Məhkəmə qərarları › İş №e-2(049)-2607/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2607/2024

06.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2607/2024 06.09.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabahov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «lizinq müqaviləsi üzrə hesablanmış borc tələbi və maddi ziyan» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onunla arasında bağlanmış xx.xx.2023-cü il tarixli A769 X11 müqaviləsinə əsasən hesablanmış 2.164 ABŞ dolları əsas məbləğdən və 1.644 ABŞ dolları cərimə olmaqla, cəmi 3 808 ABŞ (üç min səkkiz yüz səkkiz) ABŞ dolları borcun, həmçinin lizinq obyektinə sahiblik və istifadə dövrü ərzində cavabdehin yol hərəkəti qaydalarını pozduğuna görə ona yazılmış olan, amma İddiaçı MMC tərəfindən ödənilən 1.270 manat məbləğində cərimə borcunun və ödənilmiş 99 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli A769 X11 müqaviləsinə əsasən Mercedes Benz E200Dminik markalı. 77AK601 d.q.n-li (Tipi-Sedan, Buraxılış ili -2018, Rəngi - Qara, BAN- WDD2130131A523224) avtomobil X5 lizinqə verilmişdir. xx.xx.2023-cü ildə İddiaçı MMC, X9 və X6 arasında bağlanmış üçtərəfli razılaşmaya (A769 X11 X1) əsasən lizinq müqaviləsi üzrə öhdəliklər X4 ötürülmüşdür. Bundan sonra xx.xx.2023-cü ildə İddiaçı MMC, X6 və Cavabdeh arasında bağlanmış üçtərəfli razılaşmaya (A769 X11 X1) əsasən lizinq müqaviləsi üzrə öhdəliklərCavabdeh (bundan sonra cavabdeh) ötürülmüşdür. Cavabdeh ilə xx.xx.2024-cü il də bağlanmış razılaşmaya əsasən lizinq müqaviləsinin müddəti xx.xx.2027-ci il tarixinə qədər uzadılmışdır. Həmin Razılaşmaya əsasən o, müqavilə üzrə ödənişləri 36 ay, hər ay 1 317 ABŞ dolları ödəməklə yerinə yetirib başa çatdırmalı idi. Lakin cavabdeh tərəfindən öhdəliklər lazimi qaydada yerinə yetirilməmişdir. İddiaçı MMC tərəfindən tərtib olunmuş 0260/24 saylı xx.xx.2024-cü il tarixli borca dair arayışdan görünür ki Lizinq alan xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər (xx.xx.2024-cü ildə avtomobil etibarnaməsi olmayan şəxs tərəfindən idarə edildiyindən X17 Əməkdaşları tərəfindən saxlanılaraq lizinqverənə-mülkiyyətçiyə təhvil verilmişdir) ümumilikdə lizinq müqaviləsi üzrə 2 634 ABŞ dolları ödəniş etməli idi. Lakin onun tərəfindən cəmi 470 ABŞ dolları ödəniş edilmişdir. Hazırda A769 X11 müqaviləsi üzrə cəmi 2 164 ABŞ dolları əsas məbləğdən və 1 644 ABŞ dolları hesablanmış cərimə olmaqla, cəmi 3 808 ABŞ (üç min səkkiz yüzsəkkiz) dolları borc mövcuddur. Bundan əlavə avtomobil cavabdehin sahibliyində və istifadəsində olduğu müddətdə ona yol hərəkəti qaydalarını pozduğuna görə, ümumilikdə, 1 270 manat məbləğində cərimə yazılmışdır. Həmin cərimələr də xx.xx.2024-cü il tarixində İddiaçı MMC tərəfindən ödənilmişdir. Yəni, hal-hazırda cavabdehin İddiaçı MMC-yə lizinq müqaviləsi üzrə 3 808 ABŞ dolları, yol hərəkəti qaydalarını pozması ilə əlaqədar ona yazılmış borcların Şirkət tərəfindən ödənilməsinə görə isə 1 270 manat məbləğində borcu mövcuddur. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X7 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, iddia ərizəsində qeyd edilən Cavabdeh tərəfindən törədilən yol-hərəkət qaydalarının pozulmasına dair 1.270 manat məbləğində inzibati cərimələr İddiaçı MMC-nin əmək müqaviləsi əsasında əməkdaşı olan X3 bank katından ödənilmişdir. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iddia tələbinin dəlillərinə qiymət verərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş: xx.xx.2023-cü il tarixli A-769 saylı «Daxili lizinq» müqaviləsindən və 1 saylı əlavədən görünür ki, İddiaçı MMC (lizinq verən) Mercedes Benz E200D-minik markalı. **-AK-*** d.q.n-li (Tipi-Sedan, Buraxılış ili -2018, Rəngi - Qara, BAN- WDD2130131A523224)dövlət avtomobil X5 lizinqə verilmişdir. xx.xx.2023-cü ildə İddiaçı MMC, X9 və X6 arasında bağlanmış üçtərəfli razılaşmaya (A769 X11 X1) əsasən lizinq müqaviləsi üzrə öhdəliklər X4 ötürülmüşdür. Bundan sonra xx.xx.2023-cü ildə İddiaçı MMC, X6 və Cavabdeh arasında bağlanmış üçtərəfli razılaşmaya (A769 X11 X1) əsasən lizinq müqaviləsi üzrə öhdəliklər Cavabdeh ötürülmüşdür. Cavabdeh ilə 01,02.2024-cü il də bağlanmış razılaşmaya əsasən lizinq müqaviləsinin müddəti xx.xx.2027-ci il tarixinə qədər uzadılmışdır. Həmin Razılaşmaya əsasən lizinqalan müqavilə üzrə ödənişləri 36 ay, hər ay 1317 ABŞ dolları ödəməklə yerinə yetirib başa çatdırmalı idi. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC-yə məxsus « Mercedes Benz E200D-minik markalı, 2018-ci il buraxılışlı, “Mercedes Benz E200D-minik markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil Cavabdeh təhvil verilmişdir. 09 fevral 2023-cü il tarixdə Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 470 ABŞ dolları məbləğində olmuşdur. 0260/20 saylı, xx.xx.2024-cü il tarixli Maliyyə Arayışından görünür ki, Cavabdeh xx.xx.2027-ci il tarixədək İddiaçı MMC-nə ödənilməmiş qalan 2164 ABŞ dolları əsas borcu, 1644 ABŞ dolları cərimə olmaqla, cəmi 3808 ABŞ dolları, 1.270 manat məbləğində cərimə borcu və ödənilmiş 99 manat dövlət rüsumu borcu qalmışdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli A-769 saylı saylı «Daxili lizinq» müqaviləsinə əsasən Mercedes Benz E200D-minik markalı. **-AK-*** d.q.n-li (Tipi-Sedan, Buraxılış ili -2018, Rəngi - Qara, BAN- WDD2130131A523224)dövlət avtomobil lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. «Daxili lizinq» müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 24 % hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 1317 USD, ümumilikdə isə 3808 ABŞ məbləğində pulu İddiaçı MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş inzibati xətalara dair ödəniş qəbzlərindən görünür ki, İddiaçı MMC-nin əməkdaşı X8 tərəfindən avtomobil cavabdehin sahibliyində və istifadəsində olduğu müddətdə ona yol hərəkəti qaydalarını pozduğuna görə, ümumilikdə, 1.270 manat məbləğində cərimə ödənilmişdir. Borcunun ödənilməsi ilə əlaqadar İddiaçı MMC ərəfindən Cavabdeh bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 522.1-ci maddəsinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-1.2-ci maddəsinə əsasən, lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir. 747-1.4-ci maddəsinə əsasən, satıcı (mal verən) alqı-satqı müqaviləsinə əsasən lizinq obyektini lizinq verənə satan hüquqi və ya fiziki şəxsdir. 748-1.12.4-cü maddəsinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 iyul 2014-cü il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (peniya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə işin hallarını nəzərə alaraq, mülki məhkəmə icraatı qaydasında müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı dəbbə pulunu Mülki Məcəllənin 467-ci maddəsinə əsasən azalda bilər. Məhkəmə istinad olunanlara əsasən hesab edir ki, işin hallarına görə 1644 ABŞ dolları dəbbə pulu əsas borcla müqayisədə tənasübsüz surətdə yüksək məbləğdir, həmin məbləğin ödənilməsi ədalətsizliyə səbəb ola bilər. Odur ki, məhkəmə dəbbə pulunun cavabdehdən 220 manat həcmində tutulmasını daha ədalətli hesab edir. Məhkəmə iddianın 1.270 manat vurulmuş ziyanın ödənilməsi hissəsinə qiymət verərək hesab edir ki, iddia həmin hissədə də əsaslıdır. Belə ki, Mülki Məcəllənin 21.1 maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2 maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübütlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinə dair 99 manat dövlət rüsumu ödənilmişdir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2023- cü il tarixli A769 X11 müqaviləsinə əsasən hesablanmış 2.164 ABŞ dolları əsas məbləğ borc və 220 ABŞ dolları cərimə olmaqla, cəmi 2.384 ABŞ dolları borc, həmçinin lizinq obyektinə sahiblik və istifadə dövrü ərzində cavabdehin yol hərəkəti qaydalarını pozduğuna görə ona yazılmış olan, amma İddiaçı MMC tərəfindən ödənilən 1.270 manat məbləğində cərimə borc və ödənilmiş 99 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli A769 Saylı “Daxili Lizinq “ müqavilə üzrə 2.164 ABŞ dolları gecikdirilmiş əsas borc və 220 ABŞ doları cərimə olmaqla, cəmi 2.384 ABŞ dolları məbləğində pul manatın ödəniş gününə olan məzənnə nisbəti ilə, maddi zayana dair 1.270 manat məbləğində və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 99 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar