, ********* nömrəli, ********* nömrəli və xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilələrə əsasən həmin tarixlərdə müvafiq olaraq dəyəri 199.90 manat, 1564.90 manat, 499.90 manat və 3659.90 manat olan əşyaları iddiaçıdan satın almışdır. Cavabdeh aldığı əmlakların dəyərini xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə hər ay 17 manat olmaqla 12 ay ərzində, xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə hər ay 87 manat olmaqla 18 ay ərzində, xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə hər ay 42 manat olmaqla 12 ay ərzində və xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə hər ay 204 manat olmaqla 18 ay ərzində hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq aylıq ödənişləri gecikdirmiş, onun iddiaçıya xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 199.90 manat, xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 1564.90 manat, xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 499.90 manat, xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 2639.90 manat olmaqla, cəmi 3431.80 manat borc, ümumilikdə dörd müqavilə üzrə 4904.60 manat əsas borcu qalmış və borcun gecikdirilməsinə görə hər dörd müqavilə üzrə cəmi 1471.10 manat cərimə hesablanmışdır. Cavabdehə şifahi və yazılı qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq o, nisyə alqı-satqı müqavilələri üzrə borcun ödənilməsini təmin etməmiş, onunla iddiaçı arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəlikləri icra etməmişdir. Cavabdeh müqavilə öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, məhkəməyə müraciət etmək üçün 83.75 manat dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı cavabdehdən dörd müqavilə üzrə cəmi 4904.60 manat əsas borc və cəmi 1471.10 manat cərimə - ümumilikdə 6375.70 manat, həmçinin, 83.75 manat dövlət rüsumu məbləğlərinin ödənilməsini tələb edir. Ona görə də iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının cavabdehin iştirakı olmadan keçirilməsini qərara almışdır. Məhkəmə araşdırması zamanı iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ərizəanket, xx.xx.2024-cü il tarixli ********* nömrəli, ********* nömrəli, ********* nömrəli və xx.xx.2024cü il tarixli ********* nömrəli müqavilələr, həmin müqavilələrə əlavə edilən təhvil-təslim aktları və ödəniş cədvəlləri, xx.xx.2025-ci il tarixli maliyyə arayışları, xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubu, xx.xx.2025-ci il tarixli ödəniş qəbzi ilə müəyyən edildi ki, cavabdeh onunla iddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli ********* nömrəli, ********* nömrəli, ********* nömrəli və xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilələrə əsasən həmin tarixlərdə müvafiq olaraq dəyəri 199.90 manat, 1564.90 manat, 499.90 manat və 3659.90 manat olan əşyaları iddiaçıdan satın almışdır. Cavabdeh aldığı əmlakların dəyərini xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə hər ay 17 manat olmaqla 12 ay ərzində, xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə hər ay 87 manat olmaqla 18 ay ərzində, xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə hər ay 42 manat olmaqla 12 ay ərzində və xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə hər ay 204 manat olmaqla 18 ay ərzində hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilələrin şərtlərini pozaraq aylıq ödənişləri gecikdirmiş, onun iddiaçıya olan ödənilməmiş əsas borc məbləğlərinə cərimə hesablanmışdır. Cavabdehə yazılı xəbərdarlıq edilməsinə baxmayaraq o, borcun ödənilməsini təmin etməmiş, aldığı əmlakları iddiaçının tələbi ilə ona qaytarmamış, onunla iddiaçı arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəlikləri icra etməmişdir. Cavabdeh müqavilə öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 83.75 manat dövlət rüsumu ödənilmişdir. Hazırda xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 199.90 manat əsas borc, 59.90 manat cərimə olmaqla, cəmi 259.80 manat, xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 1564.90 manat əsas borc, 469.40 manat cərimə olmaqla, cəmi 2034.30 manat, xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 499.90 manat əsas borc, 149.90 manat cərimə olmaqla, cəmi 649.80 manat, xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 2639.90 manat əsas borc, 791.90 manat cərimə olmaqla, cəmi 3431.80 manat borc, ümumilikdə dörd müqavilə üzrə 4904.60 manat əsas borc, 1471.10 manat cərimə - cəmi 6375.70 manat borc, həmçinin, 83.75 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsini tələb edir. İddiaçı öz iddia tələbinin əsası olaraq tərəflər arasında bağlanmış müqavilələrə, təhvil-təslim aktlarına, ödəniş cədvəllərinə, maliyyə arayışlarına və xəbərdarlıq məktubuna istinad edir. Cavabdeh məhkəmə iclaslarına gəlmədiyinə, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etmədiyinə görə onun iddia tələbinə münasibətini müəyyən etmək mümkün olmamışdır. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən – cərimə məbləğləri azaldılmaqlatəmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, cavabdeh iddiaçıdan satın aldığı əşyaların dəyərini müqavilələrə əlavə edilən ödəniş cədvəllərinə uyğun olaraq hissə-hissə ödəməyi öhdəsinə götürsə də, həmin müqavilələr üzrə öhdəliklərini icra etməmişdir. İddiaçı isə tərəflər arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəliklərini icra etmiş, habelə, mübahisənin məhkəməyə qədər həlli qaydası ilə bağlı həmin müqavilələrdə və qanunvericilikdə nəzərdə tutulan qaydalara da riayət etmişdir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehdən xx.xx.2024cü il tarixli ********* nömrəli müqavilə üzrə 199.90 manat, xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 1564.90 manat, xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 499.90 manat, xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 2639.90 manat əsas borc məbləğlərinin tutulmasına dair hissəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.. Həmin Məcəllənin 465.1-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, tərəflər arasında bağlanmış müqavilələr üzrə hazırda cavabdehdən tələb olunan cərimə məbləğləri həmin müqavilələrin cavabdeh tərəfindən də qəbul edilmiş şərtlərinə uyğun olaraq hesablansa da, işin faktiki hallarına uyğun deyildir və yüksək məbləğlərdir. Qeyd olunan əsaslara görə məhkəmə cavabdehdən tələb olunan cərimə məbləğlərinin tərəflər arasında bağlanmış müqavilələr üzrə əsas borc məbləğlərinə mütənasib olaraq azaldılmasını, cavabdehdən xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 20 manat, xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 150 manat, xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 50 manat, xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə isə 260 manat cərimə məbləğləri tutularaq iddiaçının hesabına ödənilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələblərinə əsasən məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla, iddia tələbinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 83.75 manat dövlət rüsumunun cavabdehdən tutulmasına dair hissəsi təmin edilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 199.90 manat əsas borc və 20 manat cərimə olmaqla, cəmi 219.90 manat, xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 1564.90 manat əsas borc və 150 manat cərimə olmaqla, cəmi 1714.90 manat, xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 499.90 manat əsas borc və 50 manat cərimə olmaqla, cəmi 549.90 manat, xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 2639.90 manat əsas borc və 260 manat cərimə olmaqla, cəmi 2899.90 manat borc, 4(dörd) müqavilə üzrə 4904.60 manat əsas borc və 480 manat cərimə, həmçinin, 83.75 manat dövlət rüsumu - ümumilikdə 5468.35 manat tutularaq İddiaçı hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzrə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar