Məhkəmə qərarları › İş №e-2(049)-2592/2022

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2592/2022

29.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2592/2022 29.08.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlu iddiaçı İrşad Electronics MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı İrşad Electronics MMC Cavabdeh qarşı pul tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2021-ci il tarixli, ********* saylı, müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə yaranmış 273 manat məbləğində əsas borcun, 40,9 manat cərimə borcun, cəmi 313,9 manat borcun, bundan başqa xx.xx.2021-ci il tarixli, ********* müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 837,6 manat məbləğində əsas borcun, 125,6 manat cərimə borcun, cəmi 963,2 manat borcun ümumilikdə iki müqavilə üzrə olan 1277,10 manat borcun və 33 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq, İrşad Electronics MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırılmışdır ki Cavabdeh İrşad Electronics MMC–dən xx.xx.2021-ci il tarixli, ********* saylı, müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə hər ay 46,00 manat məbləğ ödəmək şərti ilə 12 ay müddətinə dəyəri 549 manat olan Samsung markalı televizor nisyə əldə etmiş, bundan başqa xx.xx.2021-ci il tarixli, ********* müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə hər ay 70 manat məbləğ ödəmək şərti ilə 18 ay müddətinə dəyəri 1258,00 manat olan 2 ədəd Samsung markalı televizor nisyə əldə etmişdir. Cavabdehin hər iki müqavilə üzrə 1807,00 manat borcu yaranmışdır. Cavabdeh müqavilə üzrə ödəniş şərtini pozaraq, xx.xx.2021-ci il tarixli, ********* saylı, müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdə 46,00 manat, xx.xx.2021-ci il tarixli, ********* müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdə 70 manat ödəniş etmiş və hər iki müqavilə üzrə qalıq qalmış 1110,6 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Nisyə alqğı-satqı müqaviləsinə 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 faiz dərəcəsi ilə dəbbə hesablanaraq alıcı tərəfindən satıcıya ödənilir. Cərimə faizləri əşyanın dəyərini qaytarmalı olduğu gündən onun faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir. Cavabdehin gecikdirdiyi iki müqavilə üzrə faktiki cərimə borcu 1665 manat təşkil edir. Cavabdeh ümumilikdə iki müqavilə üzrə olan 1277,10 manat borcun və 33 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq İrşad Electronics MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 284- 5-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, ********* saylı, müddətli (nisyə) alğısatqı müqaviləsindən və xx.xx.2021-ci il tarixli, ********* müddətli (nisyə) alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, ********* saylı, müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hər ay 46 manat məbləğ ödəmək şərti ilə 12 ay müddətinə dəyəri 549 manat olan Samsung markalı televizor nisyə əldə etmiş, bundan başqa xx.xx.2021-ci il tarixli, ********* müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə hər ay 70 manat məbləğ ödəmək şərti ilə 18 ay müddətinə dəyəri 1258 manat olan 2 ədəd Samsung markalı televizor nisyə əldə etmişdir. Cavabdeh hər iki müqavilə üzrə yaranmış 1807 manat borcu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, ********* saylı, müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə yaranmış 273 manat məbləğində əsas borcu, 40,9 manat cərimə borcu, cəmi 313,9 manat borcu, bundan başqa xx.xx.2021-ci il tarixli, ********* müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 837,6 manat məbləğində əsas borcu, 125,6 manat cərimə borcu, cəmi 963,2 manat borcu ümumilikdə iki müqavilə üzrə olan 1277,10 manat borcu vardır. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, iddiaçı cavabdehdən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini tələb etmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan1406.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 33 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olunduğu gündən 30 iş günü ərzində işaə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1277,10 manat borc və 33 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq, iddiaçı İrşad Electronics MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar