Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-247/2023 31.01.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi verərək 416 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, GREE kondisioner almış və nəticədə 416 (dörd yüz on altı) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1003.5 (min üç manat əlli qəpik) manat (15 ay x 66.9 manat + 0 manat ilkin ödəniş) olan GREE kondisioner üçün ümumilikdə 416 (dörd yüz on altı) manat olmaqla, ondan, 379 (üç yüz yetmiş doqquz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 37 (otuz yeddi) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 624.5 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2020-ci il Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələbimizin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı: "xxxx" MMC ona yəni Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək ondan 416 manat borcun və 30 manat dövlət rüsumunun, cəmi 446 manat pulun tutulmasını xahiş etmişdir. Məhkəmə tərəfindən ona bu barədə bildirş göndəriləndən sonra ərizə ilə tanış olmuş və ona məlum olmuşdur ki, iddiaçı borc məbləğini düzgün yazmamış, onun onlara borclu olduğu 246 manat borcu tələb etmək əvəzinə ondan 170 manat borcdan çox məbləğ tələb edir. Belə olan halda hazırki etiraz ərizəsi ilə məhkəməyə müraciət etməklə işin iddia icraatına keçirilməsi və işə şifahi məhkəmə icraatı qaydasında baxılmasını zəruri hesab edir. Belə ki, iddiaçı ilə aralarında xx.xx.2020-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqviləyə əsasən 170 manat qızıl zəmanət talonu verilməklə ümumilikdə 1003.5 manat dəyərində 1 ədəd GREE kondisioneri almışdır. Həmin kondisioneri firmanın işçiləri gəlib yerinə quraşdırmaqla yoxladıqdan sonra təhvil verməli və buna görə də kondisionerin dəyəri olan 833.5 manat pulun üzərinə çatdırılma və quraşdırma xərci -qızıl zəmanət xərci kimi 170 manat əlavə ödənilməsi nəzərdə tutulmuşdur. Lakin firma tərəfindən həmin kondisionar gətirilib qablaşdırmada təqdim edilmiş, onun quraşdırılması həyata keçirilməmiş, quraşdırılması üçün əlavə avadanlıqlar olan “əqrəb” və qarmaqlar verilməmiş, bundan sonra firma ilə onlayn qaydada əlaqə saxlamış və oradan ona bildirmişlər ki, quraşdırılma onlar tərəfindən həyata keçirilmədiyi üçün 170 manat ümumi məbləğdən azaldılaraq cəmi ona 833.5 manat ödəniş etməli olduğu bildirilmişdir. Həmin alqı-satqı (kredit) müqaviləsi üzrə bir müddət ödənişlər etdikdən sonra yenidən firma ilə əlaqə saxlamış və oradan ona bildirilib ki, kondisionerin quraşdırılması üçün ondan alınmalı olan 170 manat qızıl zəmanət haqqını da ödəməlidir, əks təqdirdə müqavilədə nəzərdə tutulmadığı üçün həmin məbləğin ondan alınması üçün məhkəməyə müraciət olunacaq. Bundan sonra dəfələrlə firma ilə əlaqə saxlayıb 170 manatın ümumi borcdan azaldılmasını xahiş və tələb etsə də iddiaçı bunu etməmiş və əsassız olaraq 170 manat məbləğində pulu ondan tələb edir. Ona görə də hazırki etirazla məhkəməyə müraciət edərək, yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmədən iddiaçı: "xxxx" MMC-nin Cavabdeh qarşı “alqı satqı mübahisələrinə dair işlər üzrə kiçik iddialara dair mübahisələr üzrə borc tələbinə dair mülki işin iddia icraatına keçirilməsi və məhkəmə prosesinin şifahi qaydada kerilməsi barədə qərardad qəbul etməklə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri və cavabdehin iddiaya qarşı etirazını nəzərdən keçirərək, iddiaçının təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmədiyini, o cümlədən tərəfləri çağıraraq izahatların alınması zərurəti yarandığından işə iddia icraatı qaydasında baxılması haqqında qərardad qəbul etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin 06 dekabr 2022-ci il tarixə təyin edilmiş hazırlıq icasında Cavabdeh izahat verərək iddia tələbini qismən qəbul edib, etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın qismən təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. 31 yanvar 2023-cü il tarixə təyin edilmiş məhkəmə baxış iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş: İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 20319662 saylı müqavilənin surətindən görünür ki, Cavabdeh iddiaçı "xxxx"-dan GREE markalı kondisioner almışdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş cavabdehlə bağlanmış müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktlarının surətindən görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş xx.xx.2020-ci il tarixli 20319662 saylı müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh 15 ay müddətində hər ay 66.9 AZN olmaqla xx.xx.2020-ci il tarixdən başlayıb sonuncu ödənişi xx.xx.2021-ci il tarixdə etməklə götürmüş olduğu əşya üzrə hesablanmış əsas borcu və faizi İddiaçı MMC-yə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş maliyyə və ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 1003.5 manat dəyərində olan, 0 manat ilkin ödəniş edərək aldığı GREE markalı kondisioner üçün 15 ay müddətinə hər ay 66.9 manat ödəməli olduğu halda, cəmi 625.5 manat ödəmiş və onun 379 manat əsas, 37 manat cərimə, cəmi 416 manat borcu yaranmışdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş 23 avqust 2022-ci il tarixli Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışının surətindən görünür ki, xx.xx.1982-ci il tarixdə Lənkəran rayonunda doğulmuş Mirzəyev X1 şəhəri, S.Ə.Kazımbəyoğlu küçəsi, ev 24 ünvanda qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1982-ci ildə doğulmuşdur və o, ünvan 1 ünvanda qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş xx.xx.2022-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı "xxxx" MMC məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə iddiaçının təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, müqaviləyə əsasən iddiaçıya olan borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ümumilikdə 416 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №e-2(049)-247/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-247/2023
31.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver