Məhkəmə qərarları › İş №e-2(049)-2506/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2506/2025

23.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2506/2025 23.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSİ Mən, Lənkəran rayon məhkəməsinin hakimi X1 iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «borcun tutulması» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran rayon məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİM: TƏSVİR HİSSƏ İddiaçı "xxxx" MMC cavabdeh X5rşı «borcun tutulması» tələbi barədə iddia ərizəsilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, PAKET M xidməti, QİZİL ZƏMANƏT ULTRA3 İL xidməti, BLACKVİEW W30 COOL SPORTS CALLİNG qol saatı, XİAOMİ REDMİ POWER BANK, İMEİ KODU **********69427 POCO M6 markalı telefon üçün, 619.14 manat ödənilməmiş hissə, 61.91 manat cərimə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, PAKET L xidməti, SAMSUNG 15W CHARGER TYPE-C, İMEİ KODU **********06855 SAMSUNG GALAXYA15 markalı telefon üçün 522.04 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 manat, 52.20 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, SBS NUBOX qulaqlıq 2 ədəd, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, PAKET M xidməti, , CASE, İMEİ KODU **********85039 OPPO A3X markalı telefon üçün 429.33 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 manat, 42.93 manat cərimə Ümumilikdə 1774.76 manat borc, 37.75 manat ödənilmiş dövlət rüsumu Cavabdehndan alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, PAKET M xidməti, QİZİL ZƏMANƏT ULTRA3 İL xidməti, BLACKVİEW W30 COOL SPORTS CALLİNG qol saatı, XİAOMİREDMİ POWER BANK, İMEİ KODU **********69427 POCO M6 markalı telefon, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, PAKET L xidməti, SAMSUNG 15W CHARGER TYPE-C, İMEİ KODU **********06855 SAMSUNG GALAXY A15 markalı telefon , SBSNUBOX qulaqlıq 2 ədəd, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, PAKET M xidməti, , CASE, İMEİ KODU **********85039 OPPO A3X markalı telefon markalı telefon almış və nəticədə 1774.76 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 655.56 manat (18 ay x 36.42 manat + 0 manat ilkin ödəniş) olan PAKET M xidməti, QİZİL ZƏMANƏT ULTRA3 İL xidməti, BLACKVİEW W30 COOL SPORTS CALLİNG qol saatı, XİAOMİ REDMİ POWER BANK, İMEİ KODU **********69427POCO M6 markalı telefon üçün ümumilikdə, 681.05 manat olmaqla ondan, 619.14 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 61.91 manat cərimə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 572.04 manat (12 ay x 47.67 manat + 0 manat ilkin ödəniş) QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, PAKET L xidməti, SAMSUNG 15W CHARGER TYPE-C, İMEİ KODU **********06855 SAMSUNG GALAXY A15 markalı telefon üçün ümumilikdə, 597.84 manat olmaqla ondan, 522.04 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 manat,müştəriyə güzəşt olunaraq 52.20 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 478.98 manat (18 ay x 26.61 manat + 0 manat ilkin ödəniş) olan SBS NUBOX qulaqlıq 2 ədəd, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, PAKET M xidməti, , CASE, İMEİ KODU **********85039 OPPO A3mXarkalı telefon almış üçün ümumilikdə, 495.86 manat olmaqla ondan, 429.33 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 manat, müştəriyə güzəşt olunaraq 42.93 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən SBS NUBOX qulaqlıqdan xx.xx.2024-cü il tarixində imtina etmiş və məhsul 23.04 manat qiymətləndirilərək, borcundan silinmişdir. Cavabdehin xx.xx.2024-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 26.61 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 23.04 manat, ümumilikdə, 49.65 manat təşkil edir. Cavabdehin digər müqavilələr üzrə cəmi ödədiyi məbləğ 86.42 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İddia ərizəsi qeydiyyatda olduğu ünvana iddiaya qarşı əsaslandırılmış etirazını təqdim etməsi üçün rəsmi qaydada göndərilmiş, lakin məhkəmə bildirişi cavabdehin həmin ünvanda yaşamaması səbəbi ilə geri qaytarılmışdır. Daha sonra məhkəmə MPM-nin 147ci maddəsinə əsasən məhkəmə bildirişi cavabdehin qeydiyyat ünvanı üzrə icra nümayəndəliyinə təqdim edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixlərindəki müqavilələrindən görünür ki, Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında PAKET M xidməti, QİZİL ZƏMANƏT ULTRA3 İL xidməti, BLACKVİEW W30 COOL SPORTS CALLİNG qol saatı, XİAOMİ REDMİ POWER BANK, İMEİ KODU **********69427 POCO M6 markalı telefon QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, PAKET L xidməti, SAMSUNG 15W CHARGER TYPE-C, İMEİ KODU **********06855 SAMSUNG GALAXYA15 markalı telefon, SBS NUBOX qulaqlıq 2 ədəd, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, PAKET M xidməti, CASE, İMEİ KODU **********85039 OPPO A3X markalı telefon alınmasından ötrü müqavilə bağlanılmışdır. Ödəniş cədvəllərindən görünür ki, 11682824 saylı müqavilə üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2026-ci il tarixədək, PAKET M xidməti, QİZİL ZƏMANƏT ULTRA3 İL xidməti, BLACKVİEW W30 COOL SPORTS CALLİNG qol saatı, XİAOMİ REDMİ POWER BANK, İMEİ KODU **********69427 POCO M6 markalı telefon üçün hər ay 36.42 manat, cəmi 655.6 manatı; ********* saylı müqavilə üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2025-cı il tarixədək, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, PAKET L xidməti, SAMSUNG 15W CHARGER TYPE-C, İMEİ KODU **********06855 SAMSUNG GALAXYA15 markalı telefon, üçün hər ay 47.67 manat, cəmi 572.06 manatı; 05994228 saylı müqavilə üzrə xx.xx.2024cü il tarixdən xx.xx.2026-ci il tarixədək SBS NUBOX qulaqlıq 2 ədəd, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, PAKET M xidməti, CASE, İMEİ KODU **********85039 OPPO A3X markalı telefon üçün hər ay 26.61 manat, cəmi 479.06 manatı Cavabdeh "xxxx" MMC-yə ödəməli idi. Maliyyə və ödəniş cədvəlindən görünür ki, X3 xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 655.56 manat dəyərində olan və 0 manat ilkin ödəniş edərək aldığı PAKET M xidməti, QİZİL ZƏMANƏT ULTRA3 İL xidməti, BLACKVİEW W30 COOL SPORTS CALLİNG qol saatı, XİAOMİ REDMİ POWER BANK, İMEİ KODU **********69427 POCO M6 markalı telefon üçün 18 ay müddətinə hər ay 36.42 manat ödəməli olduğu halda 36.42 manat ödəmiş və onun 619.14 manat əsas, 61.91 manat cərimə olmaqla cəmi 681.05 manat, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən isə 575.04 manat dəyərində olan və 0.0 manat ilkin ödəniş edərək aldığı, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, PAKET L xidməti, SAMSUNG 15W CHARGER TYPE-C, İMEİ KODU **********06855 SAMSUNG GALAXYA15 markalı telefon, üçün 12 ay müddətinə hər ay 47.67 manat ödəməli olduğu halda 50 manat ödəmiş və onun 522.04 manat əsas, X2 rüsumu 23.6 manat, 52.20 manat cərimə olmaqla cəmi 597.84 manat, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 478.98 manat dəyərində olan və 0 manat ilkin ödəniş edərək aldığı, SBS NUBOX qulaqlıq 2 ədəd, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, PAKET M xidməti, CASE, İMEİ KODU **********85039 OPPO A3X markalı telefon üçün 18 ay müddətinə hər ay 26.61 manat ödəməli olduğu halda 26.61+23.01 (məhsul qaytarıldıqdan sonra qoyulan qiymət ) 49.65 manat ödəmiş və onun 429.33 manat əsas, X2 rüsumu 23.6, 42.93 manat cərimə olmaqla cəmi 495.86 manat ümumilikdə hər üç müqavilə üzrə 1774.76 manat borcu yaranmışdır. Ödəniş qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 37.75 manat dövlət rüsumu ödəmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunan Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Xəbərdarlıqdan görünür ki, iddiaçı cavabdehdən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini tələb etmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olunduğu gündən 30 (otuz) iş günü ərzində işaə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam, və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən iddiaçı MMC-yə olan borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 37.75 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. NƏTİCƏ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1, 284-5 və 284- 6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh ümumilikdə hər üç müqaviləyə üzrə 1774.76 manat borc və 37.75 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron cabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar