Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-258/2024 21.02.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: Cəfərov Raqib Rüstəm oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi» tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Lizinq obyekti olan 2021-ci il buraxılışı, “Khazar SD” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobilin mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması, Cavabdeh 06 dekabr 2022-ci il tarixli MAS- 5574 saylı “Daxili lizinq müqaviləsi“nə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 16 noyabr 2023-cü il tarixə 834.51 manat gecikdirilmiş əsas, 503.47 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 109.24 manat dəbbə pulu, cəmi 1447.22 manat borc və ödənilmiş 100.40 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə X2 arasında bağlanmış 06 dekabr 2022-ci il tarixli MAS-5574 saylı "Daxili lizinq"' müqaviləsinə əsasən 2021-ci il buraxılışh. "Khazar SET minik markalı. **-PC-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. "Daxili lizinq müqaviləsnin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 22% hesablanmaqla 35 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 446.06 manat, ümumilikdə isə 15612 manat məbləğində pulu "Azərmaş” MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 15612 manatın 11448 manatı əsas məbləğ təşkil edir. 23 avqust 2023-cü il tarixdə X2. Cavabdeh və "Azərmaş” MMC arasında MAS-5574 saylı "Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 06 dekabr 2022-ci il tarixli "Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. Daxili lizinq müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra olunmadığı üçün Cavabdeh MAS-5574 saylı "Daxili Lizinq" müqaviləsinə əsasən 16 noyabr 2023-cü il tarixə ümumilikdə 1447.22 manat gecikmə borcu yaranmışdır. Daxili lizinq müqaviləsi və "Ödəniş cədvəli’nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi yaranmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış İddiaçı MMC-nin nümayəndəsi X1 məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə ilə müraciət edərək mülki işə onların iştirakları olmadan baxılıb, iddia tələbinin tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin yeri və vaxtı barədə lazımı qaydada cavabdehə rəsmi məlumat verilməsinə baxmayaraq gəlməmiş, gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbinin dəlillərinə qiymət verərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 06 dekabr 2022-ci il tarixli MAS-5574 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2021-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İddia ərizəsinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 23 avqust 2023-cü il tarixli müqavilədən görünür ki, X2, Cavabdeh və "Azərmaş” MMC arasında MAS-5574 saylı "Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 06 dekabr 2022-ci il tarixli "Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. İddia ərizəsinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş "Daxili lizinq müqaviləsnin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 22% hesablanmaqla 35 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 446.06 manat, ümumilikdə isə 15612 manat məbləğində pulu "Azərmaş” MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 15612 manatın 11448 manatı əsas məbləğ təşkil edir. İddia ərizəsinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 06 dekabr 2022-ci il tarixli MAS-5574 saylı «Daxili lizinq» müqaviləsinin ayrılmaz hissəsi olan kredit borcunun ödənişi cədvəli 3 saylı Əlavədən görünür ki, kredit alan 35 ay müddətində hər ay 446.06 manat olmaqla xx.xx.2023-cü il tarixdən başlayıb sonuncu ödənişi xx.xx.2025-cü il tarixdə etməklə götürülmüş kredit üzrə hesablanmış borc İddiaçı MMC-yə qaytarmağı öhdəsinə götürmüşdür. İddia ərizəsinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, “Khazar SD” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh təhvil verilmişdir. İddia ərizəsinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 3045 nömrəli arayışdan görünür ki, Cavabdeh 06 dekabr 2022-ci il tarixli MAS-5574 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 16 noyabr 2023-cü il tarixə 834.51 manat gecikdirilmiş əsas, 503.47 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 109.24 manat dəbbə pulu, cəmi 1447.22 manat borcu vardır. İddia ərizəsinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixdə İddiaçı MMC-nin Cavabdeh xəbərdarlıq (pretenziya məktubundan) görünür ki, Cavabdeh yaranmış borcla bağlı öhdəlikləri yerinə yetirmədiyinə görə hər gecikdirilmiş gün üçün 3%-i miqdarında dəbbə pulu hesablanmağı barədə və eyni zamanda öhdəliyi icra etmədikdə məkməyə müraciət ediməsi barədə xəbərdar edilmişdir. İddia ərizəsinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Hökumət ödəniş portalından Çıxarışlardan görünür ki, iddianın verilməsinə görə 100.40 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Azərmaş” MMC ilə X2 arasında bağlanmış 06 dekabr 2022-ci il tarixli MAS-5574 saylı "Daxili lizinq"' müqaviləsinə əsasən 2021-ci il buraxılışh. "Khazar SD” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. "Daxili lizinq müqaviləsnin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 22% hesablanmaqla 35 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 446.06 manat, ümumilikdə isə 15612 manat məbləğində pulu "Azərmaş” MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. 23 avqust 2023-cü il tarixli müqavilə ilə X2, Cavabdeh və "Azərmaş” MMC arasında MAS-5574 saylı "Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 06 dekabr 2022-ci il tarixli "Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. Cavabdehə müqavilə üzrə avtomobil verilməsinə baxmayaraq o, müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini icra etməmiş və müvafiq ödənişlərini etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 522.1-ci maddəsinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. MM-nin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. MM-nin 747-1.2-ci maddəsinə əsasən, lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir. MM-nin 747-1.4-ci maddəsinə əsasən, satıcı (mal verən) alqı-satqı müqaviləsinə əsasən lizinq obyektini lizinq verənə satan hüquqi və ya fiziki şəxsdir. MM-nin 748-1.12.4-cü maddəsinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Sadalanmış normaları hazırkı iş üzrə tətbiq edərkən müəyyən olunur ki, İddiaçı MMC ilə X2 arasında bağlanmış 06 dekabr 2022-ci il tarixli MAS-5574 saylı «Daxili lizinq» müqaviləsinə üzrə Öhdəliklərin ötürülməsi barədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Cavabdeh üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə məsuliyyət daşıyır, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmiş və bu səbəbdən lizinq şirkəti qarşısında cavabdehlik daşıyır. Buna görə də məhkəmə hesab edir ki, iddia əsaslıdır. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 2021-ci il buraxılışı, “Khazar SD” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil mülkiyyətçi İddiaçınə geri qaytarılsın. Cavabdeh 06 dekabr 2022-ci il tarixli MAS-5574 saylı “Daxili lizinq müqaviləsi“nə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 16 noyabr 2023-cü il tarixə 834.51 manat gecikdirilmiş əsas, 503.47 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 109.24 manat dəbbə pulu, cəmi 1447.22 manat borc və ödənilmiş 100.40 manat dövlət rüsumu tutularaq İddiaçı hesabına ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №e-2(049)-258/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-258/2024
21.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver