Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2461/2023 11.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlu, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «borcun tutulması» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran rayon məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti «borcun tutulması» tələbi barədə iddia ərizəsilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********09624 SAMSUNG GALAXY A32 markalı telefon üçün 357.4 (üç yüz əlli yeddi manat qırx qəp) manat ödənilməmiş hissə, 35.6 (otuz beş manat altmış qəp) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********03165 XİAOMİ POCO M3 markalı telefon, STİCKER XİAOMİ POCO M3 üçün 205 (iki yüz beş) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********43418 SAMSUNG GALAXY A02 MARKALİ TELEFON üçün 67.1 (altmış yeddi manat on qəp) manat ödənilməmiş hissə, 6.9 (altı manat doxsan qəp) manat cərimə; Ümumilikdə 692 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq, "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2022-ci il , xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********09624 SAMSUNG GALAXY A32 markalı telefon, İmei kodu **********03165 XİAOMİ POCO M3 markalı telefon, STİCKER XİAOMİ POCO M, 3İMEİ KODU **********43418 SAMSUNG GALAXY A02 MARKALİ TELEFON almış və nəticədə 692 (altı yüz doxsan iki) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 600.4 (altı yüz manat qırx qəp) manat (12 ay x 41.7 manat + 100 manat ilkin ödəniş) İmei kodu **********09624 SAMSUNG GALAXY A32 markalı telefon üçün ümumilikdə,393 (üç yüz doxsan üç) manat olmaqla ondan, 357.4 (üç yüz əlli yeddi manat qırx qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 35.6 (otuz beş manat altmış qəp) manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 576 (beş yüz yetmiş altı) manat (18 ay x 22 manat + 180 manat ilkin ödəniş) İmei kodu **********03165 XİAOMİ POCO M3 markalı telefonüçün ümumilikdə, 225 (iki yüz iyirmi beş) manat olmaqla ondan, 205 (iki yüz beş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 20 (iyirmi) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 315.6 (üç yüz on beş manat altmış qəp) manat (12 ay x 26.3 manat + 0 manat ilkin ödəniş) İMEİ KODU **********43418 SAMSUNG GALAXY A02 MARKALİ TELEFüOçNün ümumilikdə, 74 (yetmiş dörd) manat olmaqla ondan, 67.1 (altmış yeddi manat on qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 6.9 (altı manat doxsan qəp) manat cərimə; Cavabdehin cəmi ödədiyi məbləğ 862.5 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2022-ci il , xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin xx.xx.2023-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan xx.xx.2022-ci il , xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********09624 SAMSUNG GALAXY A32 markalı telefon, İmei kodu **********03165 XİAOMİ POCO M3 markalı telefon, STİCKER XİAOMİ POCO M, 3İMEİ KODU **********43418 SAMSUNG GALAXY A02 MARKALİ TELEFON almışdır. İş materiallarında olan təhvil təslim aktından görünür xx.xx.2022-ci il , xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********09624 SAMSUNG GALAXY A32 markalı telefon, İmei kodu **********03165 XİAOMİ POCO M3 markalı telefon, STİCKER XİAOMİ POCO M, 3İMEİ KODU **********43418 SAMSUNG GALAXY A02 MARKALİ TELEFON Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il , xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələr üzrə Cavabdeh 692 manat borcu qalmışdır. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, iddiaçı cavabdehdən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini tələb etmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. MM-nin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MM-nin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. MM-nin 424.5-ci maddəsinin tələbinə görə, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olunduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. . Göstərilənlərə əsasən və MPM-nin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən 357.4 manat ödənilməmiş hissə, 35.6 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 205 manat ödənilməmiş hissə, 20 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, 67.1 manat ödənilməmiş hissə, 6.9 manat cərimə; ümumilikdə 692 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №e-2(049)-2461/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2461/2023
11.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver