Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2335/2025 07.08.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X2 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı kiçik mübahisələr dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ümumilikdə 600 manat məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ilə əlaqədar cavabdehə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bildiriş göndərilmiş və cavabdehə iddia ərizəsinə etirazını bildirmək, həmin etirazı təsdiq edən sənədləri məhkəməyə təqdim etmək hüquqları qeyd olunmuşdur. Cavabdeh iddiaya qarşı etraz etməklə iddiaçı ilə aralarında bağlanmış müqavilədən irəli gələn öhdəliyin beş ilə yaxındır yerinə yetirilmədiyini və 2021-ci ildən bu günədək iddiaçı tərəfindən ona və ya aidiyyatı üzrə hər hansı quruma müraciət olunmadığını səbəb göstərərək iddia müddətinin keçməsi əsası ilə AR MM-nin 373-cü maddəsinin tələbinə uyğun olaraq iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə İş üzrə Cavabdeh iddiaya qarşı etraz ərizəsini nəzərə alaraq, mülki işin iddia icraatına keçirilməsi və məhkəmə hazırlıq iclasının 25 iyul 2025-ci il tarixinə təyin edilməsi barədə qərardad qəbul etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə bağladığı xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, iddiaçıdan imei kodları 1)**********05494, 2)**********05502 olan “Xiaomi Redmi note 8T” markalı telefon almış və nəticədə 600 (altı yüz) manat borc yaranmışdır. Cavabdeh ötən müddət ərzində bu müqavilə üzrə əslində ödəməli olduğu 600 (altı yüz) manat borcdan cəmi 100 (yüz) manat ödəniş etmişdir. Sonradan isə borcunu ödəməkdən boyun qaçıraraq müqavilənin şərtlərini pozmuşdur. Beləliklə, cavabdehlə qarşılıqlı bağlanan alqı-satqı müqaviləsi üzrə dəyəri 600 (altı yüz) manat (yəni 1-ci ay 100, növbəti 10 ay 50 manat hissəli ödəməli olduğu) imei kodları 1)**********5353, 2)**********65355 olan “Xiaomi redmi note8T” smartfonu üçün alqı-satqı müqaviləsində göstərilən qaydada ödənişlərini yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında 500 (beş yüz) manat əsas, 100 (bir yüz) manat borca hesablanmış cərimə və faizlər olmaqla ümumilikdə 600 (altı yüz) manat borcu yaranmışdır. Cərimə və faizlər maliyyə və ödəniş cədvəlinin qeyd hissəsində cavabdehin ödənişləri vaxtında ödəməməklə uzun müddət gecikdirməsi nəticəsində iddiaçını kommersiya qazancından məhrum etdiyinə görə dövrün bazar qiymətləndirməsinə əsasən güzəştli olaraq 100 manat hesablanmışdır. Cavabdehlə bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin ayrılmaz tərkib hissəsi olan təhviltəslim aktından görünür ki, cavabdeh alqı-satqı predmeti olan məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışıqlarında, həmçinin, göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar səmimi müstəvidə həll olunması üçün cavabdehin üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Yuxarıda göstərilənlərlə əlaqədar Məhkəmədən xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, imei kodları 1)**********05494, 2)**********05502 olan “Xiaomi Redmi note8T” markalı telefon üçün 500 (beş yüz) manat ödənilməmiş əsas borc və 100 (bir yüz) manat hesablanmış cərimə və faizlər olmaqla ümumilikdə 600 (altı yüz) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək hər ay 20 manat olmaqla cəmi 500 manat pulun Cavabdeh tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. O, məhkəmə baxış iclasında iştirak edərək iddianı müdafiə etdiyini və təmin olunmasını xahiş etdi. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin məhkəmənin hazırlıq iclasında ərizə verərək bütövlükdə iddianı qəbul etdiyini və təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: İş materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş sübutlar: xx.xx.2025-ci il tarixli, 100 saylı müqavilədən görünür ki, İddiaçı ilə iddiaçı "xxxx" MMC arasında imei kodları 1)**********05494, 2)**********05502 olan bir ədəd Redmi note 8T Moonshadow Grey 4/64gb markalı mobil telefon alınmasından ötrü müqavilə bağlanılmışdır. xx.xx.2020-ci il tarixli Təhvil-təslim aktının surətindən görünür ki, satıcı İddiaçı tərəfindən Redmi note 8T Moonshadow Grey 4/64gb markalı mobil telefon tamami ilə yeni, istifadə olunmamış və tam saz vəziyyətdə alıcı Cavabdeh istifadəsinə təhvil verilmiş və tərəflər aktın doğruluğun imzalamaqla təsdiqləmişlər. Razılaşdırılmış ödəmə qrafikindən görünür ki, xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2020-ci il tarixədək hər ay 50 manat olmaqla, cəmi 500 manatı Cavabdeh İddiaçı ödəməli idi. Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 500 manat olan Redmi note 8T markalı mobil telefon üçün, 11 ay müddətinə birinci ay 100 manat, sonrakı aylar 50 manat olmaqla ümumilikdə 600 manat ödəməli olduğu halda cəmi 100 manat ödəmiş və onun ödənməmiş 500 manat əsas, 100 manat cərimə olmaqla 600 manat borcu yaranmışdır. Ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 30 manat dövlət rüsumu ödəmişdir. xx.xx.2025-ci il tarixli bildirşdən görünür ki, borclu Cavabdeh mübahisənin məhkəmədənkənar həlli üçün məlumat verilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi tam təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə,məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdeh iddianı qəbul edib onu etiraf etdiyindən bu məhkəmə tərəfindən təsdiq edilməli, iddia üzrə iddiaçının irəli sürdüyü tələb təmin olunmalı və cavabdehdən ümumilikdə 500 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının ödədiyi 30 manat dövlət rüsum cavabdehə aid edilməli və ondan tutularaq iddiaçıya verilməlidir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 2535, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2020-ci il tarixli alqı-satqı Müqaviləsinə əsasən hər ay 20 manat olmaqla ümumilikdə 500 manat borc Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. İddiaçının dövlət rusumu olaraq ödədiyi 30 manat cavabdehə aid edilsin və ondan tutularaq İddiaçı xeyrinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 ay müddətində qətnamədən “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir X3
Məhkəmə qərarları › İş №e-2(049)-2335/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2335/2025
07.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver