Məhkəmə qərarları › İş №e-2(049)-2295/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2295/2024

29.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2295/2024 29.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı «borc» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixinə yaranmış xx.xx.2022-ci il tarixli - 309623 saylı müqavilə üzrə 270 AZN əsas borc, 126 AZN cərimə borcu, xx.xx.2022-ci il tarixli - 309624 saylı müqavilə üzrə 215 AZN əsas borc, 156 AZN cərimə borcu, xx.xx.2022-ci il tarixli - 309631 saylı müqavilə üzrə 250 AZN əsas borc, 126 AZN cərimə borcu ümumilikdə 1143 AZN borcun və 31.43 AZN ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə borclu Cavabdeh arasında xx.xx.2022-ci il tarixində - 309623 saylı, xx.xx.2022-ci il tarixində - 309624 saylı, xx.xx.2022-ci il tarixində - 309631 saylı alqı-satqı müqavilələri imzalanmışdır. Alqı-satqı müqaviləsinin şərtlərinə əsasən, İddiaçı MMC Cavabdeh ilkin ödəniş 20 azn olmaqla, kreditlə 1 ay 20,00 AZN, 11 ay 25,00 AZN hissə-hissə ödəmək şərtilə 1 ədəd 315 (üç yüz on beş) manat məbləğində Samovar , ilkin ödəniş 10 azn olmaqla, kreditlə 3 ay 25,00 AZN, 7 ay 20,00 AZN hissə-hissə ödəmək şərtilə 1 ədəd 225 (iki yüz iyirmi beş) manat məbləğində Mikser, ilkin ödəniş 15 azn olmaqla, kreditlə 12 ay 25,00 AZN hissə-hissə ödəmək şərtilə 1 ədəd 315 (üç yüz on beş) manat məbləğində Ətçəkən satmışdır. X1 üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməyərək, cəmi 1 dəfə 309623 saylı alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdə 25 azn, 309624 saylı alqı-satqı müqaviləsinə heç bir ödəniş etməmişdir, cəmi 2 dəfə 309631 saylı alqısatqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdə 25 azn və xx.xx.2022-ci il tarixdə 25 azn, xx.xx.2022-ci il tarixdən bu günədək heç bir ödəniş etməmişdir, bunun nəticəsində İddiaçı MMC -ə Samovara görə əsas borc üzrə 270 (iki yüz yetmiş) manat, hər gecikdiyi gün üçün faiz üzrə 126 (yüz iyirmi altı) manat, Mikserə görə əsas borc üzrə 215 (iki yüz on beş) manat, hər gecikdiyi gün üçün faiz üzrə 156 (yüz əlli altı) manat, Ətçəkənə görə əsas borc üzrə 250 (iki yüz əlli) manat, hər gecikdiyi gün üçün faiz üzrə 126 (yüz iyirmi altı) ümumilikdə isə 1143 (bir min yüz qırx üç) manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olunduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. xx.xx.2024-cü il tarixdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə göndərilməsinə və onun tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilməsinə baxmayaraq sonuncu iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş sənədləri Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından qiymətləndirib, habelə həmin sənədləri iddia ərizəsi ilə qarşılıqlı təhlil edib tətbiq edilməli olan maddi hüquq normalarına istinadən hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 309623 nömrəli, xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında Samovar alınmasından ötrü müqavilə bağlanılmışdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 309624 nömrəli, xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında Mikser alınmasından ötrü müqavilə bağlanılmışdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 309631 nömrəli, xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında Ətçəkən alınmasından ötrü müqavilə bağlanılmışdır. İş materiallarında olan xx.xx.2022-cü il tarixli müqaviləyə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, xx.xx.2022-cü il tarixdən xx.xx.2023-ci il tarixədək, hər ay 25 manat olmaqla, cəmi 315 manatı; xx.xx.2022-cü il tarixli müqaviləyə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, xx.xx.2022-cü il tarixdən xx.xx.2023-ci il tarixədək, hər ay 25 manat olmaqla, cəmi 315 manatı; xx.xx.2022-cü il tarixli müqaviləyə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək, hər ay 25 manat olmaqla, 225 manatı Cavabdeh İddiaçı MMC-yə ödəməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı MMC məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 31.43 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bundan başqa, məhkəmə işin hallarını nəzərə alaraq, mülki məhkəmə icraatı qaydasında müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı dəbbə pulunu Mülki Məcəllənin 467-ci maddəsinə əsasən azalda bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 iyul 2014-cü il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (penya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə istinad olunanlara əsasən hesab edir ki, işin hallarına görə 126 manat cərimə pulu əsas borcla (ümumilikdə 735 manat) müqayisədə tənasübsüz surətdə yüksək məbləğdir, həmin məbləğin ödənilməsi ədalətsizliyə səbəb ola bilər. Odur ki, məhkəmə dəbbə pulunun cavabdehdən 70 manat həcmində tutulmasını daha ədalətli hesab edir. İddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən 30 manat dövlət rüsumu da iddiaçının xeyrinə cavabdehdən tutulmalı, ödənilmiş dövlət rüsumunun 1,43 manat hissəsi iddiaçıya aid edilməlidir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ümumilikdə 805 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 1,43 manat hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar