Məhkəmə qərarları › İş №e-2(049)-2486/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2486/2024

09.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2486/2024 09.08.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı «borc» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran Rayon Məhkəməsinin binasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi verərək, xx.xx.2024-cü il tarixinə yaranmış xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 164.9 AZN əsas 24.7 AZN cərimə cəmi 189.6 AZN borc, xx.xx.2023-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 263.7 AZN əsas 39.5 AZN cərimə cəmi 303.2 AZN borc, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 1404.9 AZN əsas, 210.7 AZN cərimə, cəmi 1615.6 AZN borc ümumilikdə üç müqavilə üzrə 1833.5 AZN əsas, 274.9 AZN cərimə, 2108.4 AZN cəmi borcun və 41.09 AZN ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli №011476569 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı Taube markalı elektrikli soba görə 18 ay ödəniş cədvəli üzrə hər ay 13 manat olmaqla cəmi 229.99 manat; xx.xx.2023-cü il tarixli №011311434 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı Taube markalı televizor və aksesuara görə 18 ay ödəniş cədvəli üzrə hər ay 40 manat olmaqla cəmi 702.78 manat və xx.xx.2022-ci il tarixli №011258578 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı İphone markalı telefon və 1 aksesuar görə 18 ay ödəniş cədvəli üzrə hər ay 210 manat olmaqla cəmi 3767.99 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, xx.xx.2023-cü il tarixli №011476569 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2024-cü il tarixində 13.00 AZN ödəniş etmiş, qalıq qalmış 164.90 manat; xx.xx.2023-cü il tarixli №011311434 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2024-cü il tarixində 39 AZN ödəniş etmiş, qalıq qalmış 263.70 manat; xx.xx.2022-ci il tarixli №011258578 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2024-cü il tarixində 50 AZN ödəniş etmiş, qalıq qalmış 1404.90 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı xx.xx.2023-cü il tarixli №011476569 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 24.70 AZN, xx.xx.2023-cü il tarixli №011311434 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 39.50 AZN və xx.xx.2022-ci il tarixli №011258578 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 210.70 AZN İddiaçı MMC-yə ödənilməlidir. Beləliklə, cavabdeh xx.xx.2024-cü il tarixədək "xxxx" MMC-nə olan borcu üç müqavilə üzrə 1833.5 AZN əsas, 274.9 AZN cərimə, cəmi 2108.4 AZN təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10(on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. xx.xx.2024-cü il tarixdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə göndərilməsinə və onun tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilməsinə baxmayaraq sonuncu iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş sənədləri Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından qiymətləndirib, habelə həmin sənədləri iddia ərizəsi ilə qarşılıqlı təhlil edib tətbiq edilməli olan maddi hüquq normaların istinadən hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli №011476569 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh İddiaçı MMC-dən Taube markalı elektrikli soba almışdır. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli №011311434 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh İddiaçı MMC-dən Taube markalı televizor və aksesuara almışdır. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli №011258578 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh İddiaçı MMC-dən İphone markalı telefon və 1 aksessuar almışdır. İş materiallarında olan xx.xx.2022-cü il tarixli müqaviləyə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, xx.xx.2023-ci il tarixdən xx.xx.2024-cü il tarixədək, hər ay 210 manat, sonuncu ay 197.99 manat, cəmi 3767.99 manatı Cavabdeh İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli müqaviləyə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, hər ay 40 manat, sonuncu ay 22.78 manat, cəmi 702.78 manatı Cavabdeh İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-ci il tarixli müqaviləyə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, xx.xx.2023-ci il tarixdən xx.xx.2025-ci il tarixədək, hər ay 13 manat, sonuncu ay 8.99 manat, cəmi 229.99 manatı Cavabdeh İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə və ödəniş cədvəllərindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 164.9 manat əsas və 24.7 manat cərimə, cəmi 189.6 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 263.7 manat əsas və 39.5 manat cərimə, cəmi 303.2 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1404.9 manat əsas və 210.7 manat cərimə, cəmi 1615.6 manat borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, İddiaçı MMC məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 41.09 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş üzrə iddiaçının təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış borc müqavilələrinə əsasən iddiaçıya olan borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 41.09 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2024-cü il tarixinə yaranmış xx.xx.2023-cü il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 164.9 AZN əsas 24.7 AZN cərimə cəmi 189.6 AZN borc, xx.xx.2023-cü il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 263.7 AZN əsas 39.5 AZN cərimə cəmi 303.2 AZN borc, xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1404.9 AZN əsas, 210.7 AZN cərimə, cəmi 1615.6 AZN borc ümumilikdə üç müqavilə üzrə 1833.5 AZN əsas, 274.9 AZN cərimə, 2108.4 AZN cəmi borcun və 41.09 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar