Məhkəmə qərarları › İş №e-2(049)-2362/2024

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-2362/2024

25.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-2362/2024 25.06.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi X1, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Lənkəran Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, müəyyənetdim: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında elektron iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********55838 SAMSUNG GALAXY A14 markalı telefon, İmei kodu **********74862 SAMSUNG GALAXY A14 markalı telefon, 2 ədəd SAMSUNG CHARGER üçün 741.02 manat ödənilməmiş hissə, 74.98 manat cərimə, ümumilikdə 816 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Babaşova Tünzalə Heydərağa qızından (iddia ərizəsinin başlıq və nəticə hissələrində cavabdehin adı Babaşova Tünzalə Heydərağa qızı kimi qeyd edilmişdir) tutularaq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materallarını nəzərdən keçirərək hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, məhkəməyə təqdim olunmuş iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia tələbi Cavabdeh adlı şəxsə qarşı verilsə də, iddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli müqavilə, bildiriş, şəxsiyyət vəsiqəsi Babaşova Tünzalə Heydərağa qızı adlı şəxsə, maliyyə arayışı və xəbərdarlıq məktubu isə Cavabdeh aiddir. Həmin maliyyə arayışı və xəbərdarlıq məktubu isə Cavabdeh adlı şəxsə qarşı verilmiş hazırki tələbi təsdiq etmək üçün yetərli deyildir. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldığından qeyd olunan nöqsanın işin icraatı dövründə aradan qaldırılması da mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Həmin Məcəllənin 284-4.1 və 284-4.1.3-cü maddələrinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Qeyd olunanlara əsasən hazırki tələb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1-ci maddəsinə uyğun olmadığından, ərizənin qəbul olunmasından imtina edilməli, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda, iddiaçıya izah edilir ki, iddia ərizəsinin qəbul olunmasından imtina edilməsi qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra həmin tələb üzrə yenidən aidiyyəti üzrə məhkəməyə iddia icraatı və ya kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında müraciət edilməsinə mane olmur. Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. İddia ərizəsi qaytarıldığına görə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da ona qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268, 284-cü maddələrinin tələblərini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinin qəbul olunmasından imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin, məhkəməyə müraciət etmək üçün xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzə əsasən ödənilmiş 30 manat dövlət rüsumu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılsın. Hakim: Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar