Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-229/2023 13.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «subroqasiya» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi verərək, Cavabdeh 240 (iki yüz qırx) manat məbləğində verilmiş sığorta ödənişinin məbləği və 30 manat məbləğində dövlət rüsumunun əvəzinin "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-də 30 sentyabr 2018-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış "İsuzu NPR" markalı **-JE-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 23 may 2019-ci il tarixdə Abşeron rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X7 tərəfindən idarə olunan "Hyundai Sonata" markalı **- ND-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Abşeron rayon RPİ-nin qərarı ilə Cavabdeh qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Zərərçəkənin avtomobilinin zədələnməsi ilə bağlı 240 manat məbləğində sığorta ödənişi verilmişdir. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək iddiaçının təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmədiyini, o cümlədən tərəfləri çağıraraq izahatların alınması zərurəti yarandığından işə iddia icraatı qaydasında baxılması haqqında qərardad qəbul etmişdir. İddiaçı "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin iddiaçı məhkəmə iclasında iştirak etməmiş və məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxıb qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra mətndə MPM-nin) 185.6-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin cavabdeh məhkəmə iclasında iştirak etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş: 28 avqust 2019-cu il tarixli, 2272/CML-1745/2019 saylı sığorta aktından görünür ki, PAZ********** sığorta şəhadətnaməsi ilə "İsuzu NPR" markalı **-JE-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də əmlaka vurulan zərərə görə 5000 manat dəyərində sığortalanmış, sığortanın başlanma tarixi 30 sentyabr 2018-ci il, bitmə tarixi isə 29 sentyabr 2019-ci il kimi göstərilmişdir. Abşeron RPİ DYPŞ-nin polis polkovnik-leytenantı X2 tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında qərardan görünür ki, Qasımov X3 Xətalar Məcəlləsinin 327.1, 327.6 və 327.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Abşeron RPİ DYPŞ-nın polis polkovnik-leytenantı X2 tərəfindən alınmış Cavabdeh izahatından görünür ki, Cavabdeh törətdiyi inzibati xətanı etiraf edərək zərərçəkmiş şəxsə 100 manat ödəməyi təklif edib onunla barışıq əldə etmək istəmişdir. xx.xx.2019-ci il tarixli 2272/CML-1745/2019PAZ********** saylı Sığorta ödənişi aktından görünür ki, zərərçəkənə 240 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. 20 may 2021-ci il tarixli Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışının surətindən görünür ki, xx.xx.1992-ci il tarixdə Lənkəran rayonun Boladi kəndində doğulmuş Qasımov X4 rayonu, Boladi kəndində qeydiyyatdadır. 16 dekabr 2021-ci il tarixli hökümət ödəniş portalından görünür ki, iddiaçı "xxxx" ASCnin məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 30.40 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, "xxxx" ASC-də 28 avqust 2019-cu il tarixli sığorta aktına əsasən sığortalanmış Cavabdeh 23 may 2019-cu il tarixdə idarə etdiyi "İsuzu NPR" markalı **-JE-*** dövlət qeydiyyat nişanlı avtomobillə X5 tərəfindən idarə olunan "Hyundai Sonata" markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Belə ki, yuxarıda qeyd olunan yol-nəqliyyat hadisəsi ilə bağlı Abşeron RPİ-də tərtib olunmuş xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında qərara əsasən yol-nəqliyyat hadisəsinin baş verməsinin təqsirli şəxs Cavabdeh olması müəyyən olunmuşdur. Eyni zamanda Qasımov X6 RPİ DYPŞ-nin polis polkovnik-leytenantı X1 verdiyi izahatda törətdiyi inzibati xətanı etiraf edərək zərərçəkmiş şəxsə 100 manat ödəməyi təklif edib onunla barışıq əldə etmək istəmişdir. Beləliklə, yuxarıda göstərilmiş yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundai Sonata" markalı **-ND-*** dövlət nömrə nişanlı avtomobilə 240 manat məbləğində maddi zərər dəymişdir. xx.xx.2019-ci il tarixli 2272/CML-1745/2019PAZ********** saylı Sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən zərərçəkənə 240 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 883-cü maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Qeyd olunan Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.5-ci maddəsinə əsasən sığotaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və ya müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Qeyd olunan Məcəllənin 1108-ci maddəsinə müvafiq olaraq ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və ya. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və ya) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 240 (iki yüz qırx) manat məbləğində verilmiş sığorta ödənişinin məbləği və 30 manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №e-2(049)-229/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-229/2023
13.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver