Məhkəmə qərarları › İş №e-2(049)-2452/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2452/2025

04.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2452/2025 04.08.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzad Məhəmməd Valeh oğlunun katibliyi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, ZƏMANƏT + 2 İL XİDMƏTİ, İMEİ KODU **********58931 SAMSUNG GALAXY S24 ULTRA markalı telefon, İMEİ KODU **********53785 SAMSUNG GALAXY TAB A9+ markalı planşet üçün 2418.66 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 manat, 241.87 manat dəbbə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, İMEİ KODU **********05293 SAMSUNG GALAXY S24+ markalı telefon üçün 1922.10 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 manat, 192.21 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********08321 SAMSUNG GALAXY S24+ markalı telefon almış üçün 1881 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 manat, 188.10 manat dəbbə, ümumilikdə 6914.74 manat borc, 89.15 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, ZƏMANƏT + 2 İL XİDMƏTİ, İMEİ KODU **********58931 SAMSUNG GALAXY S24 ULTRA markalı telefon, İMEİ KODU**********53785 SAMSUNG GALAXY TAB A9+ markalı planşet, İMEİ KODU **********05293 SAMSUNG GALAXY S24+markalı telefon, İMEİ KODU **********08321 SAMSUNG GALAXY S24+ markalı telefon almış, nəticədə 6914.74 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3129.66 manat (18 ay x 137.37 manat + 711 manat ilkin ödəniş) olan ZƏMANƏT + 2 İL XİDMƏTİ, İMEİ KODU **********58931 SAMSUNG GALAXY S24 ULTRA markalı telefon, İMEİ KODU **********53785 SAMSUNG GALAXY TABA9+ markalı planşet üçün ümumilikdə, 2684.13 manat olmaqla ondan, 2418.66 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 manat, müştəriyə güzəşt olunaraq 241.87 manat dəbbə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2052 manat (12 ay x 171 manat +0 manat ilkin ödəniş) olan İMEİ KODU **********05293 SAMSUNG GALAXY S24+ markalı telefoünçün ümumilikdə, 2137.91 manat olmaqla ondan, 1922.10 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 manat, müştəriyə güzəşt olunaraq 192.21 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2052 manat (12 ay x 171 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********08321 SAMSUNG GALAXY S24+ markalı telefon alması üçün ümumilikdə, 2092.70 manat olmaqla ondan, 1881 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 manat, müştəriyə güzəşt olunaraq 188.10 manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1011.90 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək ərizədə göstərilən məzmunda izahat verib iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz etməyərək verdiyi izahatında bildirdi ki, o, qeyd olunan əşyaları "xxxx" MMC-dən alqı-satqı müqavilələri əsasında almışdır. Həmin əşyaların dəyərini maddi vəziyyətilə əlaqədar tam ödəyə bilməmiş, lakin qarşılıqlı razılıq əsasında hər ay yalnız 150 manat ödəyə biləcəyini demişdir. O, həmin əmlakların dəyərindən bir miqdar ödənişlər etmişdir. Bir necə ay əvvəl isə iddiaçı tərəf ona 13000 manat borcu olduğunu demiş və o da həmin məbləğin absurt rəqəm olduğunu, o qədər borcu olmadığını, faiz məbləğinin çox hesablandığını və işin məhkəməyə verilməsini xahiş etmişdir. Hazırki tələbdə onun təxminən 7000 manata yaxın borcunun olduğu göstərilmişdir. O, həmin borc məbləği ilə razıdır, lakin borcunu tam ödəməyə hazırda maddi imkanı yoxdur. Çünki aylıq gəliri çox deyil. Onun aylıq əmək haqqı 378 manat və digər gəliri 180 manatdır. Ailəlidir, övladı var, anası da onun himayəsində yaşayır. Bu səbəbdən iddiaçıya olan borcundan hər ay yalnız 150 manat ödəniş edə bilər. Odur ki, məhkəmədən hazırki vəziyyətinin nəzərə alınmasını xahiş edir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında SAMSUNG GALAXY S24 ULTRA markalı telefon, İMEİ KODU **********53785 SAMSUNG GALAXY TABA9+ markalı planşet alınmasından ötrü müqavilə bağlanılmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında İMEİ KODU **********05293 SAMSUNG GALAXY S24+ markalı telefon alınmasından ötrü müqavilə bağlanılmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında İMEİ KODU **********08321 SAMSUNG GALAXY S24+ markalı telefon alınmasından ötrü müqavilə bağlanılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli müqaviləyə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək, hər ay 171 manat, cəmi 2052 manatı Cavabdeh "xxxx" MMC-yə ödəməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli müqaviləyə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək, hər ay 171 manat, cəmi 2052 manatı Cavabdeh "xxxx" MMC-yə ödəməlidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC məhkəməyə müraciət etmək üçün dövlət büdcəsinə 89.15 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hər iki tərəfin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 614.1-ci maddəsinə əsasən pərakəndə alqı-satqı müqaviləsinə görə malların pərakəndə satışı üzrə sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan şəxsi, ailə, ev və ya digər istifadə üçün nəzərdə tutulan malı alıcıya verməyi öhdəsinə götürür. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, cavabdeh iddiaçıdan satın aldığı əşyaların dəyərini müqavilələrə əlavə edilən ödəniş cədvəlinə uyğun olaraq hissə-hissə ödəməyi öhdəsinə götürsə də, həmin müqavilələr üzrə öhdəliklərini icra etməmişdir. İddiaçı isə tərəflər arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəliklərini icra etmiş, habelə, mübahisənin məhkəməyə qədər həlli qaydası ilə bağlı həmin müqavilələrdə və qanunvericilikdə nəzərdə tutulan qaydalara riayət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehdən 89.15 manat dövlət rüsumu məbləği tutulmasına dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2418.66 manat əsas borc, İnnovatik Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 241.87 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1922.10 manat əsas borc, İnnovatik Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 192.21 manat cərimə və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1881 manat əsas borc, İnnovatik Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 188.10 manat cərimə, üç müqavilə üzrə cəmi 6914.74 manat və 89.15 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar